güzgü səthə düşdükdə həmin səthdən əks olunaraq əvvəlki səthə qayıdır. İşığın qayıtma qanunu
a)
düşən şüa, qayıdan şüa və düşmə nöqtəsində güzgü səthə (qaytarıcı səthə)
endirilmiş perpendikulyar bir müstəvi üzərindədir.
b)
qayıtma bucağı -ß və düşmə bucağı -
bir – birinə bərabərdir.
(şəkil 25. 2)
Bu qanundan aydın olur ki, düşən və qayıdan şüalar qarşılıqlı
çevrilmə xassələrinə malikdir, başqa sözlə desək bu şüalar dönən şüalardır.
İşığın qayıtma qanunu Nyutonun korpuskulyar nəzəriyyəsi əsasında belə
izah etmək olar. İşıq korpuskullarının qaytarıcı səthə zərbəsini, elastik
toqquşmada olduğu kimi, elastik kürələrin divara zərbəsi analogiyasını
aparmaqla almaq olar.
Hüygensin dalğa nəzəriyyəsi əsasında da işığın qayıtma qanununu izah etmək olar. Tutaq
ki, qaytarıcı səthə AB müstəvi dalğa cəbhəsi düşür. Bu müstəvi dalğa cəbhəsinə uyğun işıq
şüaları AN normalı ilə
düşmə bucağı əmələ gətirirlər. Dalğa cəbhəsinin axırıncı şüası
qaytarıcı səthə çatana qədər B nöqtəsindən solda
olan işıq şüaları uyğun yarımsferik dalğalar
yaradır. Həm düşən, həm də qayıdan şüalar eyni
bircins mühitdə yayıldığına görə cəbhənin
axırıncı dalğası qaytarıcı səthə çatanda həmin
cəbhənin birinci dalğası AD=BC radiuslu
yarımsferik dalğa yaradır. Düşən şüanı
,
qayıdan şüanı isə
ilə işarə etsək, şəkildən
göründüyü kimi ABC=ADC üçbucaq-larının
bərabərliyindən
=
yazmaq olar. Bu isə
qayıtma qanununun riyazi ifadəsidir, (şəkil 25.3)
Dostları ilə paylaş: