FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş


Fövqəladə hadisələrin idarə edilməsi strategiyası



Yüklə 83,85 Kb.
səhifə5/6
tarix11.12.2023
ölçüsü83,85 Kb.
#143837
1   2   3   4   5   6
Bayramov Orxan FHİO serbest is (1)

3.Fövqəladə hadisələrin idarə edilməsi strategiyası

Fövqəladə hadisələrin idarə edilməsi strategiyasi respublikamızda mövcud olan ümumi inkişaf baxımından müəyyən olunmalıdır. Bu sahə üzrə işlər Yenidənqurma və İnkişaf Proqramında (YİP)-ölkədə sosial və iqtisadi dəyişikliklər üzrə dövlət siyasətinin özünü təşkil edən bu sənəddə öz yerini tapmalıdır. YİP-dən başlıca məqsəd-respublikada əhalinin həyat şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Proqramın əsas istiqamətinin insanın ən vacib ehtiyaclarının ödənilməsinə, dövlətin, cəmiyyətin demokratikləşməsinə və güclü iqtisadiyatın yaradılmasına yönəldilmişdir.


Həm riskin azaldılması, həm də FH idarə edilməsi çoxcəhətli proseslərdir və bir sıra vacib sahələri əhatə edir. Daha geniş mənada, riskin azaldılması durmadan inkişaf yolunda irəli hərəkətdən, eləcə də əhalinin ən zəif, imkansız qruplarının həyatının və əmlakının mühafizəsi strategiyasıdır. FH-in idarə edilməsi (yaşayış məntəqələri və.s) cəlb edir.
Qəza və fəlakətlərin qarşısının alınması onlarla mübarizə probleminin birinci başlıca hissəsədir. Bu problemə tətbiq edilən texniki vasitələrin təkmilləşdirilməsi, onun etibarlığının və davamlığının yüksəldilməsi, monitorinq sisteminin inkişaf etdirilməsi və.s daxildir.
Problemin ikinci əsas hissəsi insanların xilas edilməsinin təşkili və fövqəladə halın nəticələrinin aradan qaldırılması üzrə işlərin inkişaf etdirilməsi ilə həll edilir. Beləliklə, hazırda fövqəladə hala qədər və ondan sonrakı mərhələlərdə fəal iş aparılır.
İdarəetmə çevik və həssas olmalı, hadisələrin kəskin sürətdə dəyişməsi, habelə təhlükə törədən və proqramın həyata keçirilməsinə mənfi təsir göstərə biləcək amillərin gözlənilmədən meydana çıxması ehtimalları nəzərə alınmalıdır. İcmanın strukturunda və tam halda regionun ümumi inkişafında sürətlə baş verən dəyişikliklər, yəni, yaradılan sənaye rayonları,yaşayış məntəqələri,ekoloji şərait dərhal planlarda öz əksini tapmalı və prioritet, üstün istiqamətlər müəyyən edilməlidir. Əks təqdirdə, tətbiq edilən prinsiplər real şəraitə uyğun olmaz və anlaşılmazlıq yarana bilər.

NƏTICƏ
Bu nəticəyə gəlmək olar ki, FH nəticələrinin aradan qaldırılmasına hazırlıq, əldə olan ehtiyatların inventarlaşdırılması, personalın idarəetməyə hazırlanması, FH-ın idarə edilməsi prosesinin əsas tərkib hissələrini təşkil edir. Buna görə də bu proses rəhbər heyəti başcılarının daimi və müntəzəm diqqət tələb edən vəzifələri sırasında olmalıdır.Bu sahəyə aid tədbirlər FH zamanı fəaliyyətə təşkilatın hazırlıq tədbirləri kimi nəzərdə tutulmaqla, onların icrası üçün lazımi mexanizimlər, uzunmüddətli və qısamüddətli strategiyalar, eləcə də müvafiq sosial qurumlar, qabaqcadan xəbərdarlıq sistemləri yaradılmalıdır.
İşlərin əsas məqsədi rəhbərlər tərəfindən aparılır ki, buda idarəetmə fəaliyyətinin formalaşdırılmasına gətirib çıxarır. Təcrübəli rəhbər vacib qərər qəbul edərkən tabeçiliyində olanların rəylərini diqqətlə dinləyir, ümumi optimal mövqe ilə razılaşır və razılaşdırılmış məcrada özünün təshih edilmiş müstəqil yanaşmasını ortaya qoyur. Yaxşı rəhbər üçün dinləməyi bacarmaq danışmaǧı bacarmaq qədər vacibdir. Bu səbəbdən o həmkarlarını səbrlə dinləyir, çünki, başa düşür ki, məsləhətləşmək hər kəsin dediyini icra etmək üçün deyil, öz düşüncələrini, mövqeyini dəqiqləşdirmək və möhkəmləndirmək üçündür.
İdarəetmə fəaliyyətlərində rəhbərin tələbi tabeçiliyində olan işçilərin (müavin, şöbə müdiri, sex rəisi və s.) hər hansı birinin asanlıqla icra edə biləcəyi fərdi məsələlərin həlli ilə rəhbər özü məşǧul olmalı deyil. Yüksək post tutan rəhbərin öz kollektivinin işlərinə dair geniş baxışı olmalı və o ilk növbədə taktiki və strateji cəhətdən düzgün qərarlar qəbul etməyə can atmalı, onların icrasını isə tabeçiliyində olan insanlara həvalə etməlidir. Əgər o özü icranın bütün xırdalıqlarına varsa, onda az əhəmiyyətli məsələlərin artan təzyiqinə davam gətirə bilməyəcəkdir.



Yüklə 83,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə