Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

31 

 

xırdalı 138 dükan vardı. Tacir və sənətkar dükanlarından başqa bazarda ərzaq dükanları 



da var idi. 

Ticarət, xüsusilə, yerli ticarət, sənətkarlıqla birlikdə  şəhərin iqtisadi həyatının 

əsasını təşkil edirdi. Ticarət əsasən iki cür aparılırdı: topdansatış və pərakəndə. 

Bazarda ticarətin bütün növləri üzərinə  ağır vergilər — gömrük haqqı 

qoyulmuşdu. Xanlığın hər bir bucağında — qala qapısından tutmuş ta çayların 

keçidlərinə  qədər, hətta dini ocaqlara gedən yolların hamısında xanın adamları — 

rahdarlar və bacdarlar durub, gedib-gələnlərdən ağır vergilər alırdılar. 

Rahdarlar və bacdarların vəzifəsi demək olar ki, eyni idi. Onların hamısı vergi 

toplayırdı. Lakin buna baxmayaraq, onların fəaliyyətində müəyyən fərq var idi. 

Bacdarlar gələn tacir və  səyyahlardan bir növ «torpaq-basdı» gömrüyü alırdılar. 

Rahdarlar isə yalnız xanlığın daxilində gömrük toplayırdılar. 

Naxçıvan xanlığının ticarətindən bəhs olunarkən qeyd etmək lazımdır ki, tədqiq 

olunan dövrdə buranın ərazisində tez-tez feodal ara müharibələri getdiyindən dəfələrlə 

Naxçıvan xanlığı müharibə meydanına çevrildiyindən və daha çox dağlıq hissə 

olduğuna görə rahat yollar olmadığından xanlığın ərazisində ticarət zəif inkişaf etmişdi. 

Beləliklə, ticarətin aparılması üçün lazımi imkan olmadığından, təsərrüfatın 

genişlənməsinə, sənətkarlıq məhsullarının artmasına, bu sahədə 

əməyin 


intensivləşməsinə imkan olmadığına görə daxili ticarət də zəifləmişdi. 

Daxili ticarətdən fərqli olaraq Naxçıvan xanlığında gəlmə tacirlərin hesabına 

xarici ticarətdə nisbətən canlanma hiss olunurdu. Xarici ölkələrdən, xüsusilə Rusiyadan 

buraya gələn tacirlər öz ölkələrinə Naxçıvan ustalarının hazırladıqları nəfis ipək parçalar 

aparırdılar. Təsadüfi deyildir ki, Moskvadakı, Nijni Novqoroddakı yarmarkalarda 

Naxçıvan və Ordubadda istehsal edilmiş ipək parçalara və müxtəlif rənglərə boyanmış 

ipək saplara təsadüf olunurdu. Naxçıvan xanlığından bır sıra xarici bazarlara qırmızı və 

ağ bez parçalar, düyü, şərab və s. məhsullar aparılırdı. Bez əsasən Qarabağ  və  İrəvan 

xanlıqlarına, düyü Mərənd, Xoy və  Təbriz xanlıqlarına, pambıq parça Bayazid, Qars, 

Tiflis, Şuşa və digər şəhərlərə ixrac edilirdi. 

Ticarətin zəif inkişaf etməsinə baxmayaraq, Naxçı

[43-44]


van xanları  xəzinəni 

əsasən ticarətdən yığılan vergilər hesabına doldururdular. Ona görə  də xanlar ticarət 

vergilərinin toplanmasına ciddi fikir verir, bu məsuliyyətli işi ən yaxın adamlarına etibar 

edirdilər. Naxçıvan xanlığının ticarətində  ən çox gəlir «rahdari» gömrüyündən  əldə 

edilirdi. Demək olar ki, bazara gətirilən bütün mal və  məhsullardan — növündən

sayından və cinsindən asılı olmayaraq rahdari gömrüyü alınırdı. 

Xanlıqlar dövründə rahdari gömrüyü xanların  ən böyük gəlir mənbəyi hesab 

olunurdu.  İrəvanlı Hüseynqulu xanın məktublarının məcmuəsində açıqdan-açığa 

göstərilirdi ki, xanın gəlirinin əksəriyyətini rahdari gömrüyü təşkil edirdi. Çox güman 

ki, bütün xanlıqlarda vəziyyət eyni idi. Naxçıvan xanlığında rahdari gömrüyü toplamaq 

hüququ başqa sahələrdə olduğu kimi, icarəyə verilirdi. Xandan böyük məbləğə (ildə 

1300 tümən) həmin «vəzifəni» almış icarədarın bazara gətirilən bütün mallardan 

gömrük toplamaq hüququ olurdu. Məsələn, at və dəvə ilə gətirilmiş hər ipək, boyaq, sap 

və pambıq yükü üçün sahibkar icarədara 4  m. 20 qəp. və ya 2 m. 50 qəp. verməli idi. 

Şəkər, dəmir məmulatı, həna, yağ, bal, tütün, mal piyi və s. satan tacir 2 manat 12 

qəpik rahdari gömrüyü verməli idi. Boyaqçılara vacib olan qırmızı (marena) boyaq 




32 

 

bitkisi, həmçinin İrandan gətirilmiş müxtəlif məhsullar üçün tacirdən 1 manat 60 qəpik 



miqdarında rahdari alınırdı. Xurma və saxsı qablar üçün də satıcı 25 qəpik gömrük 

verməli idi. 

Məhsulun satılıb-satılmamağından asılı olmayaraq satıcı geri qayıdarkən yuxarıda 

göstərildiyi kimi, rahdari gömrüyünü verməli idi. İrandan gətirilən toxunma parçalara 

görə 2 manat 40 qəpik həcmində gömrük alınırdı. Naxçıvan xanlığından aparılan üzüm, 

nar, noxud və düyü üçün gümüş pulla 62 qəpik, bu məhsulların  şəhər bazarına 

gətirilməsi üçün isə daha artıq gömrük alınırdı. 

Dövlət xəzinəsinə axan gəlirin müəyyən hissəsini boyaqçılıqdan alınan vergi 

təşkil edirdi. Naxçıvanda da boyaqçılıqdan vergi alınması hüququ icarəyə verilirdi. Bu 

hüququ qazanmaq üçün ildə xəzinəyə 370 tümən ödənməliydi. Bundan sonra heç kəsin 

icarədarın icazəsi olmadan və ona müəyyən məbləğ vermədən hər hansı  əşyanı 

boyamağa və yaxud rənglətdirməyə ixtiyarı yox idi. Naxçıvandan malı mizan-tərəzidə 

çəkib vergi almaq hüququ da icarəyə verilirdi. Bu hüquq üçün mizandar ildə dövlət 

xəzinəsinə 100 tümən verməli idi. Mizandar bir batman pambığı, balı, yağı, ipəyi, 

tütünü, boyağı və digər məhsulları mizan-tərəzidə çəkdiyinə görə, gümüş pulla 16 qəpik 

alırdı. Bu vergi şəhərə satış üçün məhsul gətirən bütün tacirlərdən məcburi alınırdı. Əks 

təqdirdə 

onun öz malını satmağa ixtiyarı yox idi. Meyvə  və quru meyvə satmaq 



hüququ olan şəxslər xəzinəyə ildə müəyyən məbləğ verməli idilər. Bazara gətirilmiş 

yemiş  və qarpızdan başqa, digər təzə  və quru meyvələrin hər yükü üçün icarədara 12 

qəpik gümüş pul, həmçinin satdığı maldan «pay» verilməli idi. Bu vergi yalnız şəhərə 

məhsul gətirənlərdən toplanılırdı. Bazarda həmin meyvəni alıb istədikləri qiymətə 

satanlardan isə heç bir vergi alınmırdı. 

Çörək və  dənli bitkilər satmaq hüququ da 50 tümən həcmində icarəyə verilirdi. 

Bu hüququ almış şəxs —icarədar satılan hər batman buğda, arpa, darı üçün gümüş pulla 

2 qəpik, düyüyə görə isə 4 qəpik gömrük alırdı. 

Sabun satışından gömrük toplamaq hüququnu almış icarədar xəzinəyə  hər il 60 

tümən verməli idi. O, xanlıqda sabunun bişirilməsi və satılması üzərində nəzarət edir və 

haqqını alırdı. Naxçıvan xanlığında icarədarın icazəsi olmadan heç kəs sabunu nə bişirə, 

nə də sata bilərdi. Başqa xanlıqda sabun istehsal edənlər Naxçıvanda öz mallarını yalnız 

icarədara sata bilərdilər. İcarədar isə həmin sabunu istədiyi qiymətə verirdi. 

Tütün satışından gömrük toplamaq hüququ da ildə 15 tümənə icarəyə verilirdi. 

Şəhərdə yalnız icarədarın tütün satmağa ixtiyarı var idi. Ancaq xanlıqdan kənara tütün 

aparmaq qadağan edilmirdi və bunun üçün də vergi gömrük alınmırdı. 

Ən əlverişli gəliri icarədar duz mədənlərindən əldə edirdi. O, duz satışından ildə 

1000 tümən qazanırdı. İcarədar hər batman duz üçün 8 qəpik, duzun daşınması üçün də 

bir o qədər gömrük alırdı . Əldə edilən məbləğin dörddə biri duz mədənlərində 

işləyənlərə verilirdi. Mədəndə  işləyənlərin  əmək haqqı  bəzən duzla əvəz olunurdu. 

Maraqlıdır ki, yalnız  Şıx Mahmud kəndinin  əhalisinin duz mədənlərində  işləmək 

hüquqları var idi. Deyilənlərə görə bu, ona görə idi ki, ilk dəfə həmin kəndin adamları 

hökumətə duz mədənlərinin yerini xəbər veriblərmiş.

 [45-46]


 

Culfa yaxınlığındakı Araz keçidindən gömrük almaq hüququ Culfadan olan 

yüksək rütbəli bir nəfər şəxsə 160 tümənə verməli idi. Bundan əlavə icarədar xəzinəyə 

ildə topladığı gömrüyün dörddə bir hissəsini də verməli idi. Araz çayının üstündəki 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə