Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

33 

 

körpüdən keçən yükə görə bu qaydada gömrük alınırdı. Hər at üçün (yüklü və ya 



yüksüz) 8 qəpik, hər qaramal üçün 8 qəpik, hər ailəyə görə 50 qəpik, dəfn olunmaq 

məqsədilə Xorasana aparılan müsəlman cənazəsi üçün 50 qəpik. Gətirilən məlumat 

bizcə Naxçıvan xanlığındakı mürəkkəb vergi sistemi haqqında fikir yürütməyə imkan 

verir. 


Bazarlarda pul, çəki və ölçü vahidlərinin müxtəlifliyi ticarətin normal 

aparılmasında ciddi çətinliklər törədirdi. Naxçıvan bazarlarında İran, Türkiyə, Rusiya və 

Gürcüstanda, habelə  Şuşada, Xoyda, Təbrizdə  və b. şəhərlərdə  kəsilmiş pullar 

dövriyyədə idi. Müxtəlif  şəhərlərdə  zərb olunmuş pulların dəyəri də bir-birindən 

fərqlənirdi. Xüsusilə yerli pul vahidlərinin sabit olmaması ticarətin gedişini 

çətinləşdirirdi. Siyasi hadisələr, habelə şəraitlə əlaqədar xanlar özlərinin pul vahidlərinin 

dəyərini dəyişməyə  məcbur olurdular. Belə hallar da bazarlarda pul dövriyyəsini 

ləngidirdi. 

Azərbaycanın başqa  şəhərlərindən fərqli olaraq Naxçıvan xanlığında pul zərb 

edilmirdi. Ona görə  də xanlıqda dövriyyədə  əsasən  İran və Azərbaycan pul vahidləri 

işlədilirdi: «tümən», «yarım tümən», «sahibqıran», «pənahabad», «yarım pənahabad», 

«şahı», «yarım şahı», «para», «mahmudiyyə», «səksənlik», «yüzlük» və s. 

Pul vahidləri kimi, ölçü və çəki vahidləri də müxtəlif idi. Tədqiq olunan dövrdə 

Azərbaycanda və eləcə də İranda «hər vilayətin özünəməxsus ölçü və çəki vahidləri var 

idi»

26

. Bu sistem şəhər və kəndlərdə elə dərin kök salmışdı ki, hətta Azərbaycan Rusiya 



tərəfindən işğal edildikdən sonrakı dövrdə  də müəyyən müddət bu cür ölçü və  çəki 

vahidləri qüvvədə qalmışdı. Yalnız xeyli vaxt keçdikdən sonra yeni pul sistemi, ölçü və 

çəki vahidlərinin nizama salınması barədə çar məmurları tərəfindən müəyyən tədbirlər 

görüldü. 

Xanlıqlar dövründə nəinki ayrı-ayrı xanlıqlarda. hətta bir xanlığın öz daxilində də 

ölçü və  çəki vahidləri fərqlənirdi. Odur ki, alqı-satqı zamanı  bəzən ciddi mübahisələr 

baş verirdi. Hər kəs çalışırdı ki, malı alıb-satarkən öz çəki və ölçü vahidindən istifadə 

etsin. Necə deyərlər: «hərə öz arşını ilə ölçürdü». XVIII əsrin ikinci yarısından 

Naxçıvan xanlığında ictimai-iqtisadi vəziyyət təqribən belə idi. 

 

                                                            

26

 Д. Томара. Экономическое положение Ирана. СПб., 1985, 114 




34 

 

NAXÇIVAN XANLIĞININ SİYASİ TARİXİ 

 

İran hakimiyyəti dövründə Azərbaycanın başqa vilayətlərindən fərqli olaraq, 



Naxçıvan diyarını  şah tərəfindən təyin edilmiş iki hakim idarə edirdi. Naxçıvan 

ölkəsinin hakimi və süvari bölmələrinin başçısı (Xakim-e tümən-e Naxiçevan). Hər iki 

hakim Naxçıvan diyarında daha yüksək nüfuza malik yerli kəngərli tayfasının 

nümayəndələrindən təyin edilirdi. Bu iki rəsmi hakimdən savayı  kəngərli tayfasından 

olan vəkil və  ağsaqqallar da Naxçıvan diyarının idarə edilməsində müəyyən fəaliyyət 

göstərirdilər. Kəngərli tayfasını  Qızıllı, Sarbanlar, Ağabəyli, Qaradolaq, Əlixanlı, 

Qaraxanbəyli, Qarabağlar kəndlərinin əhalisi təşkil edirdi. 

Nadir  şahın ölümü (1747) Cənubi Qafqazda, o cümlədən Azərbaycanda  İran 

dövlətinin ağalığına son qoyulmasını sürətləndirdi. Azərbaycanda  şah tərəfindən təyin 

edilmiş hakimlər hər yerdən qovuldu Azərbaycanın yerli feodalları  və elbəyilər  İran 

zülmünə qarşı qalxan ümumxalq mübarizəsindən istifadə edərək, yerlərdə hakimiyyəti 

öz əllərinə keçirir, özlərini müstəqil xan elan edirdilər. 

Yerli feodallara arxalanan kəngərli tayfasının başçısı Heydərqulu xan da özünü 

Naxçıvan xanlığının müstəqil hakimi elan etdi. Zəngəzur dağlarından başlamış Araz 

çayı vadisinə  qədər  ərazidə yerləşən Naxçıvan xanlığı iqtisadi və  hərbi imkanlarına 

görə, digər xanlıqlardan o qədər də  fərqlənmirdi. Öz hakimiyyətini gücləndirmək və 

yerli işğalçılardan müdafiə olunmaq üçün Heydərqulu xan daha qüdrətli sayılan 

xanlıqlara arxalanmaq qərarına gəldi. Çox güman ki, elə bu məqsədlə  də Heydərqulu 

xan XVIII əsrin 50-ci illərində Qarabağ xanlığının banisi Pənahəli xanın görüşünə 

getmişdi. Pənahəli xanın gördüyü siyasi tədbirlərdə Heydərqulu xanın iştirakını da 

bununla izah etmək lazımdır. Belə ki, özünə güclü rəqib saydığı Şəkili Çələbi xana qarşı 

yürüşə hazırlaşan Pənahəli xana hörmət əlaməti olaraq Heydərqulu xan da öz qoşunları 

ilə Qarabağa gəldi. 1752-ci ildə həyata keçirilən. həmin yürüşdə gəncəli 

[47-48]


Şahverdi 

xan, qaradağlı Qasım xan, İrəvanlı Hüseyn xan, xoylu Əhməd xan dəxi iştirak edirdilər 

Bu yürüşün nəticələri haqqında A. A. Bakıxanovun və digər müəlliflərin 



əsərlərində  ətraflı  məlumat verilir. Biz yalnız bu yürüşün müvəffəqiyyətsizliklə 

nəticələndiyini qeyd etməklə kifayətlənirik. Həmin məğlubiyyətdən sonra Heydərqulu 

xan Naxçıvana qayıdaraq xanlığı möhkəmləndirmək  üçün bir sıra tədbirlər həyata 

keçirdi. Belə ki xəzinənin gəlirini artıran ticarəti inkişaf etdirmək məqsədi ilə xanlıqda 

və şəhərlərin özündə rabitə vasitələrini qaydaya saldı. Heydərqulu xan köhnə körpülərin 

təmir olunması və çaylar üzərində yeni körpülərin salınması haqqında əmr verdi. Həmin 

körpülərdən biri Şəkərabad kəndində bu günədək qalmaqdadır. 

Heydərqulu xanın ölümündən sonra (1763/64) Naxçıvan xanlığı nisbətən zəiflədi. 

Onun sələfi Hacı xan Kəngərli İran hakimi Kərim xan Zəndi (1763—1779) qarşısında 

zəiflik göstərib ona boyun əydi. Sonralar Kərim xan Zəndi onu Şiraza dəvət etdi və 

kiçik günah üstündə əsir aldı. Naxçıvan taxtında Hacı xanı əvəz edən Heydərqulu xanın 

oğlu Rəhim xan da hakimiyyətdə uzun müddət qala bilmədi. 1770-ci ildə  Kərim xan 

Zəndin köməyilə Naxçıvanda hakimiyyətə  gəlmiş  Əliqulu xan da öz növbəsində üç 

ildən sonra Vəliqulu xan Kəngərli tərəfindən devrildi. 

                                                            

1

 Mirzə Adıgözəl bəy. Qarabağnamə. Bakı. 1950, s. 59, Əbdül Lətif Əfəndi. Şəki xanlarının tarixi, Bakı, 1926, s. 9. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə