227
dostluq münasibətləri Azərbaycan xalqının humanist ruhi mədəniyyəti üçün
hər zaman xarakterik olmuşdur.
Multikulturalizmin məzmunlu problemlərini nəzərdən keçirərkən biz gö-
rürük ki, yaradıcı həyat fəaliyyəti proseslərinin əsasını təbii enerjinin düz-
gün transformasiyası yolu ilə insanın pozitiv maddi və ruhi tələbatlarını tə-
min etmək və ictimai maraqlara cavab verən şəxsiyyətin potensial bacarığı-
nın sosial reallaşdırılması üçün əlverişli şəraitin yaradılması qabiliyyəti təş-
kil edir. Bu prosesin motivasiyası A. Maslou tərəfindən insanın harmoniya-
sı, təhlükəsizliyi prinsipləri, mədəniyyətin sosial institutlarının humanist
yenidən qurulması və insanların şüurunun dəyişməsi vasitəsilə qabiliyyətlə-
rin və özünü reallaşdırmanın maksimal inkişaf imkanları üzərində qurulan,
onun “ideal cəmiyyət” modelində çox gözəl formulə edilmişdir.
Milli özünüdərk və onunla şərtlənən vətənpərvərlik milləti birləşdirir,
möhkəmləndirir və onu xalqın inkişaf tələbatları və ölkənin milli maraqları
ilə şərtlənən vəzifələrin birgə həllinə mobilizasiya edir. Ölkənin milli ma-
raqları anlayışını analitik instrument və siyasi davranışın əsasları qismində
nəzərdən keçirərək, biz, hər şeydən əvvəl, dövlətin təhlükəsizlik prinsipləri-
ni, onun suverenliyi və ərazi bütövlüyünü, sosial-iqtisadi inkişaf strategiya-
sını, sosial və siyasi sabitliyini, elm, təhsil, təbii resurslardan istifadə, səhiy-
yə və incəsənət sahəsindəki siyasəti, həmçinin dövlətin xarici siyasətini nə-
zərdə tuturuq.
Müasir sivilizasiya çərçivəsində həm mədəniyyət - insanın intellekti, eti-
kası və əməyinə əsaslanan mütərəqqi, yaradıcı qüvvə, həm də özündə
destruktiv, dağıdıcı qüvvələri təcəssüm etdirən, eyni zamanda insanlardan
gələn antimədəniyyət bir-birinə təsir göstərir. Dağıdıcı proseslərin – müna-
qişələrin, terrorçuluğun, başlıca olaraq müharibələrin əsasını həsəd, tamah-
karlıq, rəqabət, sosial münasibətlərin qurulması və resursların bölünməsin-
dəki ədalətsizlik, həmçinin vicdansız manipulyasiyalara tabe olan insanların
aşağı mədəniyyət həddi təşkil etmiş və edir.
Azərbaycanda multikulturalizm siyasəti əsasında milli maraqların ən mü-
hüm müddəalarından biri, dövlətin titul mədəniyyəti (dövlətin rəsmi adını
müəyyən edən millətin mədəniyyəti) çərçivəsində mədəni identikliyin for-
malaşdırılmasına yönəldilmiş, müxtəlif etnoslar və dinlərin nümayəndələri-
nin mədəniyyətləri və maraqlarının harmonizasiyasıdır. Söhbət mədəni, o
cümlədən, etik, siyasi və hüquqi eynilik, ölkənin milli maraqlarına cavab
verən qarşılıqlı dini anlaşma, qarşılıqlı hörmət və həmrəylik haqqında gedir.
Bu zaman Azərbaycanın milli maraqlarının reallaşdırılmasının etik forması
azərbaycançılıq ideologiyasına uyğundur, sağlam milli ideyalar çərçivəsin-
dən kənara çıxmır və digər xalqların maraqlarını məhdudlaşdırmır. Qlobal-
228
laşma çağırışları, qeyri-müəyyənliyi və böhran təzahürləri şəraitində Azər-
baycanda cəmiyyətimizin və dövlətimizin milli inkişafının həyati tələbatları-
na cavab verən konstruktiv (əməli) multikulturalizm siyasəti reallaşdırılır.
Ölkə alimləri, mütəxəsssisləri və siyasətçilərinin birgə səyi ilə, insanların
şüurunun və mədəniyyətinin pozitiv dəyişdirilməsi vasitəsilə, qarşılıqlı an-
laşma, əməkdaşlıq və davamlı inkişafın dəstəklənməsi və inkişafına yönəl-
dilmiş fəaliyyət həyata keçirilir. Azərbaycanda uzunmüddətli dövr üçün
hesablanmış multikulturalizm siyasətinin həyata keçirilməsi müxtəlif etnos
və dinlərin nümayəndələrinin milli və dünya mədəniyyəti dəyərlərinə gələ-
cək əlyetərliliyinin genişləndirilməsinə, yaradıcılıq üçün onların imkanları-
nın artırılmasına, qarşılıqlı anlaşma, mədəni mübadilə və mədəni vərdişlərin
inkişafı üçün şəraitin yaradılmasına istiqamətlənmişdir.
Humanizm, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq, mədəniy-
yətlərin konvergensiyası (yaxınlaşma), diffuziyası (qarşlıqlı nüfuz etmə) və
inteqrasiyası (birləşməsi) prinsiplərinə əsaslanan multikulturalizm siyasəti
yalnız milli dövlətlərin deyil, həm də beynəlxalq ictimaiyyətin davamlı inki-
şafı üçün böyük imkanlar açır. Mədəni identikliyin yaxud ruhi mədəniyyət-
lərin harmonizasiyanın müəyyən dərəcəsinə nail olma iqtisadi və siyasi ma-
raqların razılaşdırılması şanslarını ciddi surətdə artırır. Mədəniyyət münaqi-
şələrinin aradan qaldırılması maraqlar münaqişəsinin aradan qaldırılması ya-
xud səviyyəsinin azaldılması üçün yeni inkanlar açır, çünki söhbət “ruhi ya-
xınlıq”, identik mədəni dəyərlər və mənəvi prioritetlər haqqında gedəndə,
mədəni insana psixoloji olaraq müəyyən iqtisadi qurbanlara getmək xüsi-
suyyəti xasdır. Bunlar hamısı bəşəriyyətin yüksək ruhi mədəniyyətinin nai-
liyyətləri və prioritet inkişafının müdafiəsinin aktuallığını şərtləndirir. Mil-
liyyəti, dini görüşlərindən, doğulduğu yerdən, cinsindən, siyasi simpatiyaları
yaxud kommersiya maraqlarından asılı olmayaraq, xalqların, etnosların və
millətlərin ümumi maraqlarına cavab verən humanist sivilizasiyanın qurul-
ması üçün, beynəlxalq mədəniyyət siyasəti çərçivəsində müxtəlif mədəniy-
yətli insanların səylərini cəmləmək lazımdır
Təəssüf ki, Qərbin bəzi dövlətləri miqrasiya axınları şəraitində multikul-
turalizmin idarə edilməsinin olduqca mürəkkəb siyasi vəzifə olması ilə əla-
qədar, ondan imtina etmişlər. Ola bilsin ki, bəzi xalqların nümayəndələri bu
və ya digər dövlətlərin milli mədəniyyətinə çətinliklə inteqrasiya olunurlar.
Lakin multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu,
anlaşılmazlığa, fobiyaya, müqayisə edilməyə və qarşıdurmaya, milli və dini
münaqişələrə aparan yoldur, təəssüf ki, bunlar bütün dünyada artır. Multi-
kulturalizm siyasətinin səmərəliliyini artırmaq məqsədilə, mədəniyyətlərin
və maraqların qarşılıqlı anlaşması, konvergensiyası və harmonizasiyasının
Dostları ilə paylaş: |