Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə97/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   93   94   95   96   97   98   99   100   ...   109

220 
məqsədinə malik mütərəqqi islahatlar həyata keçirilir. Bu kadrlar üçün səriş-
təlilik, kreativ düşüncə, vəzifəli şəxslər və vətəndaşlar arasında yüksək ünsiy-
yət  mədəniyyəti,  məsuliyyət  mədəniyyəti  və  vətənpərvərlik,  idarəçilik  işinin 
nəticələrinin  qiymətləndirilməsinə  ictimai  rəyi cəlb  etmə  xarakterikdir.  Nəti-
cədə yeni yaradılmış dövlət idarəçiliyi modeli vətəndaşların müasir innovasi-
yalar  vasitəsilə  reallaşan  şəffaf,  keyfiyyətli,  operativ  və  rahat  xidmətlərlə  
məmnunluğuna əsaslanır.  
Azərbaycan xalqının həyat rifahı və keyfiyyətinin  yüksəldilməsinə  yönəl-
dilmiş  dövlət  siyasətinin  ən  uğurlu  nailiyyətlərindən  biri,  milli  idarəçilikdə 
struktur dəyişiklikləri şəraitində 2013-cü ildə yaradılmış Azərbaycan Respub-
likasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üz-
rə “ASAN xidmət” Dövlət Agentliyidir. Agentliyin əsas məqsədləri bunlardır: 
vətəndaşların  xərclərinin  və  vaxt  itkisinin  azaldılması;  vətəndaşlarla  münasi-
bətdə  etika  qaydalarının,  nəzakətli  davranışın  gözlənilməsinə  nail  olunması; 
peşəkarlıq  səviyyəsinin  yüksəldilməsi;  dövlət  müəssisələrinə  inamın  möh-
kəmləndirilməsi;  şəffalığın  artırılması,  rüşvətxorluqla  mübarizənin  gücləndi-
rilməsi; elektron xidmətlərdən daha geniş istifadə; bu sahədə institusional is-
lahatların effektivliyinin artırılması.    
Azərbaycan  Respublikası  Prezidenti,  cənab  İlham  Əliyevin  dünya  prakti-
kasında analoqu olmayan bu gözəl innovativ layihəsi və brendi artıq ölkəmi-
zin milyonlarla vətəndaşının qəlbini fəth etməyə müvəffəq olmuşdur.    
Dövlətçilik  mədəniyyəti  nöqteyi-nəzərindən  “ASAN  xidmət”in  fəaliyyəti 
mühüm siyasi vəzifənin – dövlət sisteminin bazar şəraitinə yaxınlaşdırılması 
və mülki əhalinin dövlətin administrasiya xidmətlərindəki tələbatlarının daha 
tam şəkildə təmin edilməsi hesabına idarəçilik mədəniyyəti və effektivliyinin 
yüksəldilməsinin həllinə  yardım  edir. Onun fəaliyyətinin praktik əhəmiyyəti 
Agentliyin dövlət idarəçiliyinin digər mühüm funksiyasının - əhalinin rifahı-
nın  dəstəklənməsinə  yönəldilmiş  həyat  fəaliyyətinin  tənzimlənməsinin  real-
laşdırıılmasına  müsbət  təsir  göstərməsi  ilə  şərtlənir.  Bu  zaman  “ASAN  xid-
mət”in  dövlət  qulluqçuları  üçün  xüsusi  peşəkarlıq  etikasını  və  cəmiyyət  və 
dövlət qarşısında yüksək sosial və siyasi məsuliyyət mədəniyyətini daxil edən 
korporativ mədəniyyət xarakterikdir.  
Siyasi-etik ölçüdə “ASAN xidmət”in fəaliyyəti, - ölkədə yüksək vətəndaş 
mədəniyyətinin formalaşdırılmasına, insanların vətənpərvərlik ruhunda tərbi-
yə  edilməsinə,  şəxsiyyətlərarası  və  beynəlxalq  münasibətlər  mədəniyyətinə, 
milli  mədəni  dəyərlərin,  o  cümlədən  yüz  illər  mədəniyyət  tarixi  boyu  Azər-
baycan xalqına xas ənənəvi multikulturalizm dəyərlərinin qorunması və inki-
şafına yönəldilmiş azərbaycançılıq ideologiyası istiqamətində həyata keçirilir.  
Dövlət quruculuğu və idarəçiliyinin ən mühüm istiqamətlərindən biri kimi, 


221 
“ASAN xidmət”in əhəmiyyəti onun strategiya və texnologiyalarının cəmiyyə-
tin mənəvi iqliminə, siyasi və sosial sabitliyə, ictimai münasibətlər mədəniy-
yətinə,  həmçinin  dövlət  qulluqçuları,  siyasətçiləri  və  məmurların  özlərinin 
idarəetmə mədəniyyətinə böyük təsir göstərməsindən ibarətdir. 
. “ASAN xidmət”in fəaliyyəti üçün həm kollektivin özündə, həm də işçilə-
rin  müştərilərlə  münasibətində  yüksək  əmək  və  kommunikasiya  (ünsiyyət) 
mədəniyyəti  xarakterikdir.  Vətəndaşlarımızın  bu  Dövlət  Agentliyində  hiss 
etdikləri  psixoloji  komfortluluq,  onların  Agentliyin  əməkdaşlarının  yüksək 
peşəkarlıq  və  etik  mədəniyyətindən  razılığı  milli  özünüdərkdə  və  müxtəlif 
peşələrdə və yaş həddində olan insanların öz xalqı və dövləti üçün qürur hissi-
nə müsbət təsir göstərir. Agentlikdə hökm sürən pozitiv mühitdə “ASAN xid-
mət”  personalının  özünün  yüksək  etik  mədəniyyəti,  brend  geyimlərinin  səli-
qəliliyi ilə fərqlənməsi də əsas rollardan biri qismindədir.  
Strategiya, texnologiya, etika, “public relations” və dizayn, həmçinin sosial 
mühəndisliyin  ən yeni metodları kimi dövlət idarəçiliyi mədəniyyətinin elmi 
prinsiplərindən  bacarıqla  istifadə  edərək,  “ASAN  xidmət”  vətəndaşlarla  ün-
siyyətdə  dövlət  qulluqçularının  yüksək  milli  etik  mədəniyyət  standartlarının 
təsdiqində  müsbət  nəticələrə  nail  olmuşdur.  Dövlət  idarəçiliyinin  yüksək 
effektivliyinin təmin edilməsi üçün belə mədəniyyətin əhəmiyyətini Azərbay-
can Respublikasının Prezidenti, cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə 
qeyd etmişdir. 
ASAN xidmət”in uğurlu fəaliyyəti əsasən onunla şərtlənir ki, onun fəaliy-
yət istiqamətlərindən biri treninqlərin və kursların keçirilməsidir. Agent işçi-
lərinin uğurlu treninqlərinin təminatı üçün xüsusi olaraq “Treninqlərin qayda-
ları” işlənib hazırlanmış və təsdiq edilmişdir ki, burada innovativ metodlar və 
təhsil texnologiyaları əsasında qurulmuş səmərəli modeli daxil edən Agentli-
yin Strategiyası uyğun istiqamətlər üzrə öz əksini tapmışdır. Bu strategiyanın 
məqsədi  –  müasir  təhsil  standartlarına  və  “informasiya  cəmiyyətinin”  infras-
trukturuna cavab verən, kadr potensialının, xüsusilə yüksək peşəkarlıq, kreativ-
lik, innovativ təfəkkür və milli mədəni dəyərlərə sadiq gənclərin formalaşdırıl-
masını təmin etməyə qadir xüsusi innovativ təhsil sisteminin yaradılmasıdır.    
Məlumdur ki, dövlət idarəçiliyi prosesi dinamik xarakter daşıyır və hər bir 
konkret  ölkənin  tələbatlarına,  dünya  sivizasiyasının  çağırışlarına  uyğun        
olaraq, dialektik dəyişikliklərə, islahat yolu ilə dəyişdirilməyə və təkmilləşdi-
rilməyə məruz qalır. Bu qanunuyğunluğu nəzərə alaraq, treninqlər, yalnız Ba-
kıda  deyil,  həm  də  Gəncə,  Sumqayıt,  Sabirabad,  Bərdədə  təmsil  olunan 
“ASAN  xidmət”  təşkilatlarının  aktiv  inkişaf  edən  şəbəkəsi  üçün  kadrların 
məqsədyönlü  hazırlığı  və  yenidən  hazırlığını  həyata  keçirir.  Treninqlərdə 
personal  Azərbaycan  və  dünya  mədəniyyəti  və  sivilizasiyasının  tarixi,  insan 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə