Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə93/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   89   90   91   92   93   94   95   96   ...   109

210 
əbədiləşdirilməsi. 

 
Milli  mədəniyyətin  mütərəqqi  kulturogenezinə,  beynəlxalq  müna-
sibətlər mədəniyyətinin inkişafına və sivilizasiyaların əməkdaşlığına yar-
dım  edən,  xarici  ölkələrlə  mədəniyyət  dialoqu  və  mübadiləsinin  həyata 
keçirilməsi.  
Belə  siyasətin  (iqtisadiyyatın,  bədii  mədəniyyətin  inkişafı  və  mədəni 
irsin  ənənəvi  prioritetləri  ilə  yanaşı)  innovativ  prioritetləri  kimi  aşağıda 
göstərilənlər müəyyən oluna bilər:  
1.
 
Elm,  təhsil,  maarif,  informasiyanın  qabaqlayıcı  inkişafı,  yüksək 
texnologiyaların işlənib hazırlanması ilə əlaqədar olan - intellektual mədə-
niyyət. Uyğun maddi şəraitdə intellektual mədəniyyət strateji dövlət prio-
riteti, istehsal qüvvələri inkişafının başlıca resursu, təbiətin və cəmiyyətin 
dəyişdirilməsi, insana lazım olan həyat nemətlərinin yaradılması olur.  
2.
 
Milli-mədəni  və  ümumbəşəri  dəyərlərə  əsaslanan  –  etik  mədəniy-
yət. Yüksək mənəviyyatsız, xoş məramsız, insaniyyətsiz intellektual mə-
dəniyyət, cəmiyyət üçün yalnız yaradıcı deyil, həm də təhlükəli dağıdıcı 
qüvvə  ola  bilər.  Etik  mədəniyyət  yalnız  insan  münasibətlərinin  dəyərli 
tənzimləyicisi deyil, həm də mövcud qanunların icrasını təmin etməklə, 
hüquq mədəniyyətinin mühüm əsasıdır. 
3.
 
Qanunların aliliyi və mükəmməlliyini, vətəndaşların hüquqi savad-
lılığını, qanunların icra mədəniyyətini nəzərdə tutan - hüquq mədəniyyə-
ti. Hüquq mədəniyyəti insan hüquqlarının müdafiəsini, cəmiyyətin sosi-
al, siyasi və iqtisadi həyat təhlükəsizliyini təmin edən ictimai münasibət-
lərin mühüm tənzimləyici amilidir.  
4.
 
Professionallıq və idarəetmə etikasının cəmini ifadə edən – idarə-
çilik  mədəniyyəti.  İdarəetmə  mədəniyyəti  strateji  prioritetlərdən  biridir. 
Xalqın  rifah halı  və  həyat keyfiyyəti,  dövlətin  davamlı  sosial,  siyasi  və 
iqtisadi inkişafı, beynəlxalq nüfuzu və təhlükəsizliyi onun səviyyəsindən 
asılıdır.  
 
 
 
 
 
 
 
 
 


211 
KULTUROLOGİYA  
VƏ İNSAN KAPİTALININ İNKİŞAFI 
 
Qloballaşma  şəraitində  inkişafın  vacib  amili  olan  insan  kapitalının 
keyfiyyəti və potensialı cəmiyyətin, dövlətin və ümumilikdə beynəlxalq cə-
miyyətin həyat rifahı və keyfiyyəti üçün başlıca əhəmiyyət kəsb edir. İnsan 
kapitalı  –  cəmiyyətin  sosial-mədəni  kapitalıdır  ki,  onsuz  sosial-mədəni  tə-
rəqqini  təmin  edən  səmərəli  istehsal  və  innovativ  fəaliyyət  mümkün  deyil. 
O,  dünya  sivilizasiyasının  məkanı  və  zamanında  dialektik  dəyişikliklərlə 
şərtlənən çağırışlara cavab verməyə qadir müasir innovaiya iqtisadiyyatının 
yaxud “biliklər iqtisadiyyatının” hərəkətverici inkişaf qüvvəsi kimi nəzərdən 
keçirilir.   
İnsan kapitalını ölkənin başlıca davamlı inkişafının bərpaedici resursu ki-
mi nəzərdən keçirən Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev, 
onun  inkişafına  böyük  əhəmiyyət  verir.  Ölkə  rəhbərliyi  dünyanın  ən  yaxşı 
ali məktəblərində istedadlı Azərbaycan gənclərinin təhsili hesabına, həmçi-
nin  Azərbaycanın  milli  təhsil  sisteminin  keyfiyyətini  yüksəltmək  vasitəsilə 
yüksək ixtisaslı mütəxəssislərin ciddi hazırlıq proqramını həyata keçirir. XX 
əsrin ikinci yarısından bu fenomenin əhəmiyyətinin dərk edilməsi və alimlər 
və siyasətçilər tərəfindən ona diqqət güclənir.  
Qeyd etmək kifayətdir ki, əgər 1990-cı illərin sonunda dünyanın inkişaf 
etmiş ölkələrində fiziki kapitala yalnız 30% kapital qoyulurdusa, insan kapi-
talına  qoyulan  vəsait  bütün  vəsaitin  70%-ni  təşkil  edirdi.  Bu  zaman  iqtisa-
diyyatın dövlət tənzimlənməsi məqsədilə əsas kapitalı dövlət öz üzərinə gö-
türür. Artıq o zaman aydın oldu ki, insan kapitalı mühüm gəlir mənbəyidir 
və  yalnız  əmək  qabiliyyəti  ilə  deyil,  həm  də  insanın  anadangəlmə  mədəni 
keyfiyyətləri, əsl istedadı, yaxşı təhsilı, bilikləri, peşəkarlığı, vərdişləri, fəa-
liyyət texnologiyaları, təcrübəsi, mütəşəkkilliyi və idarəçilik bacarıqları, mə-
nəvi keyfiyyətləri ilə müəyyən olunur. Bugün bu anlayış insanın həm ana-
dangəlmə, həm də qazanılmış mədəni keyfiyyətlərini, həm dövlət tərəfindən 
onun inkişafına qoyulan investisiyaları, həm həyat fəaliyyəti üçün ailənin is-
tehlak xərclərini (qida, geyim, yaşayış evi, kommunal təminat, təhsil və sə-
hiyyə daxil olmaqla),  həm onun cəmiyyətin sosial-mədəni, o cümlədən, iq-
tisadi inkişafının dəyişdirici amili kimi dərk edilməsini ehtiva edir.       
Əsasını  institusional  nəzəriyyə,  neoklassik  nəzəriyyə,  neokeysian  (XIX 
əsrin ikinci yarısı – XX əsrin əvvəllərində alman fəlsəfəsində istiqamət) və 
digər iqtisadi  nəzəriyyələrin təşkil etdiyi  insan  kapitalı  nəzəriyyəsinin  inki-
şafında Nobel mükafatı laureatı T. Şultsun, H. Bekkerin, S. Kuznetsin, həm-


212 
çinin E. Denison, R. Solou, C. Kendrik, C. Fabrikant, İ. Fişer, R. Lukas və 
digər iqtisadçılar, sosioloqlar və tarixçilərin, Ümumdünya Bankı eskpertləri-
nin  xidmətləri  böyükdür.  Keçən  əsrin  ikinci  yarısında  Teodor  Şults,  Heri 
Bekker, Saymon Kuznets tərəfindən işlənib hazırlanmış və inkişaf etdirilmiş 
“insan kapitalı” termini bugün geniş şərhə və çoxsaylı ölçülərə malikdir ki, 
bu da onu kulturoloji anlayışa çevirir və onun təhlili və qiymətləndirilməsi-
nə sistemli kulturoloji yanaşmanı tələb edir.   
Məlumdur ki, bugün dünya insan kapitalının əsas hissəsi inkişaf etmiş öl-
kələrdə cəmlənmişdir ki, bu, axırıncı onilliklərdə burada insan kapitalına qo-
yulan investisiyaların fiziki kapitala qoyulan investisiyaları əhəmiyyətli də-
rəcədə  üstələməsi  ilə  izah  olunur.  Bu  ölkələrin  təcrübəsi  göstərir  ki,  insan 
kapitalının  formalaşması  və  inkişafı  əhalinin  ruhi  mədəniyyət  və  həyat 
keyfiyyəti  səviyyəsinə  qoyulan  investisiyalardan  birbaşa  asılıdır.  Səmərəli 
insan  kapitalına  malik  sivil  ölkələr  üçün  fundamental  və  tətbiqi  elmlərin 
yüksək səviyyəsi, insanın yüksək inkişaf indeksi xarakterikdir.    
İnsan kapitalının və başlıca olaraq, intellektual resursların dəyişdirici im-
kanlarının  tədqiqi  sahəsindəki  nailiyyətlər  əsasında  bugün  ABŞ  və  Avropa 
və  Asiyanın  aparıcı  ölkələrinin  uğurlu  milli  inkişafı  həyata  keçirilir.  İnsan 
kapitalı  paradiqması  Finlandiyada  innovativ  iqtisadiyyatın  yaradılmasının 
əsası, İsveçin,  Rusiyanın və digər ölkələrin iqtisadiyyatının  modernləşməsi 
olmuşdur. İşçidə təcəssüm olunan insan kapitalı – onun bilikləri, bacarıqla-
rı,  mütəşəkkilliyi,  mənəviyyatı  və  yaradıcı  fəaliyyətidir;  o  hər  bir  ölkənin 
başlıca gəlir mənbəyi, milli zənginliyin əsasıdır.  
Dünyanın aparıcı ölkələrində insan kapitalının inkişafı yüksək əmək mə-
dəniyyətini,  vətəndaşın  yüksək  istehsal  əməyini  motivasiya  edən  maddi-
texniki şəraiti təmin edən düzgün idarəcilik siyasəti və mədəniyyəti əsasında 
aparılır. İnsanların dəyişdirici fəaliyyətində əsas yeri intellektual əmək tutur, 
belə  ki,  məlum  olduğu  kumu,  maddi  rifah  istehsalçılarının  əsas  resursu  və 
ÜDM-un artımı intellektdən ibarətdir. Bu, rəqabət qabiliyyətli iqtisadiyyatın 
inkişafında,  əhalinin  və  dövlətin  gəlirləri  və  rifahının  yüksəldilməsində 
elmtutumlu təhsilin çox böyük rolunu izah edir.   
Sosial-mədəni və iqtisadi tərəqqinin başlıca resursu olan intellektual mə-
dəniyyətin qabaqlayıcı inkişafı, Dirçəliş Dövründən başlayaraq, qərb ölkələ-
rinin davamlı mədəni ənənəsi olmuşdur. XX əsrin ikinci yarısında insan ka-
pitalı problemləri alim iqtisadçılar, sosioloqlar, tarixçilər və kulturoloqlar tə-
rəfindən iqtisadi və sosial inkişafın səmərəliliyi kontekstində nəzərdən keçi-
rilməyə  başlandı.  Bəzi  ölkələrin  uğurunu  və  digərlərinin  geridə  qalmasını, 
və dövlət siyasətində bu sosial inkişaf qanunauyğunluğunun hesaba alınma-
sını  müəyyən  edən  mühüm  amilə  çevrilmiş  insan  kapitalının  keyfiyyətinin 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə