Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə91/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   87   88   89   90   91   92   93   94   ...   109

205 
dövlətdə rifahın əsasını, həmçinin insanları idarə etmək imkanını xeyirxah-
lıqda görürdü. Əmin-amanlıq, daxili ruhi dinclik sağlamlığın baza şərtlərin-
dən  biridir.  Bizim  daxili  ruhi  dünyamız  xarici  şəraitdənsə,  bizim  özümüz-
dən, öz şüurumuzu idarə etmək qabiliyyətindən, hadisələri sakit, fəlsəfi qav-
ramaqdan,  özündə  müdriklərə  xas  olan  ataraksiya  (soyuqqanlılıq,  təmkinli-
lik) yetişdırməkdən daha çox asılıdır. Ruhi tarazlığa nail olmaq üçün öz vic-
danınla  razılıqda  olmaq  və  vaxtaşırı  “mən  çox  sakitəm”  və  “mən  hər  şeyi 
bağışlayıram” formulu üzrə autotreninqlə məşğul olmaq lazımdır. Belə vax-
taşırı  “susma”  şüurun  həssaslığını,  daxili  dünya  və  onun  transendentallığı 
(hüdudları  aşan)  ilə  əlaqə  duyğusunu  artırır,  həyatın  və  xeyirxahlığın  rolu-
nun daha yaxşı dərk edilməsinə, şəxsiyyətin ruhən nurlanmasına səbəb olur.  
Geriyə baxarkən hər bir mədəni insan şüurlu və gözəl yaşanan günlərə, ay-
lara  və  illərə  görə  razılıq  hissi  keçirməli,  öz  yaradıcı  əməyinin  nəticələrinə  - 
əkdiyi ağaclara, yetişdirdiyi “meyvələrə”, tikdiyi binalara və şəhərlərə, böyüt-
düyü, təhsil verdiyi  və tərbiyə etdiyi insanlara görə qürur hissi keçirməlidir. 
Bu - elmi və texniki nailiyyətlərə, incəsənət əsərlərinə, dövlət konstruksiya-
ları  və  insana  xidmət  üçün  təyin  edilmiş  həyat  fəaliyyəti  texnologiyalarına 
da  aiddir.  Əkdiyimiz  hər  bir  mədəniyyət  toxumu  insanın  həyat  fəaliyyəti 
üçün zəruri olan çox bəhrələr verə bilər. Effektiv özünüidarə sisteminin ya-
radılması üçün özündə nəinki fəallığı, həm də qoyulmuş məqsədə nail olma-
yınca, qəbul edilən qərarın və ya planın yerinə yetirilməsində sabitlyi, mə-
tinliyi,  inadkarlığı  yetişdirmək  lazımdır.  Qəlbin  səxavəti,  ətrafdakıların  səni 
qəbul etməsi və bəyənməsi, insanlara xidmət üçün öz ağlı, enerjisi və vaxtının 
təmənnasız olaraq sərf edilməsi – insan rifahının açarıdır.  
Görkəmli tarixi şəxsiyyətlərin yuxarıda gözdən keçirilən fikirləri, yanaş-
maları  və  qiymətləndirmələri,  müasir  tanınmış  analitiklər  və  psixoloqların, 
həmçinin  müəllifin  bəzi  konseptual  müddəaları,  şəxsiyyətin  daimi  özünü 
təkmilləşdirməsinə və özünə nəzarətə yardımı nəzərdə tutur. Əgər onlar in-
sanın  daxili  tələbatına  çevrilərsə,  uğurlu  həyat  fəaliyyətinin,  insanın  ruhi 
dincliyi  və  xoşbəxtliyi  üçün  gərəkli  olan  yüksək  ünsiyyət  mədəniyyətinin, 
digər  insanlarla  harmoniyanın,  cəmiyyətdə  məhəbbətin  və  hörmətin  daimi 
generatoru rolunu oynayacaqdır.  
 
 
 
 
 
 
 


206 
SOSİAL-MƏDƏNİ SİYASƏT 
 
Sosial-mədəni siyasət – intellektual, etik, bədii, idarəçilik, hüquq, məişət 
mədəniyyəti və bütöv milli mədəniyyət sisteminin digər aparıcı istiqamətlə-
rinin inkişafına yardım vasitəsilə həyat rifahının, keyfiyyətinin yüksəlməsini 
və cəmiyyətin və dövlətin davamlı inkişafını təmin edən uniuversal siyasət-
dir.  Bu istiqamətlərə həmçinin: mədəni irsin qorunması, istehlak mədəniy-
yəti, səhiyyə və ekologiya, fiziki mədəniyyət, idman, turizm, kitab nəşri və 
insanın digər həyat fəaliyyəti sahələrininin inkişafı aiddir.  
Ölkənin milli maraqlarına uyğun olaraq, sosial-mədəni siyasət vətəndaş-
ların  daim  artan  ruhi  və  maddi  tələbatlarının  təmin  edilməsinə  yönəldilən 
müxtəlif  dövlət  və  qeyri-hökumət  təşkilatlarının  fəaliyyətini  koordinasiya 
edir.  O,  elmi əsaslar  üzərində qurulur  və dövlətin  etik  və  hüquq  sisteminin 
effektivliyinin  təmin  edilməsində,  ictimai  münasibətlər  mədəniyyəti  və  in-
san  kapitalının  inkişafında,  gənc  nəslin  mənəvi  sağlamlığının  yaxşılaşdırıl-
masında, ictimai əmək məhsuldarlığının artırılmasında mühüm rol oynayır.   
Elmin, keyfiyyətli təhsilin, incəsənətin və mədəniyyətin digər sahələrinin 
inkişafı ilə yanaşı sosial-mədəni siyasətin mühüm vəzifələrinin biri, əhalinin 
akkulturasiyası (mədəniyyətlərin qarşılıqlı təsir prosesi, mədəni xüsusiyyət-
lərin  mübadiləsi)  və  inkulturasiyası  (fərd  tərəfindən  mədəni  normalarının 
mənimsənilməsi), mədəni elitanın bilikləri və vərdişlərinin kütlələrə ötürül-
məsinə,  sosial  cəhətdən  aktiv  insan  kapitalının,  yüksək  insan  münasibətləri 
mədəniyyətinin  formalaşmasına  və  cəmiyyətin  davamlı  inkişafına  yardım 
edən  universal  kulturoloji  biliklərin  yayılmasıdır.  Sosial-mədəni  siyasətin 
strateji vəzifəsi dövlətin rəqabət qabiliyyətli inkişafı, milli mədəniyyətin gə-
ləcəyinin qurulması üçün yeni imkanların yaradılmasıdır.   
Sosial-mədəni siyasətin dəyəri onun milli maraqlara və dövlətin dəyişən 
inkişaf tələbatlarına, dünya sivilizasiyasının çağırışlarına nə dərəcədə cavab 
verməsi ilə şərtlənir. Onun  səmərəliliyi  əsasən hansı prinsiplər və  meyarlar 
üzərində  qurulmasından,  xalqın  mədəni  irs  dəyərləri  və  normalarının, 
beynəlxalq həyat fəaliyyəti texnologiyalarının seçimi və sintezinin necə hə-
yata keçirilməsindən, zamanın sınağından keçmiş Qərb və Şərq mədəni nai-
liyyətlərinin, lokal və dünya sivilizasiyasının standartları, təcrübəsi və inki-
şaf qanunlarının  onda nə dərəcədə nəzərə alınmasından asılıdır.  
   Sosial-mədəni  siyasətin  mühüm  funksional  vəzifələrindən  biri,  milli-
mədəni  dəyərlər  sisteminin  qorunması  və  inkişafıdır.  Məlum  olduğu  kimi, 
xalqın mədəni dəyərləri – xalqın həyat fəaliyyətini tənzimləyən və dövlət si-
yasətinin  ideoloji  əsasını  təşkil  edən,  insanların  şüuru,  psixologiyası,  in-


207 
tellekti, dünyagörüşü, motivləri, mənəviyyatı, davranışı, xarakteri və taleyi-
nə güclü surətdə təsir edən davamlı mədəni oriyentirlərdir. Bu sistemin apa-
rıcı  həlqəsi,  xalqın  nailiyyətləri  və  həyat  rifahının  göstəricisi  xalqın  in-
tellektual və etik mədəniyyətidir ki, bunları permanent (daimi, arasıkəsilmə-
dən) inkişaf etdirmək lazımdır.  
Demokratik ölkənin sosial-mədəni siyasəti milli ideologiyanın təkmilləş-
dirilməsi,  insanların  şüurunda  pozitiv  dəyişikliklər,  yüksək  sosial  həyat 
keyfiyyətinə nail olma, davamlı sosial-mədəni tərəqqi, dövlətin daxili və xa-
rici təhlükəsizliyi, cəmiyyətdə milli-mədəni dəyərlərin istehsalı, qorunması, 
yayılması  və  mənimsənilməsi  üçün  əlverişli  şəraitin  yaradılması  ilə  əlaqə-
dardır. O, ruhi və maddi mədəniyyətin bütöv sosial sistemini ifadə edən ya-
radıcı  fəaliyyətin  müxtəlif  sahələrinin  bir-birinə  təsirli  inkişafını  təmin 
etmək,  insanların  həyata  passiv  uyğunlaşmasının  qarşısını  almaq,  onlarda 
fəal vətəndaş  mövqeyini formalaşdırmağa  yardım etmək, ölkənin  milli  ma-
raqlarına uyğun olaraq, əhalini gerçıkliyin yaradıcı dəyişdirilməsinə səfərbər 
etmək iqtidarındadır. Bunu nəzərə alaraq, sosial-mədəni siyasətin işlənib ha-
zırlanması və həyata keçirilməsinə məsul dövlət idarəçiliyi orqanının cəmiy-
yətin və dövlətin dinamik inkişafı naminə sosial-mədəni fəaliyyətin bir çox 
subyektlərinin  səylərini  birləşdirməyə  yardım  edən  ideoloji  və  koordinasi-
yaedici  funksiyanı  yerinə  yetirməsi  məqsədəuyğundur.  Yeni  tarixi  şəraitdə 
possovet ölkələri tərəfindən  bu  missiyanın  yerinə  yetirilməsi sovet dövrün-
dən  qalma  “mədəniyyətin  “iqtisadiyyat  üzərində  üstqurum”  kimi  dar  anla-
mından imtina etməsi ilə şərtlənmişdir. Müstəqil ölkələrin milli maraqlarına 
cavab  verən  innovativ  sosial-mədəni  siyasətin  əsasına  bütöv  sosial  sistem, 
proses  və  insanın  ağlı,  hissləri  və  fiziki  əməyi  ilə  yaradılan  “süni  təbiət” 
olan mədəniyyətin düzgün elmi anlamını qoymaq lazımdır. Belə anlayış və 
onun  əsasında  qurulmuş  sistemli  kulturoloji  yanaşma  dövlətçilik  mədəniy-
yətinin gələcək inkişaf səviyyəsinin yüksəlməsi və istehsal qüvvələrinin, da-
xili və xarici siyasətin, həyat tərzi və həyat təminatı sisteminin, beynəlxalq 
münasibətlər  və  cəmdə  milli  mədəniyyətin  və  sivilizasiyanın  bütöv  sosial 
sistemini  təşkil edən  digər  fəaliyyət sahələrinin  balanslaşdırılmış  inkişafına 
nail olma üçün şərait yaradır. O, inkişafa diqqətin artırılması və müxtəlif sə-
nət və fəaliyyət dairəsi insanlarının bilikləri, bacarıqları, mütəşəkkilliyi, mə-
nəviyyatı və yaradıcı fəaliyytətinin qiymətləndirilməsi hesabına milli mədə-
niyyətin inkişaf motivasiyası, insan kapitalının əsasını təşkil edən, vətəndaş-
ların əqli və mənəvi mədəniyyətinin tərəqqisi üçün  yeni imkanlar  açır. Belə 
yanaşmanın  üstünlüyü  onun  intellektual,  bədii,  istehsal,  məişət,  istehlak, 
tibb, ekoloji, hüquq mühafizə və hərbi  mədəniyyətin, ailə və ictimai mədə-
niyyətin  dinamik  qarşılıqlı  inkişafının  stimullaşdırılmasına,  milli  irsin  qo-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə