Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə87/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   83   84   85   86   87   88   89   90   ...   109

196 
siyyətin sonsuz imkanlarına inanan Sokrat deyirdi: “Hər bir insanda günəş var. 
Ona yalnız işıq saçmaq imkanını verin.” Özünüidarəyə öyrənərək və zəkamızın 
tükənməz imkanları sayəsində biz öz fikirlərimizi, hisslərimizi və davranışımızı 
daha səmərəli idarə etməyə başlayırıq. 
Digər  insanlarla  ünsiyyətdə,  ətrafdakıların  obyektiv  qiymətləndirilməsi  və 
özünün yaxşı cəhətlərini və keyfiyyətlərini özünü qiymətləndirmə əsasında in-
san müəyyən sosial rola olan hüququnu bərqərar edir. Yanlış tərbiyə, E. From-
ma görə “sizə necə lazımamsa - mən eləyəm” prinsipi ilə yaşayan “bazar xarak-
terli” insanın formalaşmasına gətirib çıxara bilər. Bu, şəraitdən asılı olaraq də-
yişən, yüksək mədəniyyətli insana xas olan möhkəm mənəvi prinsiplərin, ardı-
cıllığın, alicənablığın və sədaqətin ondan gözlənilməsi mümkün olmayan ifrat 
konformistdir.  İnsan  azad  olmalıdır.  Bu  o  demək  deyil  ki,  o,  istədiyi  hər  şeyi 
edə  bilər.  Xeyr.  Burada  əsas  meyar  yüksək  ruhi  mədəniyyətdir.  Davranış  etik 
mədəniyyətin  və  vicdanın  tələbləri  ilə  şərtlənməlidir.  Kimin  isə  şüurlu  olaraq 
manipulyasiya edə biləcəyi “ictimai rəydən” asılılıq isə düzgün deyil, çünki bu, 
şəxsiyyətin fərdiliyinin itirilməsinə səbəb olur, onun  yaradıcı inkişafına mane 
olur, təşəbbüsünü və mütərəqqi yeniliklərini məhdudlaşdırır. Cəmiyyət tərəfin-
dən daim “qiymətləndirilənlər” rolunda olma - özünütəsdiqin, inkişafın və yara-
dıcılığın ən yaxşı üsulu deyil. İnsana möhkəm iradə, təmiz vicdan, öz gücünə 
inam  və  sərbəst  yaradıcılıq  lazımdır.  Başqa  sözlə,  insan  “dalğaların  iradəsinə 
görə” üzməməlidir, lakin öz həyatını, şüurunu, iradəsini, arzularını və məqsəd-
lərini  idarə  etməlidir,  öz  taleyində  mütərəqqi  dəyişikliklərin  və  nailiyyətlərin 
memarı və inşaatçısı olmalıdır.  
İnsanın ünsiyyətində “əməkdaşlıq” fəlsəfəsi və texnologiyası düzgün özünü-
idarəyə doğru aparır. Bu - sosial münasibətlərin yüksək mədəniyyətinə, şəxsiy-
yətin  formalaşdırılmasına  və  dürüstlük,  xeyirxahlıq  və  məsuliyyət  kimi  insani 
keyfiyyətlərin  inkişafı  hesabına  ictimai  həyatda  destruktiv  hadisələrin  aradan 
qaldırılmasına doğru yoldur. Təəssüf ki, real həyatda biz yeni formaya düşməyi 
çox tez  bacaran çoxüzlü ifrat konformistlərlə tez-tez rastlaşırıq. Belə adamlar 
üçün dərin həyat təsisləri və əqidələri mövcud deyil. Lakin hər bir cəmiyyətdə 
digər insanlar da az deyil. Bu - “sındırmaq mümkün olan, lakin əymək müm-
kün  olmayan”  şəxsiyyətlərdir.  Bütün  həyat  şəraitlərində  onlar  mərdlik,  sarsıl-
mazlıq, qəhrəmanlıq kimi məziyyətlərə nümunə olurlar, həyat fəaliyyətinin so-
sial  əhəmiyyətli  obrazını  və  yüksək  insan  mədəniyyətini  nümayiş  etdirirlər.
 
Mişel Montenin sözlərini xatırlayaq: “Həqiqi ləyaqət çaya bənzəyir: o nə qə-
dər dərindirsə, o qədər az səs çıxarır”.  Məhz belə insanlar şəxsiyyətlərin və 
liderlərin tərbiyə edilməsi üçün nümunədirlər.  
 
 


197 
Münaqişələrin idarə edilməsi 
 
 Özünüidarə  mədəniyyəti  insanlarla  qarşılıqlı  münasibətlərdə  münaqişəli 
situasiyanı idarə etmək qabiliyyətini də nəzərdə tutur. Burada başlıcası, təm-
kin və başqasını dinləmək, onun mövqeyini obyektiv və özünütənqid şəklin-
də  qiymətləndirmək  və  düzgün  nəticələr  çıxarmaq  bacarığıdır.  Başqasının 
rəyi sizinki ilə uygun gəlmirsə, çəkinmək lazım deyil. Sakitliyini və təmki-
nini  saxlayaraq,  mübahisənin  mahiyyətini  opponentin  üzərinə  keçirməmək, 
onun insani ləyaqətlərinin alçaldılmasına yol verməmək və ona münasibətdə 
hörmət  göstərmək  vacibdir.  Bu  zaman  anlaşılmazlığı  aradan  qaldırmaq  və 
hansı  hisslərin  onun  davranışına  istiqamət  verdiyini  aydınlaşdırmaq  üçün 
suallar vermək lazımdır.  
Münaqişə - həm də  özünə  müəyyən çağırış, özünün, bəlkə də yaxşı tərəfə 
dəyişmək lazım olan düşüncələri və davranışının düzgünlüyü haqqında fikirlə-
rinə bəhanədir. Nizami Gəncəvi deyir: ”Ürəkdən gələn söz ürəyə sirayət edir”. 
Sosial münaqişələrin azaldılması və qarşısının alınması üçün effektiv insan fəa-
liyyətinin mühüm motivasiyası olan şəxsiyyətin - cəmiyyət, vətən və bütövlükdə 
bəşəriyyət  qarşısındakı  xidmətlərinin  obyektiv  ictimai  qəbul  edilməsidır.  Ob-
yektiv seçim prinsipləri və meyarlarına malik olmayan ədalətsiz qiymətləndir-
mələr  və  bölgü  münasibətləri  sistemi  insanların  sosial  fəallığının  və  ictimai 
əmək məhsuldarlığının azalmasına, böyük yaradıcı imkanların itirilməsinə, icti-
mai münasibətlərin qeyri-sabitliyinə və vətəndaşların hakimiyyətə inamının qı-
rılmasına səbəb olur. İnsan münasibətləri və sosial münasibətlərdəki ziddiyyət-
lər, münaqişələr və böhranlar öz başlanğıcını məhz buradan götürür. Buna görə 
demokratik ölkələrin dövlət idarəçiliyi sistemlərində hər bir vətəndaşın mədəni 
keyfiyyətlərinin,  peşəkarlıq  məziyyətlərinin  və  sosial-mədəni  inkişafa  töhfəsi-
nin ədalətli qiymətləndirilməsinə birinci dərəcəli əhəmiyyət verilir.  
 
Xoşbəxtlik həyat stimulu kimi 
 
Şəxsiyyətin  ən  mühüm  özünüidarə  stimulu  xoşbəxtlik  olub  və  olacaqdır. 
Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün insanlar, daha çox onların ruhi 
mədəniyyəti  və  uğurlarının  səviyyəsi  ilə  müəyyən  edilən  xoşbəxtliyə  can 
atırlar. Xoşbəxtliyə can atma hər bir insanın həyat fəaliyyətinin təbii və baş-
lıca stimuludur, özünü təkmilləşdirməyə can atma isə özünü mədəni şəxsiy-
yət hesab edənlər üçün xoşbəxtliyin mütləq şərtidir. Bu sosial qanunauyğun-
luq  insanın  tələbatları,  maraqları  və  məqsədlərinin  formalaşma  motivlərini 
bir çox cəhətdən izah edir, insanların təfəkkürünə və davranışına təsir edir, 
şəxsiyyətin psixologiyasını və xarakterini anlamaq imkanını verir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə