Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə83/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   79   80   81   82   83   84   85   86   ...   109

188 
“Rəssam şah əsərlərin surətlərini çıxara-çıxara meydana gəlir.” Başqa insan-
ların, əsasən, həyatda böyük uğurlara nail olanların təcrübəsini öyrənmək və 
onlardan yaradıcı şəkildə istifadə etmək çox vacibdir.  
Piter Druker haqlı olaraq qeyd edir ki, hətta Leonardo da Vinçi, Napole-
on, Motsart və bir çox başqaları kimi görkəmli dünya mədəniyyəti xadimləri, 
çətinlikləri dəf edərək, daim öz üzərlərində işləmişlər. Məhz buna görə onlar 
bu qədər çox şeyə nail olmuşlar. İstər-istəməz İsaak Nyutonun aforizmi ya-
da düşür: “Mən başqalarından uzağı onunçun görə bildim ki, məndən əvvəl 
işləyənlərin hamısının çiyinləri üzərində  qalxdım.” Belə  miqyaslı xadimlər 
az  olsa  da, istedad səviyyəsi  və  fəaliyyət  nəticələri onları adi  insanlarla  bir 
cərgəyə  qoymağa  imkan  vermir,  tamamilə  aydındır  ki,  zəhmət  və  məqsəd-
yönlülük olmadan, onlar çətin ki müvəffəqiyyət qazanardılar, çünki istedad 
ciddi əməyə vurularsa, çox gözəl nəticələr verir.  
Həyatda öz yerini tapmaq üçün öz qabiliyyətlərini, iş üslubunu və öz əx-
laq  prinsiplərini  bilmək  lazımdır.  Özünün  təbii  imkanları  və  qabiliyyətləri-
nin düzgün qiymətləndirilməsi və istifadə edilməsi zəruriliyi haqqında danı-
şaraq, Piter Druker qeyd edir ki, vətəndaş cəmiyyəti şəraitində hər bir insa-
nın seçimi var. Buna görə də həyatda öz yerini tapmaq üçün öz qabiliyyətlə-
ri haqqında mümkün qədər çox bilmək, bunun üçün nəticəni proqnozla mü-
qayisə  edərək,  öz  fəaliyyət  nəticələrini  təhlil  etmək  lazımdır.  Nəticələrin 
təhlili,  diqqəti  özünün  güclü  cəhətlərində  cəmləşdirmək,  qabiliyyətlərinin 
daha geniş surətdə aşkarlanması üçün, onları praktikada düzgün tətbiq edə-
rək,  öz  bilikləri və  vərdişlərini  təkmilləşdirməyə  imkan  yaradır.  Bizim  mə-
nəvi prinsiplərimizə uyğun şəraitlərdə işləmək, həmçinin öz etik mədəniyyə-
tini təkmilləşdirmək, başqa xalqların mədəniyyətlərinə dair biliyini artırmaq, 
kollektivlə və təşkilatın rəhbərliyi ilə yaxşı münasibətlər qurmaq, ictimai fə-
aliyyətlə məşğul olmaq çox əhəmiyyətlidir. Druker sürətli dəyişikliklər şəra-
itində öz peşəkar rəqabət qabiliyyətliliyini itirmək istəməyən əqli əmək işçi-
lərinə qarşılıqlı münasibətləri qaydaya salmağa görə məsuliyyəti öz üzərinə 
götürməyi  öyrənməyi  və  aşağıdakı  suallara  cavab  tapmağı  məsləhət  görür: 
mənim rolum nə kimidir? məndə nəyə qabiliyyətlər var? mənim iş üslubum 
necədir? həyatda mənim yerim hardadır? təşkilatın ümumi işinə mənim şəx-
si töhfəm necədir?  
 
Özünü təkmilləşdirmə 
 
Həyatın mürəkkəb problemlərini həll etmək bacarığı insanın təbii məziy-
yətlərinin inkişafına və özünüidarənin əsas məqsədlərindən biri olan insanın 
özünü  təkmilləşdirməsinə  yardım  edir.  Daim  yaxşılığa  doğru  dəyişmə  yeni 


189 
imkanların yaranmasına səbəb olur. İnsan özünün bilikləri, vərdişləri, baca-
rıqları, iradəsi, məsuliyyəti, mənəviyyatı və nəticə etibarilə səmərəli yaradıcı 
fəaliyyətini daim inkişaf etdirmək hesabına şəxsiyyət olmağa can atmalıdır. 
O özünün əməlləri və mənəvi, insani keyfiyyətləri, yüksək ruhi mədəniyyəti 
sayəsində ətrafdakıların məhəbbətini və hörmətini qazanmalıdır. Lakin hör-
mət və məhəbbəti qazanmaq azdır, onu saxlamağı bacarmaq lazımdır. Yük-
sək nəticələr əldə etmək üçün həsəd aparanlara fikir vermədən, onları “təbi-
ətin təbii məsarifləri” və istedadlı adamları müşayiət edən yol yoldaşları ki-
mi  nəzərdən  keçirərək,  çoxlu  və  inadla  çalışmaq  lazımdır.  Nizami Gəncəvi 
qeyd edir: “Hər bir istedad ağır tənələr eşidir”. Təbiət qanunauyğunluqlarına 
uyğun  olaraq,  vicdanlı  əmək  və  dözümün  nəticəsi  mütləq  mükafatlandırıl-
malıdır. Öz qüvvəsinə və qələbəyə həmişə inanmaq lazımdır. Tamaşaçıların 
neqativ  psixoloji  əks-təsirinə  baxmayaraq,  kar  olması  səbəbindən  hündür 
qalaya dırmaşıb çıxan kar qurbağa əhvalatını xatırlayaq. Bu əhvalat, bizi ən 
istəkli arzularımızdan məhum etməyə çalışaraq, öz pessimizmini və neqativ 
əhval-ruhiyyəsini bizə ötürməyə çalışan insanlara heç vaxt qulaq asmamağı 
öyrədir. Sizin müəyyən qələbə qazanmaq əzminizi görüb, “Bu mümkün de-
yil, sən heç vaxt bunun öhdəsindən gələ bilməzsən” deyən insanların nüfu-
zunu və xeyirxahlığını şübhə altına alın.  
İnsanın inkişaf səviyyəsindən, xarakterindən və özünüidarə qabiliyyətindən 
asılı olaraq, həyat tərzi kimi onun mədəniyyəti, əsasən: həyata passiv uyğunlaş-
ma,  seyr  etmə  və  tələbat  kimi,  yaxud  yaradıcı,  gerçəkliyin  fəal  dəyişdirilməsi 
kimi aşkar oluna bilər. Özünü təkmilləşdirmə fəal həyat mövqeyi tələb edir. Hə-
yat  qabiliyyəti  səviyyəsinin  inkişafı  və  imkanlarının  artırılması  məqsədilə  hər 
bir insan özünə kənardan baxmağı bacarmalı, özünün güclü və zəif cəhətlərini 
qiymətləndirməlidir. Bu məqsədlə idarəetmə elminin əsaslarını yaxşı bilmək və 
ondan özünüidarə məqsədi ilə yaradıcılıqla istifadə etmək vacibdır. Bu, özünü-
təsdiq  və  həyatda  öz  qabiliyyətlərimizi  və  imkanlarımızı  reallaşdırmaq  üçün, 
şəxsiyyətin zövqünə və maraqlarına cavab verən səmərəli işin axtarışı üçün, fi-
ravan və xoşbəxt ailə qurmaq üçün yeni imkanlar aça bilər. İnsan öz xoşbəxtli-
yinin yaradıcısı olmalı, təbiətin ona bəxş etdiyi, bərpa olunan resurs olan fərdi 
qabiliyyətlərini idarə etməyi öyrənməli, daha yüksək nəticələr verən iş üslubu-
nu qiymətləndirməli və inkişaf etdirməlidir. Bu, həyatın çağırışlarını tam hazır-
lıqla qarşılamağa və pozitiv təfəkkürün yetişdirilməsi və yeni fəaliyyət formala-
rının tapılması, özünütəşkilin yenidən qurulması vasitəsi ilə böhran vəziyyətlə-
rini  yeni  yolların  və  şəxsi  inkişaf  imkanlarının  tapılması  üçün  istifadə  etməyə 
kömək edər.  
Şəxsiyyətin təkmilləşdirilməsi və özünüidarə məsələlərinə XIII əsrin gör-
kəmli  Azərbaycan  alimi  Məhəmməd  Nəsirəddin  Tusi böyük  əhəmiyyət  ve-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə