Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə80/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   76   77   78   79   80   81   82   83   ...   109

182 
bilmək qabiliyyətinə inanmaq lazımdır. Güclü ruh öz fikirlərini və enerjisini 
yaradıcı məcraya yönəldərək, faciəli hadisələri belə xilasa və qələbəyə işarə 
kimi müdrikcəsinə şərh edərək, çətinliklərə və uğursuzluqlara mərdliklə qat-
laşmağa, emosiyalarını idarə etməyə kömək edir.  
Zəngin  daxili  aləmin,  yüksək  ruhi  mədəniyyətin  olmadığı  halda,  maddi 
rifah ruhi kasadlığı doldura bilməz. Başqa sözlə, ruhi mədəniyyət zənginliyi 
həmişə  maddi  zənginlikdən  yüksəkdir,  çünki  pulla  ağılı,  həqiqi  məhəbbəti, 
dostluğu və xoşbəxtliyi almaq mümkün deyil, yüksək ruhi (əqli və mənəvi) 
mədəniyyətə və xoş mərama sahib olmaqla isə həyatda zənginliyə, uğura və 
xoşbəxtliyə  nail  olmaq  olar.  Mədəni  insanın  özünü  idarə  etməsi  -  həqiqəti 
özündə daşıyan, bəşəriyyətin bir çox nəsillərinin həyat təcrübəsi ilə  sınaq-
dan  keçirilmiş    fundamental  elmi  biliklərə  istinad  etməlidir.  Fridrix  Şiller 
deyirdi: “Maarifləndirilmiş şüur mənəvi hissləri nəcibləşdirir: baş ürəyi tər-
biyə  etməlidir”.  Əgər  insan  doğru  düşünürsə  və  elmi  biliklərə  və  obyektiv 
informasiyaya əsaslanırsa, onun niyyətləri də düzgün formalaşır, niyyətlərin 
ardınca isə özündə sevinc və razılıq hissi daşıyan pozitiv əməllər gəlir. Jan 
Jak Russo qeyd edirdi: “İnsanın bütün mənəviyyatı onun niyyətlərindən iba-
rətdir”.  Əksinə,  doğru  olmayan  və  ya  zərərli  təfəkkür,  ardınca  çox  zaman 
dağıdıcı və destruktiv xarakterli düzgün olmayan fəaliyyətlər gətirən yanlış, 
düşüncəsiz əməllər doğurur.  
 
Fəaliyyətin nəticələri müvəffəqiyyətin meyarı kimi 
 
Məlum olduğu kimi, “bina kərpiclərlə hörülür”. Sofokl deyirdi: “Böyük iş-
lər bir dəfəyə görülmür”. Müvəffəqiyyətin əsasını yalnız öz biliyini inkişaf et-
dirmək tələbatı və düzgün ifadə edilmiş məqsəd deyil, həm də biliklər, şüurlu 
fəaliyyət  planı,  effektiv  texnologiyalar,  gündəlik  vicdanlı  əmək  və  nəhayət, 
səbr, dözüm təşkil edir. Müvəffəqiyyətə nail olma diqqətin, enerjinin və qüv-
vənin hansısa bir işdə təmərküzləşməsini tələb edir. Qüvvələrin parçalanması 
yaxşı nəticələr əldə etməyə imkan vermir. Ona görə bizim başqa işlərə yayın-
mağımızı  doğruldan  heç  bir  səbəblər  nəzərə  alınmalı  deyil.  Müvəffəqiyyətin 
meyarı yalnız fəaliyyətin nəticələri olmamalıdır. Bunun üçün nəzərdə tutulan 
planın  yerinə  yetirilməsinə  mane  ola  biləcək  mümkün  qeyri-müəyyənlikləri 
nəzərə alaraq, vaxtı düzgün planlaşdırmaq, həmin vaxtda başlıca işi ayırmağı 
bacarmaq və diqqəti onun üzərində cəmləşdirmək lazımdır. 
Gözlənilməz vəziyyətləri öz maraqlarına uyğun istifadə edərək idarə etmək 
lazımdır.  Gözlənilməz  vəziyyətlər  öz  məhsuldarlığının:  həyati  təsislərə  nail 
olmaq üçün vaxtın istifadə effektivliyinin; strateji məqsədlərin və cari vəzifə-
lərin  korrektə  edilməsinin;  şəxsi  xoşbəxtliyinin  qurulmasında  özünün  fəallıq 


183 
dərəcəsini  yenidən  mənalandırmanın  qiymətləndirilməsi  üçün  “lakmus  kağı-
zı” ola bilər. Bodo Şefer motivasiya və ruh yüksəkliyini yuxarı səviyyədə sax-
lamağa  imkan  verən  “üç  günün  qaydasını”  ifadə  etmişdir.  Onun  mahiyyəti 
budur ki, hər üç gündən bir insana psixoloji olaraq ölçülə bilən, müsbət nəticə 
kimi  başa  düşülən  yeni  müvəffəqiyyət  tələb  olunur.  Bu  permanent  müvəffə-
qiyyət, şəxsiyyətin inkişafı prosesində yüksək hərəkət impulsunu stimullaşdı-
raraq, insanda hər zaman yeni-yeni nailiyyətlərə motivasiyanı saxlayır. Bunun 
üçün öz fəaliyyətini, onun nəticə etibarilə səmərəliliyi məqsədilə, hər üç gün-
dən bir düzgün planlaşdırmaq və nəzarət etmək vacibdir. Depressiya halından 
çəkinmək üçün öz işlərini əhəmiyyətlilik dərəcəsinə görə dəqiq planlaşdırmaq 
və öz şüuru üçün psixoloji yükə çevirməyərək, onları təxirə salmadan yerinə 
yetirmək lazımdır. Bu zaman təcili işlər planlaşdırılmış mühüm işlərin yerinə 
yetirilməsi  üçün  maneə  olmamalıdır.  Müvafiq  qərar  qəbul  edildikdən  sonra 
dərhal,  lakin  tələsmədən  fəaliyyət  göstərmək  lazımdır.  A.S.  Ekzüperi  qeyd 
edirdi: “ Heç vaxt demə: edərəm, əgər sən nə isə etmək qərarına gəlmisənsə, 
başla və de: mən artıq bunu edirəm.” 
Müdrik  həqiqətləri  və  müvəffəqiyyət  strategiyalarını  təhlil  edərək,  Bodo 
Şefer  öz  işini  Roma  imperatoru  Mark  Avrelinin  məşhur  sözləri  ilə  başlayır: 
Sonda görmək istədiyin o həyatla artıq bu gün yaşamağa başla”. O doğru 
olaraq qeyd edir ki, hər bir insanın qalib olmaq imkanı və hüququ vardır. Hə-
yatın  ziddiyyətlərinin  əslində  bir  tamın  tərkib  hissələri,  ayrı-ayrı  qanunların 
isə qarşılıqlı əlaqəli olması haqqında onun nəticələri özünüidarə mədəniyyəti 
üçün metodoloji əhəmiyyətə malikdirMüəllifin maraqlı müşahidələrindən bi-
ri odur ki, müvəffəqiyyət bəxti gətirməkdən o qədər də çox asılı deyil, lakin in-
sanın müəyyən prinsiplər və dəyərlər üzərində qurulan həyat tərzinin nəticəsi-
dir. Seçim edərkən insan yadda saxlamalıdır ki, müvəffəqiyyət situasiyadansa, 
daha çox ondan necə istifadə etməkdən asılıdır. Müvəffəqiyyət əldə etmiş in-
sanlar haqqında danışaraq, Şefer Bessi Stenlinin çox gözəl sözlərini nümunə 
gətirir: “İnsan yaxşı yaşayıbsa, çoxlu gülüb və sevibsə, ağıllı adamların hör-
mətini və balaca uşaqların məhəbbətini qazanıbsa, əgər həyatda öz yerini ya 
yetişdirdiyi gözəl güllərlə, ya çox gözəl şeirlərilə, ya da xilas etdiyi qəlblərlə 
doldura bilibsə, hesab etmək olar ki, o, müvəffəqiyyət qazanıb. Əgər minnət-
darlıq  sözlərini  əsirgəməyibsə,  dünyanın  gözəlliyini  qiymətləndiribsə  və  bu 
barədə  danışmağa  sıxılmayıbsa,  əgər  o,  insanlarda  ən  yaxşı  olanı  görməyi 
bacarıbsa və özündə olan ən yaxşı ilə səxavətlə paylaşıbsa, əgər onun həyatı 
insanları  ruhlandırıbsa,  haqqındakı  xatirə  isə  onların  qəlbində  qalıbsa,  o, 
müvəffəqiyyət qazanıb.”  
Nəticə etibarilə səmərəli fəaliyyət şəxsiyyətdən xüsusi vərdişlər tələb edir. 
İnsan özündə şüurlu təfəkkürü, düzgün həyat mədəniyyətini və istənilən həyat 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə