Fuad Məmmədov


Çətinliklərin, uğursuzluqlaın və məğlubiyyətlərin



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə82/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   78   79   80   81   82   83   84   85   ...   109

186 
Çətinliklərin, uğursuzluqlaın və məğlubiyyətlərin 
aradan qaldırılması 
 
Həyat yalnız inkişaf imkanlarından deyil, həm də mürəkkəb problemlər-
dən və çətinliklərdən ibarətdir ki, onları mərdliklə qəbul etmək və onlarla lə-
yaqətlə mübarizə aparmaq lazımdır. Nizami Gəncəvi deyirdi: “Gecə nə qə-
dər qaranlıq olsa da, onun ardınca həmişə səhər gələr”.  
Erazm Rotterdamski hesab edirdi ki, “hətta ən pis talelərdə belə xoşbəxt 
dəyişikliklər  üçün  imkanlar  var”.  “Əlverişli  imkanın  çətinliklərin  və  prob-
lemlərin arasında gizləndiyini” qeyd  edən Albert Eynşteyn də onunla həm-
rəydir.  Uğursuzluqlar  bizi  özümüzə  olan  inamdan  məhrum  etməməlidir. 
Yadda saxlamaq lazımdır ki, ilin fəsilləri bir-birini əvəz etdiyi kimi, insanın 
həyatında işıqlı və qaranlıq zolaqlar bir-birini əvəz edir, bu - qanunauyğun-
luqlardır ki, onlara psixoloji cəhətdən hazır olmaq, şəxsi uğursuzluqlar kimi 
qəbul  etməmək,  məqsədə  çatmaq  üçün  yalnız  əqli  və  fiziki  qabiliyyətlərini 
deyil, həm də öz qəlbini qoymaq lazımdır. 
 
Onu da yaddan çıxarmaq lazım deyil ki, özünüidarə prosesi, insanın inki-
şafının  dəyişməz  yol  yoldaşı  olan  səhvlərsiz  ötüşmür.  Bu,  düzgün  qərarlar 
qəbul  etməyə  və  müvəffəqiyyət  qazanmağa  imkan  verən  təcrübə  mənbəyi-
dir.  Şəxsi  hazırlıqsız,  müntəzəm  olaraq  biliklərini  artırmadan,  özünün  şəx-
siyyət  dəyərlərini  yüksəltmədən  effektiv  özünüidarə  mümkün  deyil.  İnsan 
özünün, onun həyat  fəaliyyəti nəticələrinin ailə, cəmiyyət, dövlət və bütün 
bəşəriyyət üçün faydalılıq dərəcəsi ilə müəyyən edilən qiymətini bilməlidir. 
Gələcək  haqqında  düşünərkən  indiki  zamanı  və  ətrafdakı  insanları  qiymət-
ləndirmək, həyatın hər bir pozitiv anını taleyin şansı və hədiyyəsi kimi qə-
bul etmək lazımdır.  
Nizami Gəncəvi deyir: “Həyatı onunla mübahisə edənlər mənimsəyirlər”. 
İşdə  olduğu  kimi,  həyatda  da,  uğursuzluqlardan  qorxmaq  və  məğlubiyyəti 
faciəvi qəbul etmək lazım deyil. Problemə hər bir  yeni  yanaşma -  müəyyən 
uğursuzluğa  düçar  olmaq  riskidir.  Buna  görə  də  biz,  biliyə  istinad  edərək, 
qorxu  və  qətiyyətsizliyi,  məğlubiyyət  əhval-ruhiyyəsini  qəbul  etməməli, 
mərdlik və möhkəm iradə göstərməli, yeni ciddi nailiyyətlərlə özünü doğrul-
da biləcək şüurlu riskə getməliyik. Dialektika qanunlarını xatırlayaraq, nəzə-
rə almaq lazımdır ki, həyatda uğursuzluqlar və məğlubiyyətlər qaçılmazdır. 
Başlıcası, onları güclü şəxsiyyət formalaşdıran və onun özünüidarə qabiliy-
yətini inkişaf etdirən dərslər kimi qəbul etmək lazımdır. 
Həyat  prosesini  məktəbdə  uşağın  təlim  prosesi  ilə  müqayisə  edərək, 
Templton bizim həll etməli olduğumuz problemlərin çətinliklərinin daim art-
ması haqqında danışır. Bu həm də yeni insanlar, amillər, şəraitlər, düşüncələr, 


187 
vəziyyətlərdir ki, onlara uyğunlaşmaq lazımdır. Başlıcası - mürəkkəb vəzifə-
lərin  yaranmasından  qorxmamaq,  lakin  öz  praktikasını  genişləndirərək  və 
şəxsi təcrübəsini zənginləşdirərək, “yolun öhdəsindən yalnız yolu gedən kə-
sin gələ biləcəyini” xatırlayaraq, onları ardıcıl surətdə və inamla həll etmək 
lazımdır.  Problemləri  nikbinlliklə,  düzgün  həllini  tələb  edən  təbii,  qanuna-
uyğun  həyat  hadisələri  kimi  qəbul  etmək  gərəkdir.  Situasiyanı  və  onunla 
bağlı  olan  çətinlikləri  aydınlaşdırmaq,  vəzifəni  və  onun  bilik  və  təcrübəyə 
əsaslanan həllini müəyyən etmək lazımdır. Bu pillələrin dərk edilməsi və ar-
dıcıl fəaliyyət inamsızlığı və qorxunu aradan qaldırmağa, məsələnin düzgün 
həllini tapmağa və pozitiv nəticələr əldə etməyə  yardım edir.  Öz növbəsin-
də,  yüksək  nəticələrin əldə  edilməsi  arzularımıza  çatmaqda  yeni  qələbələrə 
stimul  olur.  Bu  mənada  müvəffəqiyyət  -  ən  çox  istənilən  məqsədə  nail  ol-
maqda  yeni  qələbələrə  aparan  pilləkənlərdə  bir  pillədir.  Beləliklə,  zəhmət, 
inad və dözüm – güclü alətlərdir ki, onlarsız insanın inkişafı ağlasığmazdır. 
Xalq hikmətini xatırlayaq: “tərpənməyən daşın altından su axmır”, “səndən – 
hərəkət, Allahdan – bərəkət”. 
Öz imkanlarından aşağı olmayan səviyyədə yaşamaq və işləmək üçün nə 
etmək lazımdır? Özünüidarə məsələlərinə yaradıcılıq və məsuliyyətlə yanaş-
maq. Bilmək azdır, öz biliklərini praktik surətdə həyata keçirməyi bacarmaq 
lazımdır. Bacarmaq  azdır,  mütəşəkkil,  məsuliyyətli və iradəli olmaq gərək-
dir. Mütəşəkkil olmaq azdır, ətrafdakılara münasibətdə nəcib, etik olmaq la-
zımdır. Etik olmaq azdır, işgüzar olmaq, bunun üçün konkret fəaliyyət sahə-
si seçib, strategiya, metodika və texnologiyanı düzgün müəyyən edib, çalış-
maq, yaratmaq lazımdır. Bu gün etmək mümkün olan işi sabaha qoymamaq. 
Sağlamlıq, başqa insanlarla qarşılıqlı  münasibətlər,  maddi rifah  məsələləri, 
hisslər və əmək – prioritet işlər olmalıdır. Bodo Şefer müvəffəqiyyətə aparan 
yolda, insanın xarakteri və keyfiyyətləri ilə şərtlənən altı maneəni göstərir. 
Bu - təkəbbür, cahillik, şöhrətpərəstlik, tənbəllik, şübhələr və günah hissidir. 
Bu  maneələrin  aradan  qaldırılması  yolu  sadəlik,  təhsillilik,  inadlı  zəhmət, 
mərdlik, öz qüvvəsinə inam, möhkəm iradədir. 
Razılıq və xoşbəxtlik hissinın duyulması üçün yaxşı iş seçimi və ona düz-
gün münasibət bəsləmək mühüm əhəmiyyət daşıyır. Bu öz istedadını və qa-
biliyyətini həyata keçirərək, işdən zövq almağa, şəxsi rifahını təmin etməyə 
və digər insanlara dəstək olmağa imkan verir. Bu zaman yadda saxlamaq la-
zımdır ki, vaxt - ən qiymətli resursdur, həyat şəraitinin yaxşılığa doğru də-
yişməsi daha çox bizim əməyimizdən asılıdır, bizim təsir etmək iqtidarında 
olmadığımız  şeyləri  dəyişməyə  çalışaraq,  enerji  sərf  etmək  lazım  deyil.  İşi 
ən yaxşı tərzdə yerinə yetirərək, peşəkarlıqla sahib olduğu fəaliyyət üzərində 
insanın  fikrini  cəmləşdirmə  qabiliyyəti  prinsipial  əhəmiyyətə  malikdir. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə