Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə78/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   74   75   76   77   78   79   80   81   ...   109

178 
bundadır  ki,  əgər  insan  öz  şüurunu  pozitiv  və  faydalı  fikirlərlə  doldurarsa, 
orada pis fikirlərə yer qalmayacaqdır. Bizim həyati məqsədlərimizə çatmağa 
imkan  verməyən  gərəksiz  və  neqativ  fikirlər  şüurdan  sıxışdırılıb  çıxarılır. 
Beləliklə,  öz  şüuruna  nəzarət  etməyi  öyrənərək,  təfəkkürünü  digər  obyektə 
keçirmək mümkündür, və arzu olunmayan fikirlər yox olur. Neqativ fikirlə-
rin sıxışdırılıb çıxarılmasının daha bir metodu ”onları sakitcə buraxmaq” ba-
carığındadır:  neqativ  fikirlər  “gəldikləri  sonsuz  heçliyə  buraxılırlar.”          
C. Templtonun “sıxışdırıb çıxartma metodu”– paxıllıq, nifrət, tamahkarlıq, 
eqoizm, gərəksiz tənqidbazlıq, qisasçılıq və s. kimi insan sağlamlığına dağı-
dıcı təsir göstərən keyfiyyətləri aradan qaldırmağa imkan verir. 
Beləliklə, reallıq daha çox ağlımız və qəlbimizlə, dünyagörüşümüz və xa-
rakterimizlə, ruhi mədəniyyətimizlə şərtlənən - bizim daxili qavramamızdan 
asılıdır. Nəcib fikirlər nəcib əməllər doğurur. Əgər insan özünə inanırsa və 
bu  inamı  konkret  əməllərlə  möhkəmləndirirsə,  öz  bilikləri  və  bacarıqlarını 
təkmilləşdirirsə, çətinliklərə və əlverişsiz şəraitlərə baxmayaraq arzu edilənə 
nail  olmaqda  inad  və  mətanət  göstərirsə,  qəlbin  nəcib  niyyətləri  reallaşır. 
Çətinliklər bizim qabiliyyətlərimizi inkişaf etdirir, iradəmizi möhkəmləndi-
rir, həyat təcrübəmizə imkan yaradır, bizi mərd və güclü edir. Pozitiv obraza 
istiqamətlənmə,  həyatın  dövriliyinin  ağılla  qavranılması,  özünə  inam,  bizə 
bağışlanmış həyat nemətlərinə görə minnətdarlıq hissi, cəmiyyətin rifahı na-
minə quruculuq bizim üçün uğura, müvəffəqiyyətə, xoşbəxtliyə və yeni im-
kanlara qapılar açır. Özündə həyat qabiliyyətinin və mübariz insan xüsusiy-
yətinin  istehsalı  dinamik  fəaliyyəti,  proqressiv  inkişafı  və  qoyulmuş  məq-
sədlərə çatmağı təmin edir.  
İnsanın  təfəkkür  mədəniyyəti  bütövlükdə  şəxsiyyətin  intellektual  mədə-
niyyətini təşkil edən təbii ağlından və əldə etdiyi biliklərindən asılıdır. Fales 
deyirdi:  "Bədənin  fərəhi  -  sağlamlıqda,  ağılın  fərəhi  –  bilikdə  olur.”  Henri 
Tomas  Bokl  intellektual  mədəniyyətə  haqq  qazandıraraq,  qeyd  edirdi  ki, 
“qaranlığı hiss etməyən kəslər, işığı heç vaxt axtarmayacaqlar”. İntellektual 
mədəniyyət  -  insanın  inkişaf  imkanlarını  müəyyən  edən  həyat  fəaliyyətinin 
başlıca hərəkətverici qüvvəsidir. Bu mədəniyyətin təbii mənbəyi insan bey-
ninin  fəaliyyətini,  təfəkkür  prosesini  idarə  edən  insan  şüurudur.  Şüur  fikri 
generasiya edir və bizim həyat proqramımızı müəyyən edir. Təfəkkür məh-
dudluğundan  azad  olmaq,  bizə  həyatı  kainatın  imkanları  müxtəlifliyində 
görməyə imkan verən ağlı və bilikləri daim inkişaf etdirmək, həyat hadisələ-
ri və faktlarını, insanların davranışını və hərəkətlərini düzgün başa düşmək 
və interpretasiya etmək lazımdır. 
İnsan  mədəniyyəti  və  sivilizasiyası  haqqında  bilikləri  yaymaqla  cahilliyi 
aradan qaldırmaq lazımdır. Yaxşını pisdən ayırmaq qabiliyyətinə böyük qiy-


179 
mət verən Sokrat qeyd edirdi: “Yalnız bir yaxşılıq – bilik və yalnız bir pislik – 
cahillik var.” Templton deyir: “Tırtıl yanında yarpağa qonan kəpənəyi tanı-
maq halında deyil. Ehtimal ki, tırtıl kəpənəyi hətta görmür, çünki tırtılın real 
həyatında kəpənəklər mövcud deyil!” Dialektikası Platona böyük təsir gös-
tərmiş Herakl Efesski insan cahilliyini ifşa edərək qeyd edir ki, “itlər o kəs-
lərə  hürürlər  ki,  onları tanımırlar.” İntellektual  mədəniyyətin  açdığı  imkan-
lardan biri – kainatın və insanın həyat fəaliyyəti qanunlarının, baş verən tə-
zahürlər, hadisələr, proseslər və insanların düzgün dərk edilməsidir. Bu an-
lama  insanın  həyat  fəaliyyətini  və  bizim  emosional  mədəniyyətimizi  idarə 
edən şüurun qüvvəsini təsdiq edir. Bu və ya digər mühüm problemlərin həlli 
zamanı o öz hakimiyyətini və özünün qalibiyyət əzmini təsdiqləyərək, qeyri-
müəyyənlik qarşısında yaranan qorxu hissini aradan qaldırmağa imkan verir. 
İntellektual  mədəniyyət  müdrikliyə  -  biliklərlə,  təcrübə  ilə  və  humanizmlə 
zənginləşdirilmiş  ağlın  keyfiyyətinə  nail  olmağa  imkan  verir.  Müdriklik  - 
həyat qanunlarını düzgün anlamaq, səhvlərdən ibrət almaq, olanların mahiy-
yətini və xüsusiyyətlərini müxtəlif tərəflərdən görmək, pozitiv nəticələrə və 
insan münasibətlərinin harmoniyasına nail olmağa yardım edən ağıllı qərar-
lar qəbul etmək qabiliyyətidir.  
Mədəni insanın özünü idarə etməsi, öz emosional vəziyyətinə, ətrafdakıla-
rın neqativ hərəkətinə qarşı öz reaksiyasına nəzarət etmək bacarığını nəzərdə 
tuturDüzgün yol – öz enerjisini sizə layiq olmayan insanlarla münasibətlə-
rin  aydınlaşdırılmasına  deyil,  həyatın  başlıca  dəyərlərinə:  məhəbbətə,  dost-
luğa  və  yaradıcılığa  yönəltmədir.  Əlbəttə,  bu  zaman  digər  insanın  dost  ol-
mayan münasibətinin, həmçinin predmetə öz davranışının səbəblərini aydın-
laşdırmaq, onun digər insanlarla münasibətdə gərginlik səbəbi olub-olmadı-
ğını təhlil etmək vacibdir. Mədəni insanın statusu paxıllıq kimi neqativ key-
fiyyətlə bir araya sığışmır. Paxıllıq hissinə müqavimət göstərə bilməyən in-
sanlar özünü təkmilləşməyə qadir deyillər. Onlar başqalarının yaxşı cəhətlə-
rini obyektiv qüymətləndirməyi bacarmırlar və onu ətrafdakıların gözündən 
salmaq üçün bütün mümkün nöqsanları və çatışmazlıqları öz həsəd obyekti-
nə aid etməyə çalışırlar. Paxıllıq hissinin dəf edilməsi öz qüvvəsinə və şəxsi 
məziyyətlərinə inam tələb edir. Danılmaz uğurlar əldə etmiş istedadlı insan-
ların üstünlüklərini özünü təkmilləşdirmə üçün şans və təcrübə kimi mənim-
səmək lazımdır. 
 
Arzular, maraqlar, məqsədlər və özünüidarə mənbələri 
 
Özünüidarə  prosesində  insan  iki  dəyişən  amilin  nüfuz  dairəsində  olur: 
şərait  və  şəxsi  seçim.  Seçim  –  onun  qəbul  etdiyi  qərarlardır.  Bu  qərarlar 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə