Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə77/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   73   74   75   76   77   78   79   80   ...   109

176 
iqtidarinda olan qüvvəni o, - sxolastik elmə, meşşan əxlaqına və ortodoksal 
xristian  dininə  qarşı  müharibə  elan  etmiş  insanda  görürdü.  Doktor  Faustun 
obrazında  o,  taleyə  baş  əyməyən,  həqiqət  axtaran,  məhəbbət  və  əsl  azadlıq 
əldə etməyə can atan insana özünəməxsus himn yaratmışdır.  
İnsanın uğurlu inkişaf və özünüidarə imkanlarını nəzərdən keçirən çoxlu 
sayda  müasir  konsepsiyalar  mövcuddur.  Məsələn,  Moskva  İnsanın  Özünü-
bərpası İnstitutunun rəhbəri, “qalib gəlmək məharəti” üzrə mütəxəssis kimi 
tanınmış professor Mirzəkərim Norbəyov orqanizmin sağlamlaşdırılması və 
cavanlaşdırılması və müvəffəqiyyət əldə etmənin orijinal sistemini yaratmış-
dır.  Bu  sistemin  əsasını  insanın  –  bədənin,  ağlın,  hisslərin  və  qəlbin  vahid 
tamı  olaraq  nəzərdən  keçirilməsi  təşkil  edir.  İnsanın  uğursuzluqları  və  ya 
onun fiziki xəstəlikləri “tarazlığın itirilməsinə” gətirən bu sistemin bütövlü-
yünün  pozulması  kimi  nəzərdən  keçirilir.  Xəstəliklərin  və  uğursuzluqların 
əsas amillərindən biri qorxudur ki, onu arzuların həyata keçirilməsinə imkan 
verən ruhi harmoniyanı əldə etməklə dəf etmək lazımdır. Əsas ideya – həm 
sağlamlıq, həm də uğur əldə etmək üçün lazım olan, pozitiv enerjini yaradan 
və  ya cəlb  edən  pozitiv  təfəkkürün  və  nikbin  əhval-ruhiyyənin  aprior  yara-
dılması zəruriliyindən ibarətdir. Ən ekstremal situasiyalarda öz gücünə inan-
maq, daxili müqaviməti dəf etmək, öz üzərində inadla işləmək lazımdır. Bu 
psixoloji  yanaşma  insanın  sağlamlaşdırılmasının  əsası  kimi  götürülür  və 
“Millionerlər məktəbi” kursunda istifadə edilir. Əsas  ideya  ondan ibarətdir 
ki, əgər insan uğurlu olmaq istəyirsə, ruhi qüvvələrini səfərbər etməli, fikrən 
uğurlu insana çevrilməli və psixoloji olaraq “uğur oyununu oynamağa” baş-
lamalıdır.  Norbəyov  hesab  edir  ki,  əgər  insan  konkret  varlanmaq  məqsədi 
qoyursa, onda çox qısa müddətdə buna nail olur. 
 
Öz  fikirləri və hisslərinin idarə edilməsi 
 
Özünüidarə  mədəniyyəti  öz  düşüncələrinin  idarə  edilməsindən  başlayır. 
Öz şüurunu pozitiv düşüncələrə, xeyirxah arzulara və şüurlu əməllərə yönəl-
dərək  onu  idarə  etmək  bacarığı  -  nikbin  dünyagörüşünü,  “tunelin  sonunda 
işığı görmək” qabiliyyətini, istənilən situasuyada uğurlu sonluq gözləyərək 
həyata  və  onun  müxtəlif  hadisələrinə  pozitiv  münasibət  bəsləməyi  nəzərdə 
tutur. Mark Avreli hesab edirdi ki, özünü təhlükəsizlikdə hiss etmək üçün si-
zi narahat edən şeylərə qarşı münasibəti dəyişmək lazımdır. Haqqında Ron-
da Bern, C. Vitale və digər müəlliflərin kitablarında yazılmış “Cazibə qanu-
nunda” arzularına çatmasında insanın təxəyyülünün, fantaziyasının rolu xü-
susi qeyd edilir. “Cazibə qanununun” mahiyyəti ondan ibarətdir ki, bizim fi-
kirlərimiz haqqında düşündüyümüz şeyləri cəzb edir. Bunun sayəsində pozi-


177 
tiv təfəkkür pozitiv keyfiyyətlərin formalaşmasına səbəb olur, pozitiv hadi-
sələri, yaxşı insanları, arzu edilən məqsədləri cəzb edir. Eyni zamanda oppo-
nentin  provokasiya  məqsədilə  edilməyən  təcavüzünə  adekvat  reaksiyadan, 
onun  mühakimələri  və  cavab  hərəkətlərindən  özünü  saxlamaq  bacarığı  ilə 
sizə yönəldilən neqativ enerjini neytrallaşdırmaq olar. Görünür ki, Templton 
bu  məsələni  nəzərdən  keçirərək  təxəyyülün  nəcib  təsirinə  diqqət  yetirir  və 
qədim  məsəli  gətirir:  “nəyi  təsəvvür  etmək  mümkündürsə,  ona  nail  olmaq 
olar”. Bizim fikirlərimizə forma verən təxəyyülümüzü idarə  etmək qabiliy-
yəti aydın obrazlar və mənzərələr yaratmağa imkan verir ki, bunlar da böyük 
istək və məqsədyönlülük sayəsində həyata keçirilə biər. Əgər insan öz qüv-
vəsinə inanırsa, ağlı, biliyi, bacarığı,  məsuliyyəti, iradəsi və səyi ilə fərqlə-
nirsə, o öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və mümkün olma-
yanı mümkün edə bilər.  
İnsanın  fikri  azad  olmalıdır.  Bu,  bizim  müstəqil  inkişafımız  və  həyata 
düzgün münasibətimizin mühüm şərtlərindən biridir. Lakin o, şüura əsaslan-
malı  və  daim  elmi  biliklə  qidalanmalıdır.  Təhsil  və  maarif,  o  cümlədən, 
müntəzəm şəxsi təhsil, gerçəkliyin tənqidi təhlili - həyatın bir çox obyektiv 
imkanlarından  bizi  məhrum  edən  təfəkkür  məhdudluğundan  xilas  olmağa 
kömək edir. Fikirlərin pozitiv istiqamətə  dəyişdirilməsi bizim tərəfimizdən 
həyatın qavranılmasının pozitiv dəyişikliyinə aparır. Biz bu problemin ardı-
cıllıq yolu ilə keçməsini dünya mədəniyyəti tarixində də görürük. Lao-Tszı 
deyirdi: “Öz fikirlərinizə qarşı diqqətli olun – onlar əməllərin başlanğıcıdır”. 
“Bilik üçün, sakit həyat üçün və hər bir işin uğuru üçün insanın öz düşüncə-
lərinə sahib olması qabiliyyətindən daha vacib çətin ki bir şey olsun”, - deyə 
Con Lokk qeyd edirdi. 
Səədi deyir: “Necə lazımdır fikirləş, sonra fikrini ifadə et, özülsüz isə di-
varlar ucaltma”. Düzgün qərar qəbul edərək və onları ardıcıl həyata keçirə-
rək, biz istənilən çətinlikləri aradan qaldırmağa, arzularımızı  reallığa çevir-
məyə  qadirik.  Pozitiv  fikirlər  və  əməllər,  yaxınlara  və  dostlara  bağlılıq  və 
hörmət  xüsusi  energetika  yaradır  ki,  bu  da  digər  insanları  bizə  tərəf  çəkir, 
hər  bir  mədəni  insan  üçün  həyati  vacib  olan  qarşılıqlı  anlaşma,  dostluq  və 
məhəbbət  atmosferini  formalaşdırır.  “Mənəvi  mədəniyyətin  mümkün  ən 
yüksək mərhələsi - öz fikirlərimizə nəzarət etməyə qadir olduğumuzu başa 
düşdüyümüz zamandır”, - deyə Çarlz Darvin qeyd edirdi. Con Templton de-
yir:  “Sizin  öz  fikirlərinizi  idarə  etməyi  öyrəndiyiniz  dərəcədə,  müsbət  və 
yaxşı  fikirlər  həyatınızı  daha  yaxşıya  doğru  dəyişəcəkdir”.  Mark  Avrilinin 
məşhur “fikirlərin sənin həyatına çevrilir” sözlərinə istinad edərək, istedadlı 
psixoloq və humanist, insanın həyat fəaliyyətinin pozitiv enerjisinin saxlan-
ması  üçün  “sıxışdırıb  çıxartma  metodunu”  təklif  etmişdir.  Onun  mahiyyəti 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə