Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə73/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   69   70   71   72   73   74   75   76   ...   109

167 
qabiliyyətlərini ideallaşdırmaqla bağlı olan liberal üslub ərköyünlüyə, eqoistli-
yə, məsuliyyətsizliyə gətirib çıxarır. O öz müstəsnalığı və qüsursuzluğunda ina-
mın formalaşmasına, ətrafdakılara qarşı münasibətdə təkəbbür və lovğalığa im-
kan yaradır. Bu kimi tərbiyənin doğurduğu iddialılıq və hövsələsizlik bəzən be-
lə uşaqların kollektivdə yaşıdları tərəfindən qəbul edilməməsinə səbəb olur.  
Valideynlər və övladlar arasındakı münasibətər bəzən mürəkkəb xarakter 
daşıyır, belə ki, uşaqların öz dünyagörüşü olur. Mütəxəssislər hesab edirlər 
ki, övladların özünütəsdiqi, onların “məninin” təşəkkülü böyüklərin qiymət-
ləndirməsinin təsiri altında uşaqlıqdan formalaşsa da, dünyada valideynlərlə 
uşaqlar  arasında  tam  açıqlığın  olması  qədər  nadir  heç  nə  olmur.  Hər  bir 
uşaq, onu mühitin psixoloji təsirlərindən qismən azad edən, ona xas dünya-
görüşü, baxışları, münasibətləri, mənəvi tələbləri, qiymətləndirmələri, şəxsi 
qənaətləri ilə potensial şəxsiyyətdir. Tərbiyənin xeyirxah məqsədləri və on-
ların həyata keçirilməsinin qeyri-məhsuldar praktikası arasında olan uyğun-
suzluqdan  xilas  olmaq  üçün  müntəzəm  özünənəzarəti  və  tərbiyə  prosesinin 
şüurlu monitorinqini həyata keçirmək lazımdır.  
Bütün dövrlərin və xalqların müdriklərinin məsləhətlərini nəzərə alaraq, 
gələcək peşəsindən asılı olmayaraq, üşaqları erkən uşaqlıqdan aşağıdakılara 
öyrətmək lazımdır:  

 
nəcibliyə və kamilləşməyə can atmaq, yaxşı və ədalətli olmaq; 

 
elmi biliklərə yiyələnməyə can atmaq; 

 
böyüklərlə və müdriklərlə məsləhətləşmək; 

 
öz ləyaqətli cəhətlərini göstərmək lazım olan vaxt utancaqlıq etmə-
mək; 

 
istənilən faydanın əsasının bilikdə, təhsildə və mənəviyyatda oldu-
ğunu yadda saxlamaq

 
öz bədəninin tənbəlliyini dəf etməyi öyrənmək; 

 
gözəl və aydın danışmağı öyrənmək; 

 
başqasının əməyini və hüququnu qiymətləndirmək

 
ümidini və inamını itirməmək; 

 
yadda saxlamaq ki, dünya daim dəyişir; 

 
kənar adamların yanında heç kimə heç nə məsləhət görməmək; 

 
axmaqların mübahisəsini sükutla kəsmək. 
Ən yaxşı ailə ənənələrinin mədəni irsinin qorunması və inkişaf etdirilmə-
si valideynlərin məsuliyyətli vəzifəsidir. Öz valideynlik borcunu, “babalara 
və nənələrə” hörmət və qayğını ifadə edərək, onlara minnətdarlıq hissi gös-
tərərək,  beləliklə,  yüksək  ailə  mədəniyyətinin  varisliyini  saxlayaraq,  ata  və 
ana  öz  uşaqlarını  şəxsi  nümunəsi  ilə  tərbiyə  etməlidir.  Fales  xüsusi  olaraq 
qeyd edirdi: “Yadda saxlayın ki, siz öz valideynlərinizlə necə davranırsınız-


168 
sa, uşaqlarınız da sizinlə o cür davranacaqlar”. Sokrat isə qeyd edirdi ki, va-
lideynlərə münasibətdə hörmətsizlik və nankorluq - cəmiyyət tərəfindən in-
sana münasibətdə hörmətin itirilməsinə və nifrətə səbəb olur.  
Əgər birinci tərbiyəçi ailədirsə, ikincisi - həyat özüdür. Əgər ailədə tərbiyə 
düzgün olmasa, həyat kifayət qədər ağrılı ola biləcək öz korrektələrini edəcək. 
Ailə uşağa, insanın tamdəyərli həyat fəaliyyəti üçün, cəmiyyətdə ona tələbatlılı-
ğı və əhatəsində olan insanlar tərəfindən məhəbbət və hörməti qazanması üçün 
zəruri  olan  yaxşı  təhsili  və  düzgün  tərbiyəni  verməlidir.  Valideynlər,  onlarla 
fəxr  etmək  istəyən  övladlarının  gözləmələrini  döğrultmalıdırlar.  Bununla  əla-
qədar tərbiyənin mühüm qaydalarından birini yadda saxlamaq və ona riayət 
etmək  lazımdır  ki,  valideynlər  öz  münasibətlərini  heç  bir  halda  uşaqlarının 
yanında aydınlaşdırmamalıdırlar. Bununla bərabər həyat göstərir ki, öz övlad-
larını  mədəni  həyatdan  kənarda  qoymamaq  üçün  ayrı-ayrı  valideynlər  özləri 
ciddi kulturoloji hazırlıq keçməlidirlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


169 
ÖZÜNÜİDARƏ MƏDƏNİYYƏTİ 
 
Mədəniyyət insan həyatının qorunması və yaxşılaşdırılması haqqında qayğı 
kimi. İnsan mədəni dəyər ölçüsü. Özünüidarənin effektivlik formulu. Özünüida-
rənin baza prinsipləri, qaydaları və məntiqi. Öz “məni”ni idarə etmə. Öz fikir-
lərinin və hisslərinin idarə edilməsi. Şəxsi təyinat və həyatın mənası. İki dəyişən 
amil: şərait və seçim. Arzular, maraqlar, məqsədlər və özünüidarə mənbələri. 
Fəaliyyətin  nəticələri-  müvəffəqiyyətin  meyarı  kimi.  Çətinliklər,  uğursuzluqlar 
və  məğlubiyyətlərin  aradan  qaldırılması.  Özünü  təkmilləşdirmə.  Ünsiyyət  mə-
dəniyyəti. Münaqişələrin idarə edilməsi. Xoşbəxtlik həyat stimulu kimi. Məhəb-
bət enerji mənbəyi kimi. Vaxtın idarə edilməsi. Rifah özünüidarə nəticələrindən 
biri kimi. Sağlamlıq özünüidarə şərti və göstəricisi kimi.  
 
Mədəniyyət insan həyatının qorunması və yaxşılaşdırılması 
haqqında qayğı kimi 
 
Mədəniyyət – hər şeydən əvvəl, insan həyatının yaxşılaşdırılması və qo-
runması haqqında qayğının əks olunduğu tarixi prosesdir. Həyati zərurətlər 
insanın enerjisini yaradır. Fasiləsiz öyrənmə ilə bağlı olan yaradıcı fəaliyyət 
insanın ömrünü uzadır, onu mənalı edir. Lesli Uayt mədəniyyəti enerji baxı-
mından nəzərdən keçirir, belə ki, bu, bioloji enerjinin fasiləsiz hərəkət pro-
sesidir.  Bodo  Şefer, Con  Templton  və  digər  müəlliflər  həyatı,  kainatda  qa-
nunauyğun enerji mübadiləsini əks etdirən enerji mübadiləsi kimi nəzərdən 
keçirirlər. İnsanlar arasındakı münasibətlərin əsasını da müntəzəm mübadilə 
təşkil edir.  İnsanlar  daim  nə  isə  verirlər  və  nə  isə  alırlar.  Belə  mübadilənin 
məhsuldarlığı daha çox insanın səxavəti və mərhəmətindən, xeyirxahlığı və 
yaxşılığından, digər insanlara xidmət etmək, onlara müəyyən şeylər vermək, 
hədiyyələr  bagışlamaq  qabiliyyətindən,  dəyərləri,  bilikləri,  hisslərindən, 
qayğı,  diqqət  və  empatiya  göstərməkdən,  insanlara  onların  problemlərinin 
həllində və ehtiyac hiss etdikləri nəyi isə əldə etməkdə kömək göstərməkdən 
asılıdır. Bu “enerji” mövzusu, ətraf aləmin ibarət olduğu müəyyən enerjini 
bizim arzularımızın da daşıdığını, bunun sayəsində insanın enerjisinin dün-
yanı yaxşılığa doğru dəyişə biləciyini hesab edən Bodo Şefer tərəfindən diq-
qətlə  nəzərdən  keçirilmişdir.  L.  Uaytın  mədəni  inkişaf  proseslərinin  izahı 
üçün  istifadə  etdiyi  enerji  konsepsiyasındakı  təkamül  prinsipləri  düzgün 
praktik tətbiq olunduqda insanın həyat qabiliyyəti potensialını  yüksəltməyə 
yardım edir. Bu özünüidarə mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edir. 
Öz gücünə inanmaq və mütərəqqi dəyişikliklərə hazır olmaq, mühüm nəticə-
lər əldə etmək üçün risk etmək və naməlum olanın qarşısında yaranan qorxu 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə