Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə69/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   65   66   67   68   69   70   71   72   ...   109

159 
dır ki, onlar həm ailə üzvləri üçün, həm də insanın özü üçün yaxşı nəticələrə 
malik olsunlar, yaxşı əhval-ruhiyyə, sevinc və ilham mənbəyi olsunlar. Vicdan, 
məhəbbət,  humanizm,  xeyirxahlıq,  borc,  ədalət,  şərəf,  heysiyyət  kimi  mənəvi 
kateqoriyalar aprior xarakter daşıyır, zamanla və ya şəraitdən asılı olaraq dəyiş-
mirlər. Onlar insanın daxili əqidəsinə və keyfiyyətinə çevrilərək, böhran şərai-
tində və ya mürəkkəb situasiyalarda aydın şəkildə üzə çıxaraq ailənin ruhi mə-
dəniyyətinin güclü mənəvi amili olurlar.  
Beləliklə, ailənin möhkəmliyi və rifahı onun etik mədəniyyətindən, onun 
üzvlərinin davranış kodeksinin əsaslandığı mənəvi prinsiplər və ənənələrdən 
asılıdır. Yüksək mənəvi prinsiplər əsasında yaşayan Azərbaycan ailəsi mə-
dəniyyətinin  tipik  göstəriciləri  -  böyüyə  hörmət,  uşaqlara  məhəbbət,  həm-
rəylik,  qarşılıqlı  yardım,  sədaqət,  səbr,  məhəbbət,  dostluq,  qonaqpərvərlik-
dir. Ailə əxlaq kodeksi aşağıdakıları onun hər bir üzvünün öhdəsinə qoyur:  
1.
 
Ailənin ruhi rahatlığı, maddi rifahı və mənəvi prestijinin sax-
lanılması üçün zəruri qüvvələri sərf etmək. 
2.
 
Ailənin və şəxsiyyətin yüksək ruhi mədəniyyət prinsiplərinə sə-
daqətini tanış olmayan və yad insanların loyallığından üstün tutmaq. 
3.
 
Dürüstlük, ədalət və xeyirxahlıq, böyüklərə hörmət və kiçik-
lərə  məhəbbət,  yaşlılar,  uşaqlar  və  əlillər  haqqında  qayğını  nəzərdə 
tutan yüksək mənəvi həyat prinsiplərinə tərəfdar olmaq.  
4.
 
Ailə maraqlarının prioritetliyini yadda saxlayaraq, öz maraq-
larını ailə maraqları ilə harmonik surətdə uyğunlaşdırmaq. 
5.
 
Ailə  üzvləri  və  dostları  tərəfindən  göstərilən  etimadı  yüksək 
qiymətləndirmək və doğrultmaq. 
6.
 
Daim məhəbbət, dostluq və sədaqət, inam və dözüm, hörmət, 
məsuliyyət və dürüstlük, ailə üzvlərinin sağlamlığına qayğı nümayiş 
etdirmək. 
7.
 
Kamilliyə  can  atmaq,  özündə  pozitiv  xarakter,  kompromisə 
getmək bacarığı, vicdan, doğruluq, dürüstlük formalaşdırmaq. 
8.
 
Ətrafdakılara pislik etməmək, ailədə sağlam və xoş psixoloji 
mühitin  yaradılmasına  yardım  predmeti  vasitəsilə  öz  hərəkətlərinə 
şüuru ilə nəzarəti müntəzəm olaraq həyata keçirmək.  
9.
 
Qonşular, iş yoldaşları, tanışlar və dostlarla xeyirxah münasi-
bətlər saxlamaq. 
10.
 
Qanunun aliliyini qorumaq, cəmiyyət üzvlərinə və legitim ha-
kimiyyətə hörmətlə yanaşmaq, dövlət simvollarına hörmət etmək.  
İdealda hər bir ailənin əxlaq kodeksi yalnız ailənin deyil, həm də milli və 
ümumbəşəri  mədəni dəyərləri əks  etdirməli, özündə bəşəriyyətin vətənpər-
vərlik və humanizm ideallarını harmonizasiya etməlidir.  


160 
Ər-arvadın qarşılıqlı münasibətlər 
mədəniyyəti haqqında 
 
Uşaqların  tərbiyəsi  üçün  ər-arvadın  ailədəki  davranışı  başlıca  əhəmiyyətə 
malikdir.  Ailə  xoşbəxtliyi  və  nigahın  davamlılığının  mühüm  şərti  ər-arvadın 
mədəni  və  psixoloji  uyğunluğu,  bir-birilərinin  xarakterini  bilmə,  qarşılıqlı  an-
laşma, məhəbbət, ər-arvad arasında mənəvi münasibətləri tənzimləyən yüksək 
ünsiyyət mədəniyyətidir. Ailədə hər şey qarşılıqlı münasibətlər üzərində quru-
lur. Ailədə psixoloji mühit onlardan asılıdır. İnsan hisslərinin və münasibətləri-
nin  harmoniyası  ailə  xoşbəxtliyinin  əsası  olduğu  halda,  eyni  zamanda  mədəni 
uyğunsuzluq  ailədə  anlaşılmazlığa,  ixtilaflara,  bəzən  isə  onun  dağılmasına  sə-
bəb olur. Belə uyğunsuzluğun aradan qaldırıla biləcək səbəblərindən biri öz gü-
nahsızlığı  barədə  şişirdilmiş  təsəvvürə  malik  olmaq  ola  bilər.  Fransız  yazıçısı 
Andre Morua qeyd edirdi ki, “hər kəs inanır ki, başqaları onu mühakimə edər-
kən səhv edirlər, o özü isə başqalarını mühakimə edərkən, səhv etmir”. Münasi-
bətlər bayram əhval-ruhiyyəsi daşımalı, məhəbbət, qarşılıqlı hörmət, inam, dos-
tluq üzərində qurulmalı, soyuqluqdan və əsəbiləşmədən azad olmalıdır. Pozitiv 
ailə etikasını nümayiş etdirən diqqət, qayğı, razılıq və qarşılıqlı yardım olmadan 
ər-arvad  məhəbbətini  və  qarşılıqlı  bağlılığını  təsəvvür  etmək  çətindir.  Qolbax 
deyirdi  ki,  ətfafındakılar  tərəfindən  bağlılığı,  məhəbbəti  və  hörməti,  köməyi 
özünün  mənəvi  münasibətin,  onların  rifahı  haqqında  qayğın  ilə  qazanmaq  la-
zımdır. Ər-arvadın yüksək mədəniyyəti, birmənalı qiymətləndirmənin çətin ol-
duğu məhəbbət və qısqanclıq kimi ikili, ambivalent (nəyə qarşı isə ikili münasi-
bət) kateqoriyaları tənzimləməyə imkan verir.  
Ailə münasibətlərində daimi qarşılıqlı qiymətləndirmələr böyük rol oynayır. 
Ər-arvad  arasındakı  münasibətlər,  əsas  etibarilə  qarşılıqlı  keyfiyyətlərin  qiy-
mətləndirilmə  ədalətliliyi,  səmimiliyi  və  nəzakətindən,  bir-birinin  əhəmiyyəti-
nin və nailiyyətlərinin etirafından asılıdır. Əgər ər- arvad qarşılıqlı iddiaları, bir-
birinin gözləmələri, arzuları və ümidlərini başa düşmürlər yaxud qiymətləndir-
mirlərsə, onda onlar qarşılıqlı narazılıq, soyuqluq, uzaqlaşma və hətta əlaqələrin 
qırılması riskini yaradırlar.  
Sübhəsiz, ər-arvad arasında şəxsiyyətlərarası harmoniyaya nail olmaq üçün 
şəxsiyyətin  temperament  kimi  təbii  xüsusiyyətini  də  nəzərə  almaq  lazımdır. 
Müxtəlif  temperamentli  insanlarda  xarakter  xüsusiyyətləri  müxtəlif  cür  aşkar 
olunur.  Temperamenti  və  xarakteri  bilmə  anlaşılmazlıqlardan  və  münaqişələr-
dən xilas olmağa imkan verir. Orqanizmin xüsusiyyətlərindən, ali sinir sistemi-
nin fəaliyyətindən asılı olaraq, insanları şərti olaraq fleqmatiklərə, melanxolik-
lərə, xoleriklərə və sanqviniklərə ayırırlar. Real həyatda, bir qayda olaraq, on-
lardan birinin üstünlüyü ilə müxtəlif növlərin birləşməsi müşahidə edilir. Psixo-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə