Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə66/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   62   63   64   65   66   67   68   69   ...   109

152 
runması, onun üzvlərinin mənəvi sağlamlığı, uşaqların maddi təminatı və ru-
hi inkişafı, onların əməyə və yüksək mənəvi dəyərlərə cəlb edilməsi, uşaqla-
rın müstəqil həyata hazırlanması - çoxlu bilik, enerji, təcrübə, dözüm, müd-
riklik tələb edir. Konstruktiv və sabit həyat fəlsəfəsinə malik şəxsiyyət özü-
nün inkişafı və təkmilləşməsi prosesində həm öz davranışını və fəaliyyətini 
idarə edir və etməlidir, həm də öz ailəsinə, doğmalarına və yaxınlarına yaxşı 
təsir  göstərməli,  onlarla  münasibətlər  mədəniyyətini  inkişaf  etdirməlidir.    
U. Rocers deyirdi: “Elə yaşayın ki, ev tutuquşusunu şəhərin baş xəbərçisinə 
satmağa utanmayasınız”. 
Ailənin  idarə  edilməsi  mədəniyyətinin  əsasını,  insanların  idarə  edilməsi 
və özünüidarədə olan eyni baza qaydaları və məntiq təşkil edir. Burada həm-
çinin: biologiya, fiziologiya, antropologiya, psixologiya, tibb, ekologiya, fi-
ziki  mədəniyyət,  düzgün  qidalanma,  etika,  hüquq,  insan  münasibətləri  mə-
dəniyyəti, din və insanın həyat fəaliyyətinin digər sahələrində biliklər; məq-
sədin  düzgün  müəyyən  edilməsi  və  mənəvi  həyat  prinsiplərinin  seçimi;  bi-
liklərə, təcrübəyə və xoş mərama əsaslanan müdrikliyin yetişdirilməsinə səy 
göstərmə; öz təfəkkürü, məqsədləri və davranışına şüurun nəzarəti; seçilmiş 
prinsiplərin  həyata  keçirilməsini,  insanın  düzgün  həyat  tərzi  və  ailədə  və 
onun  hüdudlarından  kənarda  yüksək  davranış  mədəniyyətini  təmin  edən  
möhkəm iradə lazımdır. Bununla bərabər burada xüsusi spesifika yer tutur. 
Ailənin hər bir üzvünün fərdi xarakter xüsusiyyətlərinin nəzərə alınması, bü-
töv sosial mikrosistem kimi, ailədə psixoloji uyğunluq və harmoniyaya nail 
olaraq,  onların  münasibətlərinin  tənzimlənməsi  bacarığı  ailənin  idarə  edil-
məsində mühüm əhəmiyyət kəsb edir. Ailə idarəçiliyində strategiya və tex-
nologiya, psixologiya, sosiologiya və dizayn kimi idarəetmə elminin ümumi 
prinsiplərini  də  müşahidə  etmək  olar.  Burada,  həmçinin  müxtəlif  təşkilati 
mədəniyyət  tiplərinin  birləşməsinə  -  hakimiyyət  mədəniyyəti,  rol  mədəniy-
yəti, vəzifə  mədəniyyəti, şəxsiyyət mədəniyyətinə rast gəlmək olar, “qərar-
ların qəbul edilməsi” proseslərini, “danışıq prosesini”, “innovativ fəaliyyət” 
elementlərini, nəhayət, despotikdən – demokratikə qədər müxtəlif ailə quru-
luşu növlərini aşkar etmək olar. Ailə idarəçiliyi mədəniyyətində bütövlükdə 
həyat  fəaliyyətində  olduğundan  daha  artıq  dərəcədə,  bütün  müxtəlifliyi  ilə 
həyatın özü ön plana çıxır. Ailədə və əmək kollektivində münasibətlərin xa-
rakteri psixoloji cəhətdən  ayrı-ayrı olsa  da, idarəetmə  üslubu  eyni  ola bilər 
ki, bu da daha çox “kiçik orkestrin dirijoru”, lider rolunu icra edən ailə baş-
çısının xarakterindən asılıdır.  
Ailə idarəçiliyi mədəniyyətinin şərtsiz prioriteti, həm milli mədəniyyətin 
və sivilizasiyanın ən əhəmiyyətli nailiyyətlərinin mənimsənilməsini, həm də 
müstəqillik, məsuliyyət və yaradıcılıq fəaliyyəti qabiliyyətlərini nəzərdə tu-


153 
tan şəxsiyyət mədəniyyətinin bütöv, harmonik formalaşdırılmasıdır. Ailənin 
tərbiyə etdiyi şəxsiyyət ictimai-faydalı fəaliyyətə istiqamətlənməli, onun in-
tellektual və etik mədəniyyət səviyyəsini xarakterizə edən işi bilməklə qərar 
qəbul  etmək  qabiliyyətinə  malik  olmalı,  məqsədə  nail  olmaq  üşün  ağıllı, 
düzgün və humanist vasitələr seçməlidir. Yüksək ailə mədəniyyətinin forma-
laşdırılması  sözlə  əməlin  bütövlüyünə  sadiqliyi,  “ikili  əxlaq”  kimi  məlum 
olan  -  biliklə  davranış  arasındakı  ziddiyyətin  aradan  qaldırılmasını,  makia-
vellizm  (mənəviyyat  normalarına  məhəl  qoymayan,  kobud  qüvvəyə  əsasla-
nan  siyasət)  prinsiplərindən  şüurlu  imtinanı  nəzərdə  tutur.  Ailənin  idarə 
edilməsi  mədəniyyətində  insanın  mədəni  dəyərlər  sistemi,  həyat  fəlsəfəsi, 
dünyagörüşü, əqidələr, ailə etikası, məhəbbət və dostluq böyük rol oynayır.  
Ailə mədəniyyəti cəmiyyətdəki destruktiv təzahürlərin və böhranların ara-
dan qaldırılması üçün də böyük əhəmiyyətə malikdir. O heç də həmişə mə-
nəviyyatın  qorunması  və  inkişafı  ilə  müşayiət  olunmayan  biliklərin,  infor-
masiya  mədəniyyətinin,  elm,  texnologiya,  istehsalın  sürətli  inkişafının  xa-
rakterik olduğu, mədəniyyətin eroziyasının, etika və humanizm dəyərlərinin 
devalvasiyasının  yer tutduğu texnogen sivilizasiya şəraitində xüsusilə aktu-
aldır.  Dünya  mədəniyyəti  və  sivilizasiyasının  inkişaf  qanunauyğunluqları, 
Qədim  Romanın  süqutu  tarixi  inandırıcı  sürətdə  təsdiqləyir  ki,  yüksək  etik 
mədəniyyətə  laqeydlik,  hədsiz  eqoistlik,  tamahkarlıq,  riyakarlıq,  təkəbbür, 
qəddarlıq,  zorakılıq,  xəyanət  və  digər  neqativ  insan  keyfiyyətləri  sosial  və 
siyasi gərginliklərə və böhranlara səbəb olur. 
Ailənin idarə edilməsi - təbii və zəruri prosesdir, çünki ailə hər hansı di-
gər kollektiv kimi, ümumi məqsədlərə yetişmə üçün qüvvə və maraqların ra-
zılaşdırılmasını tələb edir. O müvafiq həyat fəaliyyəti ideologiyası və texno-
logiyalarının  yaradılmasını,  vəzifələrin  və  gözlənilən  nəticələrin  müəyyən 
edilməsini,  öhdəliklərin  bölüşdürülməsi  və  səlahiyyətlərin  həvalə  edilməsi-
ni,  ailənin  hər  bir  üzvünün  motivasiyasını  və  qiymətləndirilməsini,  məhəb-
bətin və biri-birinə bağlılığın qorunmasını, ailə rifahının möhkəmləndirilmə-
sini  nəzərdə  tutur.  Ailənin  inkişafının  idarə  edilməsi  mədəniyyəti  -  yaxşı 
təhsili,  mənəvi  tərbiyəni,  uşaqların  peşə  təlimini  və  peşəkar  inkişafını,  ailə 
münasibətlərinin düzgün formalaşdırılmasını, ailənin digər insanlarla pozitiv 
əlaqələrinin  qurulması  üçün  şəraitin  yaradılmasını  nəzərdə  tutur.  O,  həyat 
fəaliyyətinin fiziki mədəniyyət, tibbi və ekoloji təhlükəsizlik, əmək və istira-
hət mədəniyyəti sahələrinin tənzimlənməsinə də yardım etməli, əqli və mə-
nəvi  mədəniyyətin  təkmilləşdirilməsini,  etik,  estetik  mədəniyyətin  və  bey-
nəlxalq münasibətlər mədəniyyətinin inkişafını təmin etməlidir.  
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə