Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə64/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   60   61   62   63   64   65   66   67   ...   109

147 
və  şüurlu  konsensus  əldə  etməyə  imkan  yaratmaq  qabiliyyətini  daxil  edərək, 
onun iclası idarə etmək təcrübəsindən asılıdır. Belə müşavirənin dəyər meyarı 
aydın və praktikada real olaraq həyata keçirilən qərardır.  
Uğurlu təşkil etmənin ən parlaq nümunələrindən biri sənayedə “keyfiyyət 
dərnəkləridir”.  “Keyfiyyət  dərnəkləri”  1961-ci  ildə  Yaponiyada  icad  edil-
mişdir. 1980-ci il üçün o artıq 10 milyon nəfərdən çox insanı əhatə edirdi. 
Bu  yenilik  nəticəsində,  artıq  keçən  əsrin  80-ci  illərin  sonunda  Yaponiya 
məhsulun keyfiyyəti üzrə dünyada birinci yerə çıxdı. Effektivliyi sayəsində, 
bu təcrübə ABŞ, Norveç, Tayvan, Cənubi Koreya, Sinqapur, Braziliya, Bö-
yük  Britaniya  kimi  və  digər  ölkələrdə  geniş  tətbiq  edilməyə  başlandı.  Bu 
metodun  mahiyyəti  ondan  ibarətdir  ki,  bölmə  liderlərinin  rəhbərliyi  altında 
müəssisə işçilərinin könüllü qrupları tərəfindən hər həftə istehsal problemlə-
ri müzakirə edilir, təhlil olunur və yeni metodların praktikaya rəhbərliklə ra-
zılaşdırılmış tətbiqi yolu ilə çətinliklər aradan qaldırılır. Bu fəaliyyətin mü-
hüm vasitəsi, liderlik təliminə yardım edən və kollektivin təşkilati və yaradı-
cı qabiliyyətlərinin inkişafını stimullaşdıran “beyin hücumudur”.  
 
Vaxtın səmərəli idarə edilməsi  
Liderin yüksək idarəçilik mədəniyyətinin başlıca resurslarından biri vax-
tın idarə edilməsidir. Vaxtın dəyəri onunla şərtlənmişdir ki, bu strateji həyat 
və  fəaliyyət  resursu  əvəzolunmaz  və  geriyə  dönməzdir.  Marqaret  Mitçellin 
“Küləklərlə  sovrulmuşlar”  romanında  müdrikcəsinə  deyilmişdir:  “Vaxtı 
əbəs  yerə sərf etmə: o,  həyatın ondan hazırlandığı  materialdır”. İnsanın öz 
vaxtını  səmərəli  bölüşdürmə  bacarığı  onun  liderlik  keyfiyyətlərinin  həqiqi 
əlamətidir. Vaxtın şüurla idarə edilməsi - əməyin təşkilati-texniki məsələləri 
və  intellektual  fəaliyyətlə  məşğul  olmaq,  həmçinin  şəxsi  həyata,  ailəyə,  öz 
biliyini artırmağa,  mədəni istirahətə, dostlarla ünsiyyətə vaxt  ayırmaq üçün 
gün ərzində ondan səmərəli istifadə etmək imkanı verir.  
Vaxtın  səmərəli  idarə  edilməsi:  real  imkanları  və  resursları,  müddətləri, 
prioritetləri və gözlənilən nəticələri hesaba almaqla, həyat fəaliyyətinin mü-
əyyən  müddətə  planlaşdırılmasını;  əhəmiyyətlilik  dərəcəsi  və  fəaliyyət  xa-
rakterindən  asılı  olaraq,  işləri  vaxt  daxilində  bölmək  bacarığını;  məcburi 
yolda və  ya rəsmi  iclaslarda olma  vaxtının  istifadəsini;  təxirə  salınmanı  tə-
ləb  etməyən  məsələlərin öz  vaxtında həll  edilməsini;  işin  maksimal həcmi-
nin həvalə edilməsi hesabına yaradıcı vaxtı inzibati işlərlə məşğul etməmək 
bacarığını; xidməti müşavirələrin maksimal konkretliyi və qısa müddətliliyi-
ni; telefon və elektron əlaqələrinin səmərəli istifadəsini nəzərdə tutur.  
Vaxtın  məhsuldar  idarə  edilməsində  diskresiya  vaxtına  xüsusi  yer  məx-
susdur.  “Diskresiya  vaxtı”  –  daha  vacib  strateji  problemlərin  həllinə  sərf 


148 
edilə  biləcək  vaxtdır.  Lider  məhsuldar  olmayan  vaxtı  maksimal  dərəcədə 
azaltmağa və diskresiya vaxtını artırmağa yaxud kulturologiya dili ilə desək, 
idarəetmə mədəniyyətinin entropiyasını, onun faydalı iş əmsalının artırılma-
sına imkan verərək, maksimal dərəcədə azaldılmasına can atmalıdır. Disk-
resiya  vaxtının  defisiti  təşkilatın  böyüklüyü  ilə  düz  mütənasibdir.  Bunun 
üçün təşkilatın effektiv idarəçiliyi ən qiymətli resursun - vaxtın idarə edilmə-
sindən başlanmalıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


149 
AİLƏ MƏDƏNİYYƏTİ 
 
Şəxsiyyət  və  cəmiyyət  üçün  ailə  mədəniyyətinin  əhəmiyyəti  haqqında. 
Ailənin  idarə  edilməsi  mədəniyyətinə  qoyulan  tələblər.  Tusinin  ailə  qur-
ma  fəlsəfəsi.  Ailə  idarəçiliyində  Adairin  və  Maslounun  modellərinin  tət-
biqi.  Ailəni  idarəetmə  prinsipləri  haqqında.  Ailənin  idarə  edilməsi  məq-
sədi, vəzifələri və metodları. Ailə davranışı mədəniyyəti və əxlaq kodeksi. 
Ər-arvadın qarşılıqlı münasibətlər mədəniyyəti haqqında. Uşaqların təh-
sili və tərbiyəsi haqqında.  
 
Şəxsiyyət və cəmiyyət üçün ailə mədəniyyətinin 
əhəmiyyəti haqqında 
 
Yüksək ruhi mədəniyyətə malik şəxsiyyətin formalaşması və vətəndaş ol-
masında sosial  mühit –  məktəb və  müəllim, ali məktəb və əmək kollektivi, 
cəmiyyət, dövlətin siyasi rejimi böyük rol oynayır. Lakin bu prosesdə aparı-
cı rol ailəyə məxsusdur. Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlər-
dən, təhsillilikdən, tərbiyəlilikdən və onun üzvlərinin yaradıcı əməyindən, on-
ların bilikləri və  mənəviyyatından, şüuru və vicdanından, bir-birinə və ətraf-
dakılara olan məhəbbəti, inamı və yaxşılığından formalaşır.  
Öz həyatının qorunması və yaxşılaşdırılması qayğısına qalaraq, yaradıcı 
fəaliyyət nəticəsində insan alətləri və silahı, əkinçiliyi və heyvandarlığı  ya-
ratmış, öz ehtiyaclarını ödəmək üçün odu, istehsalı, dili, ailəni, cəmiyyəti və 
dövləti  “kəşf”  və  istifadə  etmişdir.  Mədəni  inkişaf  tarixi  prosesində  insan 
həyatının təşkili, inkişafı və varislik vasitəsi olan ailənin yaradılması böyük 
əhəmiyyət  kəsb  etmişdir.  Dövlət  quruculuğu  və  idarəçiliyi  məntiqinin  dərk 
edilməsi üçün ailənin müstəsna əhəmiyyəti ondan ibarətdir ki, mahiyyət eti-
barı ilə ailə, ilkin sivilizasiyalarının təməlini qoymuş bəşəriyyətin ilk dövlət-
lərinin timsalıdır. Nəsildən-nəsilə insanların sosial təcrübəsi, müxtəlif xalq-
ların  və  millətlərin  nümayəndələrinin  ənənələri,  ideologiyaları,  dini  təsəv-
vürləri, dəyərləri, həyat fəaliyyəti məqsədləri və texnologiyalarının mənim-
sənildiyi  həyat  məktəbinə  çevrilirdi.  Pifaqor  həyatı  olimpiya  oyunlarındakı 
böyük və izdihamlı toplantı ilə müqayisə edirdi ki, burada bəziləri – şöhrət, 
digərləri  –  mənfəət,  üçüncülər  isə  -  öz  həyatını  daha  şüurlu  qurmaq  üçün 
təcrübə axtarır. Çoxlu sayda müxtəlif xarakterləri, adətləri, taleləri, qanunla-
rı, mədəniyyət və sivilizasiyaları öyrənərək, insan öz şüurunu təkmilləşdirir, 
həyat  fəlsəfəsini  formalaşdırır,  həyat  yolunu  seçirdi.  Mişel  Monten  deyirdi 
ki, dünya bir güzgüdür ki insan ona baxmalı və özünü dərk etməlidir. Bu ya-
naşma ailəyə münasibətdə də düzgüngür.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə