Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə60/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   56   57   58   59   60   61   62   63   ...   109

139 
zakətli xahiş tərzində edilirsə, həvəslə yerinə yetirilir, buna görə yaxşı lider-
lər tabeliyində olanlara əmr etmir, amma onlardan xahiş edirlər.  
İnsanların müvəffəqiyyətlə çalışmaları üçün biliklər, bacarıqlar, mütəşək-
killik,  mənəviyyatla  yanaşı  hər  şeyi  daha  yaxşı  tərzdə  yerinə  yetirmək,  işə 
yalnız ağlını və fiziki qabiliyyətlərini deyil, həm də qəlbini qoymaq istəyi də 
olmalıdır. Bu istək əsas etibarilə kollektivdəki mühitdən asılıdır. Liderə, sə-
riştəlilik  və  ədalətlilik  göstərərək,  həm  bütövlükdə  kollektivin,  həm  də  hər 
bir ayrılıqda götürülmüş işçinin motivasiyası üçün əlverişli atmosfer forma-
laşdırmaq lazımdır. Bunun üçün öz  səhvlərini etiraf etmək, kollektivin nai-
liyyətlərinə görə qürur hissini ifadə etmək, nəzakətli davranmaq, hər bir kə-
sin fikrini dinləmək və təşəkkür etmək, hamının adından danışmaq və “mən” 
sözünü daha az işlətmək bacarığı mühüm əhəmiyyətə malikdir.  
 
Nəzarət 
Mühüm  idarəetmə  funksiyalarından  biri  nəzarətdir.  Geniş  mənada  bu  – 
işin başlanmasından sonra onun yoxlanılması və idarə edilməsidir. Nəzarət, 
hər  şeydən  əvvəl,  standartlarla  müqayisədir  və  kollektivin  uyğunluq  fəaliy-
yətinin  təmin  edilməsi  məqsədilə  iş  prosesinin  idarə  edilməsidir.  Nəzarət 
kollektivin seçilmiş yolu və qoyulmuş sərhədləri gözləməsi məqsədilə istiqa-
məti,  tənzimləməni  və  dayandırmanı  (qarşısını  almanı)  nəzərdə  tutur.  Bu-
nunla nəzarətin effektivlik meyarları müəyyən edilir. 
Lider üçün prinsiplər və meyarlar çox əhəmiyyətlidir. O, qorxu hesabına 
deyil, kollektiv tərəfindən qazanmaq lazım gələn məhəbbət və hörmət hesa-
bına idarə etməlidir. Hər şey qarşılıqlı əsasda baş verir. Lider özünü təmkin-
li  aparmalı,  əməkdaşlara  təzyiq  göstərməməlidir,  onlara  fəaliyyət  azadlığı 
verməli və hər kəsin öz məsuliyyətini dərk etməsinə imkan verməlidir. Nəza-
rət zamanı o, prosesi müşahidə etməli və yaranan çətinliklərin aradan qal-
dırılmasında  əməkdaşlara  yardım  etməlidir.  Lider  prosesə  müdaxilə  edər-
kən, mümkün qədər az güc sərf etməlidir, mülayim sözlə və ya baxışla daha 
yaxşıdır. O, ifrat müdaxilə və idarəçilik nöqsanları arasında qızıl orta həddi 
gözləməlidir. Lakin konkret situasiyanın tələbindən asılı olaraq, zəruri hal-
da idarəetməyə müəyyən sərtlik verərək, qətiyyət və prinsipiallıq göstərmək 
lazımdır.  
Yaxşı lider situasiyanı idarə etməyi və ona nəzarət etməyi bacarmalıdır, 
əks halda situasiya onu idarə etməyə başlayacaq. Bu vəziyyət liderin özü-
nüidarə  və  özünə  nəzarətinin  vacibliyini,  səbr,  xoşxasiyyətlilik,  nəzakət  və 
təmənnasızlıq əlaməti, provokasiyaya uymamaq bacarığı kimi onun xarakte-
rinin  təmkinliyini,  dözümlülüyünü  (özünü  saxlaya  bilmə)  qiymətləndirmək 
kimi qəbul edilməsinin əhəmiyyətini şərtləndirir. Ən zəruri şərtlərdən biri öz 


140 
qorxusunu dəf etmək və başqalarına layiqli mərdlik nümunəsi göstərməkdir. 
Lider qorxunun sarsıdıcı təsirini dəf etməyi, çətin situasiyada təmkinini sax-
lamağı, sakit qətiyyət, əsl insanlıq, ləyaqət və mərhəmət göstərməlidir. Lide-
rin əsas vəzifəsi iş prosesini koordinasiya etmək, onun müxtəlif komponent-
lərini  bütöv  bir  tamda  birləşdirmək,  ayrı-ayrı  məqsədləri  və  fəaliyyətləri 
bir-biri ilə uzlaşdırmaqdır. 
Kollektivin fəaliyyətinə nəzarəti təmin etmək üçün lider müəyyən insanla-
rı  cəlb  etməli  və  onlara  fəaliyyət  sərbəstliyi  verməlidir.  Lakin  cəsarət  və 
özünə inam göstərərək, idarəçilik hökmünü öz əlində möhkəm saxlamalıdır. 
Lider  baş verdiyinə fikir verməlidir və hər bir əməkdaşın enerjisini lazımi 
məcraya yönəltməlidir. O, maksimal yüksək faydalı iş əmsalını təmin etməli 
və kollektivin mədəniyyət sinergetikasını idarə etməlidir. Nəzarətin vəzifələ-
rindən  biri  kollektiv  üzvlərində  şüurlu  özünənəzarətin  formalaşdırılmasına 
yardımdır.  Bunun  üçün  kollektivin  hər  bir  üzvünün  onun  şəxsi  məsuliyyəti 
hədlərində, ümumi vəzifənin effektiv yerinə yetirilməsi naminə plan tapşırıq-
larını yaxşı bilməsinə və dərk etməsinə, - nəyi, nə zaman və necə etmək la-
zım olduğunu özündə təsəvvür etməsinə nail olunmalıdırLiderin kollektivdə 
kimin nəyə cavabdeh olduğunu bilməsi də vacibdir.  
Kollektivlə müqayisədə, yüksək həlqə rəhbərlərinin iştirak etdiyi nəzarət 
sisteminin  vacib  olduğu  bir  neçə  kollektivlərdən  ibarət  təşkilatlarda  fəaliy-
yətə  nəzarət  dəfələrlə  mürəkkəbdir.  Burada  əsas  vəzifə  -  effektiv  idarəetmə 
üçün obyektiv informasiyanın təmin edilməsidir. İri sənaye kompaniyaların-
da, kompaniya idarəçiliyi tərəfindən strateji maliyyə nəzarəti zamanı nəzarət 
funksiyaları  bilavasitə  istehsal  bölmələrinə  həvalə  edilir.  Mütərəqqi  texno-
logiyaya,  keyfiyyətli  məhsula  və  güclü  kollektivə  malik  ən  uğurlu  kompani-
yalar, əgər onlarda effektiv nəzarət, hər şeydən əvvəl, maliyyə nəzarəti təşkil 
edilməzsə, düzgün qərar qəbul edilməsi üçün təşkilatın və personalın fəaliy-
yəti haqqında vaxtında və obyektiv informasiya sistemi təxirə salınarsa, ifla-
sa uğraya bilər.  
 
Qiymətləndirmə 
Kollektivin və ayrı-ayrı işçilərin fəaliyyət nəticələrinin qiymətləndirilməsi 
idarəetmə  texnologiyalarının  başlıca  vasitələrindən  biridir.  Məhz  nəticələ-
rin qiymətləndirilməsi liderin qərarlarının əsasını təşkil edir. Con Adair qiy-
mətləndirməni,  nəticələri  qiymətləndirməyə,  kollektivin  işini  qiymətləndir-
məyə,  əməkdaşların  attestasiyası  və  təlimi  və  insanın  şəxsi  keyfiyyətlərini 
qiymətləndirməyə ayıraraq, onu nəyinsə dəyərini müəyyən və ya qeyd etmək 
qabiliyyəti  kimi  nəzərdən  keçirir.  Nəticələrin  qiymətləndirilməsi  –  seçilmiş 
fəaliyyət proqramının və ya onun həyata keçirilmə taktikasının nəyə gətirib 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə