Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə56/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   52   53   54   55   56   57   58   59   ...   109

131 
Liderlik mədəniyyətinə pozitiv təsir göstərən mühüm komponentlərdən bi-
ri sağlam həyat tərzidir - əlverişli gün rejimi, düzgün qidalanma və yuxu, fi-
ziki məşqlər, öz şüurunun idarə edilməsi, sağlamlığının qorunması və möh-
kəmləndirilməsi üçün təbii-coğrafi şəraitdən istifadə etmək. 
 
Liderin peşəkar etikası və məsuliyyət mədəniyyəti 
 
Liderin peşəkar etikası universal xarakter daşıyır. Mahiyyət etibarilə o, rəh-
bərlərin  peşəkar  etikasına  uyğundur,  lakin  siyasətçilər,  məmurlar,  dövlət  qul-
luqçuları, ictimai təşkilatlar və bələdiyyə sədrləri, biznesmenlər və menecerlər 
üçün öz xüsusiyyətlərinə malikdir. O, qanunlara riayət olunmasını, kollektivin 
maraqlarına və vətənin milli maraqlarına xidmət etməyi, təşkilatın və dövlətin 
nüfuzunun möhkəmləndirilməsini, sosial tərəqqinin, kollektivin və ya ölkə və-
təndaşlarının həyat keyfiyyəti və təhlükəsizliyinin təmin edilməsini də nəzərdə 
tutur.  O,  rəhbərin  qəbul  etdiyi  qərarın  əsasını  təşkil  edən  hadisələr,  proseslər, 
faktlar və insanlar haqqında təqdim edilən informasiyanın obyektivliyinə, həm-
çinin düzgün interpretasiyasına görə, eynilə qəbul edilən qərarların sosial nəti-
cələrinə bərabər məsuliyyət tələb edir. Liderin peşəkar etikası əməkdaşların fəa-
liyyətinin, “üfqi” və “şaquli” xidməti əlaqələrin, müxtəlif strukturlar, bölmələr 
və ayrı-ayrı işçilər, rəhbərlər və tabeçilikdə olanlar,  müxtəlif dərəcə və ixtisas 
nümayəndələri  ilə  qarşılıqlı  fəaliyyətin  tənzimlənməsini  təmin  edən  mənəvi 
münasibətləri də daxil edir. Mənəvi ölçüdə liderin peşəkar etikası: öz səhvləri-
nin  etirafını;  kollektivin  nailiyyətlərinə  görə  qürur  hissininin  açıq  ifadəsini; 
əməkdaşların  rəyinə  marağı;  əməkdaşlarla  ünsiyyətdə  nəzakəti  (“buyurun”); 
minnətdarlığın  şifahi  şəkildə  ifadəsini  (“təşəkkür  edirəm”);  nailiyyətlərin  və 
uğurların  bütün  kollektivin  xidmətlərinə  aid  edilməsini  (“biz”);  öz  xidmətləri 
haqqında susmağı (“mən”) nəzərdə tutur.  
Kollektivdə insan münasibətlərinin formalaşdırılmasında, müxtəlif mədəniy-
yətlər  və  xarakterlərin  qarşılıqlı  harmonik  təsirinin  təmin  edilməsində  liderin 
ümumi  mədəniyyəti  ilə  şərtlənən  məsuliyyət  mədəniyyəti  mühüm  rol  oynayır. 
Məsuliyyətli lider öz düşüncələrini, əməllərini və işlərini şüurunun nəzarəti altı-
na alır. Liderin məsuliyyət mədəniyyəti əməkdaşlar üçün layiqli nümunə və kol-
lektivdə əməkdaşların davranışını və fəaliyyətini tənzimləyən yaxşı etik və hü-
quqi qarşılıqlı münasibətləri saxlamaq imkanını verir. Liderin məsuliyyəti, həm 
etika, borc hissi və digər insanlara qarşı münasibətdə öhdəlik tələbləri ilə şərtlə-
nən özünü qiymətləndirmə əsasında, həm də etik mədəniyyət prinsipləri və me-
yarları və liderin peşəkarlıq fəaliyyətinin nəticələri əsasında formalaşır. Əmək-
daşların məsuliyyətinin mühüm formalaşdırılma amili, lider tərəfindən onların 
fəaliyyətinin maddi və mənəvi stimullaşdırılmasıdır. 


132 
Pozitiv və neqativ insan keyfiyyətləri kollektivdə mühitə böyük təsir gös-
tərir. Pozitiv keyfiyyətlərə aiddir: alicənablıq, saflıq, səmimiyyət, mərhəmət, 
vicdanlı  əmək,  yaradıcılıq,  mərdlik,  sədaqət,  yaxşılıq,  qayğı,  məsuliyyət, 
həmrəylik, altruizm, məhəbbət, dostluq, şəxsiyyətə hörmət, etibar, anlaşma, 
inam,  dəstəkləmə,  təmkin,  böyüklərə  hörmət.  Neqativ  keyfiyyətlərə  aiddir: 
ədalətsizlik, ikiüzlülük, aldatma, məkr, nankorluq, satqınlıq, qeybət, zorakı-
lıq,  tənbəllik,  mütilik,  eqoizm,  konformizm,  yaltaqlıq,  şəxsiyyətin  qiymət-
ləndirilməməsi, ədəbsizlik, riyakarlıq, ikili əxlaq, favoritizm, despotizm, sü-
ründürməçilik, monopolizm, korrupsiya, laqeydlik, anlamama.  
Deyl Karneqi tərəfindən doqquz qayda ifadə edilmişdir ki, liderin onlara ri-
ayət etməsi, insanları təhqir etmədən və incitmədən, onlara təsir etməyə imkan 
verir:  
1-ci qayda. Müsahibinizin tərifindən və onun ləyaqətlərinin səmimi etira-
fından başlayın.  
2-ci qayda. Başqalarının səhvlərni birbaşa deyil, dolayısı ilə göstərin. 
3-cü qayda. Əvvəlcə öz səhvləriniz haqqında danışın, sonra isə artıq mü-
sahibinizi tənqid edin. 
4-cü qayda. Müsahibinizə əmr vermək əvəzinə, ona suallar verin. 
5-ci qayda. İnsanlara öz nüfuzunu xilas etməyə imkan verin.  
6-cı qayda. İnsanlara ən kiçik uğuruna görə təqdirinizi bildirin və onların 
hər bir müvəffəqiyyətini qeyd edin. “Öz qiymətləndirmənizdə açıqürəkli və 
tərifinizdə səxavətli” olun.  
7-ci qayda. İnsanlar üçün onların doğrultmağa çalışacaqları yaxşı reputa-
siya yaradın.  
8-ci  qayda.  Həvəsləndirməyə  əl  atın.  Düzəldilməsini  görmək  istədiyiniz 
səhvin  asan  düzələ  biləcəyi  təəssüratını  yaradın;  elə  edin  ki,  sizin  insanları 
təhrik etdiyiniz iş onlara asan gəlsin.  
9-cu qayda. İnsanların təklif etdiyiniz işi yerinə yetirməyə şad olmalarına 
müvəffəq olun.  
 
Liderliyin effektivliyi 
 
Liderliyin  effektivliyi  problemini  nəzərdən  keçirərək,  hiss  etmək  çətin 
deyil ki, effektiv idarəetmənin təmin edilməsi üçün ən vacib olanlar – lide-
rin səriştəliliyi, kollektivin keyfiyyəti və vəzifələrin strukturudur. Səriştəli li-
der  qarşıya  qoyulmuş  vəzifə  və  kollektiv  arasında  diqqətin  və  qüvvələrin 
bölüşdürülməsi məsələsini düzgün həll etməlidir. Vəzifənin effektiv həllinin 
təmin edilməsi kollektivin fəaliyyətinin düzgün motivasiyası olmadan müm-
kün  deyil.  Kollektivin  keyfiyyəti,  o,  “mədəni  insan  formulu”  tələblərinə  nə 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə