Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə54/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   50   51   52   53   54   55   56   57   ...   109

127 
rı-ayrı şəxslərin düşünülməmiş hərəkətləri və ya təsadüfi vəziyyətlərlə şərt-
lənən,  müxtəlif  dəyərlər  və  normaların  toqquşması  təşkil  edir.  Düzgün  mə-
nəvi  seçimdə  ən  yaxşı  arbitr,  insanın  xeyir  və  şər  haqqındakı  təsəvvürləri, 
onun daxili əqidəsi ilə bağlı olan vicdanıdır.  
Mədəniyyətlərin  harmonizasiyasına  neqativ  təsir  göstərən  keyfiyyət,  in-
sanın xarakteri, onun tərbiyəsi və ruhi mədəniyyətində olan nöqsanlarla şərt-
lənən  paxıllıqdır.  Paxıllıq  –  başqa  bir  insanın  uğurlarına,  şöhrətinə,  intel-
lektual və mənəvi üstünlüyünə və yaxud üstün mövqeyinə qərəzli-düşmənçi-
lik hissidir. Paxıllıq hissi onun daşıyıcısında nəinki digər insanın uğursuzlu-
ğa, bədbəxtliyə  düçar olması, ətrafdakılar qarşısında özünü hörmətdən sal-
ması istəyini doğurur, həm də insanı əxlaq qaydalarına zidd hərəkətlər, cina-
yətlər  və  hətta  ölüm  hadisəsi  törətməyə  təhrik  edir.  Alicənablıq  və  düzgün 
həyat  mövqeyinə,  pozitiv  enerjiyə  malik  mədəni  insanlar  paxıllıq  hissindən 
uzaq olurlar, lakin cəmiyyətdə və siyasətdə baş verən sosial ədalət prinsip-
lərinin pozulması xüsusunda böyük narazılıq hissi keçirə bilərlər. Buna görə 
də liderlik mədəniyyətinin mühüm göstəricilərindən biri - praktikada ədalət-
lilik prinsipinə sədaqət və kollektivdə favoritizmə yol verilməməsidir. 
Kollektivin  səmərəli  fəaliyyətinə  və  münaqişələrin qarşısının  alınmasına 
kollektiv  üzvlərinin  fəaliyyətinin  lider tərəfindən  düzgün  stimullaşdırılması 
böyük təsir göstərir. Bu onunla şərtlənir ki, stimullaşdırma insanların fəaliy-
yətinin  məqsədyönlülüyünü  və  rasionallığını  formalaşdırır  və  tənzimləyir. 
O, insanın şüuruna, davranışına və fəaliyyətinə, şəxsiyyətin motivləri və is-
tiqamətinə güclü psixoloji təsir vasitəsi rolunu oynayır, insanın həyat fəaliy-
yətinin  resurs  imkanlarının  fəallaşmasına  imkan  yaradır.  Stimullaşdırma, 
həmçinin dəyərlərin yenidən qiymətləndirilməsinə, insanların maraqları, tə-
ləbatları və məqsədlərinin korrektə edilməsinə təsir göstərir. 
 
Liderin idarəetmə funksiyası və üslubu 
 
Yüksək idarəetmə mədəniyyəti iddiasında olan lider: 

 
Kollektiv  qarşısında  vəzifəni  düzgün  qoymalı,  onu  ruh  yük-
səkliyi ilə izah etməli və onun haqqında daim xatırlatmalıdır.  

 
Vəzifənin mahiyyəti və məqsədə nail olma texnologiyası ba-
rədə əməkdaşları təlimatlandırmalıdır.  

 
İşin  bütün  hissəsini,  müddətini,  əməkdaşların  öhdəlikləri  və 
məsuliyyətini əhatə edən konstruktiv plan işləyib hazırlamalıdır. 

 
Hər  bir  işçi  üçün  konkret  məqsədlər  müəyyənləşdirməli  və 
hər kvartalda onun uğurlarını və nöqsanlarını müzakirə etməlidir. 

 
Qoyulmuş qayda və  prosedurları müdafiə etməli, nizam-inti-


128 
zamın  qorunmasına  tələbkarlığı  və  şəxsi  nümunəsi  ilə  imkan  yarat-
malıdır.  

 
Qərarların  qəbul  edilməsini  həvalə  etməli,  insanlarla  məslə-
hətləşməlidir. 

 
Kollektivin hər bir üzvünün işinin dəyərinin başa düşüldüyü-
nü ifadə etməli, öz qərarlarının həyata keçirilməsində insanlara yar-
dım etmək üçün onları izah etməlidir; hər ay işlərin vəziyyəti və si-
yasət haqqında insanları məlumatlandırmalıdır. 

 
Məsələnin  effektiv  həlli  maraqlarını  nəzərə  alaraq,  yaradıcı 
və sosial fəallığı təşviq etməli, düzgün fikirləri, məramları, əqidələri 
və əməlləri dəstəkləməlidir.  

 
İşin ümumi monitorinqini keçirməli, müntəzəm olaraq əmək-
daşlarla  yerlərdə  görüşməli,  müşahidə  etməli,  onların  mülahizələri 
və  istəklərini  dinləməli,  onları  vicdanlı  əməyinə  görə  təşviq  etməli-
dir. 

 
Kollektiv  üzvlərinin  rifahı  üçün  qayğı  göstərməli,  onların 
əmək  şəraitini  yaxşılaşdırmalı,  həyati  problemlərinin  həllinə  yardım 
etməlidir. 

 
İnsanların, xüsusilə, 25 yaşınadək gənclərin təlimi və tərbiyə-
si vasitəsilə onların şəxsi inkişafına imkan yaratmalıdır.  
Liderin  idarəetmə  üslubu,  insanın  xətti  kimi,  təbii  olaraq  formalaşır  və 
şəxsiyyəti  xarakterizə  edir.  O,  sabit  kəmiyyətdir,  eyni  zamanda  qərarların 
qəbul edilmə üsulu kimi dəyişə bilər. Şəxsiyyət üçün xarakterik liderlik üslu-
bu  –  avtokratik  (müstəbid  (öz  bildiyini  edən),  mütləqiyyət),    demokratik, 
konsultativ (daxili işlərə qarışmama prinsipi) ola bilər. Situasiyadan və za-
man amilindən asılı olaraq, lider düzgün idarəetmə üslubu seçimi etməyi ba-
carmalıdır:  rolların  və  vəzifələrin  bölünməsindən  təkbaşına  qərar  qəbul 
edilməsinə qədər. Məsələn, insanların həyat və ya ölüm məsələsi duran böh-
ranlı vəziyyətlərdə (orduda, mülki aviasiyada, FHN-nin fəaliyyətində və s.) 
lider qərarları müstəqil və tez qəbul etməlidir, təlim verilmiş kollektiv isə li-
derin komandalarını tez və danışıqsız yerinə yetirməlidir.  
İdarəetmə təcrübəsi göstərir ki, liderin xarakterini və ya onun idarəetmə 
üslubunu  dəyişmək,  onun  vəzifəsini  yaxud  səlahiyyətini  dəyişməkdən  çətin-
dir. Bu səbəbdən burada liderin şəxsiyyəti, onun şəxsi mədəniyyət səviyyəsi - 
biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti həlledici-
dir. Con Adairin fikrincə, lider kimi doğulmurlar, lider olurlar. Bunun üçün 
nə lazımdır? Fikrimizcə, ümumiyyətlə mədəniyyət kimi, xüsusi təhsil və tər-
biyə vasitəsilə formalaşan - liderlik mədəniyyəti. 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə