Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə51/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   47   48   49   50   51   52   53   54   ...   109

120 

 
Vətəndaş  hüquqları  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq 
Paktda. 

 
Bütün irqi ayrı-seçkilik formalarının aradan qaldırılmasında. 

 
Beynəlxalq mədəni əməkdaşlıq prinsipləri bəyannaməsində. 
Bu sənədlərə uyğun olaraq, hər bir insan və xalq aşağıdakı hüquqlara ma-
likdir: 

 
Cəmiyyətin  mədəni  həyatında  sərbəst  iştirak  etmək,  incəsə-
nətdən zövq almaq; 

 
Elmi  tərəqqinin  nəticələri  və  onların  əməli  tətbiqindən  istifadə 
etmək; 

 
Müəllifi olduğu istənilən elmi, ədəbi və bədii əsərlərlə əlaqə-
dar  yaranan  mənəvi  və  maddi  maraqların  müdafiəsindən 
faydalanmaq;  

 
Mədəni fəaliyyətdə bərabər iştirak etmək

 
Öz mədəniyyətini azad inkişaf etdirmək, öz dilindən istifadə 
etmək və öz dininə etiqad etmək.  
Humanist  multikulturalizm  dövlət  siyasətini  həyata  keçirən  Azərbaycan 
Respiblikasında  mədəniyyət  hüquqlarına  xüsusi  əhəmiyyət  verilir.  Dövlət 
tərəfindən onlar yalnız hamı üçün eyni olan qaydalara və bərabər imkanlara 
əsaslanan  vətəndaş  mədəniyyətinin  inkişaf  vasitəsi,  müxtəlif  millətlər  və 
dinlər arasında tolerantlığın təcəssümü, qarşılıqlı anlaşma, qarşılıqlı zəngin-
ləşmə,  dostluq  və  əməkdaşlıq  kimi  deyil,  həm də  milli  təhlükəsizlik  şərtlə-
rindən biri kimi nəzərdən keçirilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


121 
SÜLH MƏDƏNİYYƏTİ VƏ MÜNAQİŞƏLƏRİN HƏLLİ 
 
Beynəlxalq münasibətlərin tənzimlənməsində  mühüm  yer sülh mədəniy-
yətinə məxsusdur. Sülh mədəniyyəti – başqa xarakterli, başqa mədəniyyətlər, 
dillər,  milliyyətlər,  əqidələr,  mənşələr,  doğulduğu  yerlər,  dinlər,  dərisinin 
rəngi,  yaş  və  cinsdən  olan  insanlarla  dinc  həyat  və  ya  dinc  yanaşı  yaşama 
qabiliyyətidir. Bu, eqoizm və etnosentrizmə əks olan altruizm və sosial əda-
lət  etik  prinsipləri  əsasında,  insanları  sevmək  qabiliyyəti  və  başqaları  üçün 
yaşamaq bacarığı, fundamental insani keyfiyyətlər və insanların ümumi bə-
rabərliyinin  tanınmasıdır.  O,  cəmiyyətdə  mütərəqqi  sosial-mədəni  dəyişik-
liklərə istiqamətlənən qeyri-zorakı fəaliyyət proqramının həyata keçirilməsi-
ni nəzərdə tutur. Sülh mədəniyyəti insanlar arasında insanın ruhi vəziyyəti, 
mənəvi sağlamlığı və həyat keyfiyyətində əlverişli şəkildə əks olunan qarşı-
lıqlı isti münasibətlərə səbəb olur.  
Bütün dünyada sülh mədəniyyətinin yaradılmasının  şərtləri bunlardır: 

 
Beynəlxalq kulturoloji təhsilin və maarifin inkişafı. 

 
Yüksək etik mədəniyyət. Düzgün humanist tərbiyə. Bütün bəşəriyyə-
tin maraqlarına cavab verən ümumbəşəri mədəni dəyərlər prioriteti. 

 
Yüksək hüquq və idarəetmə mədəniyyəti. İnsanın ümumi hüquqları-
nın gözlənilməsi.  

 
İnsanın  ümumi  hüquqları,  azadlıqları  və  ləyaqətinin  əsası  olan  uni-
versal insani dəyərlərə; bir qisim insanların digərlərinin dərdinə və iztirabla-
rına  səbəb  olmasına  yol  verilməməsini  nəzərdə  tutan  insan  hüquqları  və 
azadlıqlarına; bəşəriyyətin sosial inkişafının təbii qanunu olan xalqların mə-
dəni müxtəlifliyinə hörmət. 

 
Sosial ədalət. 

 
Şəxsi və sosial məsuliyyət. 

 
Siyasi, gender və irqi hüquq bərabərliyi. 

 
Tolerantlıq, empatiya və qeyri-zorakılıq. 

 
Millətləraarası və dinlərarası həmrəylik. 

 
Qlobal qarşılıqlı asılılığın dərk edilməsi. 

 
Yoxsulluğun azaldılması və rifahın artırılması. 

 
Ekoloji təhlükəsizlik. 

 
Şəxsiyyət, ailə, kollektiv, cəmiyyət və bütövlükdə, bəşəriyyətin yük-
sək  ruhi  mədəniyyətinin  inkişafına  yardım  edən  sosial  mühitin  formalaşdı-
rılması. 

 
Düzgün dövlət və beynəlxalq mədəni siyasətin həyata keçirilməsi. 
Sülh mədəniyyəti münaqişələrin effektiv həll edilmə vasitəsidir. Mürək-
kəb inkişaf dinamikası ilə xarakterizə edilən müasir dünyada, müxtəlif icti-


122 
mai-siyasi quruluşlar və idarəetmə sistemləri, həyat fəaliyyəti texnologiyala-
rı, mədəni dəyərlər sistemi, xalqların və fərdlərin xarakteri ilə şərtlənən çox-
lu sayda dinamik ziddiyyətlər və münaqişələr müşahidə edilir. Mahiyyət eti-
barı ilə insanlara xas bütün münaqişələr mədəniyyətlərin və maraqların toq-
quşmasına gətirib çıxarır.  
Münaqişə - qarşılıqlı münasibətlərin pozulmasına gətirən, insana xas zid-
diyyət formasıdır. Münaqişələr sülhü və beləliklə, bəşəriyyətin normal həyat 
fəaliyyəti və inkişafı üçün lazım olan təbii şəraiti pozur.  
Münaqişələr etnik, əmək, ailə, dini, mədəni, siyasi, hərbi, iqtisadi, sosial 
və s. ola bilər.  
Münaqişələrin gərginləşməsi və həlli mərhələlərini aşağıdakı kimi təsəv-
vür etmək olar: 

 
Maraqlarda ziddiyyətlər. 

 
Mövqelərdə ziddiyyətlər. 

 
Vasitələrdə ziddiyyətlər. 

 
Pozulmuş münasibətlər. 

 
Neqativ emosiyalar. 

 
Düşmənçilik hərəkətləri.  
Münasibətlər  böhranının  aradan  qaldırılmasına  danışıqlar,  müzakirələr 
və  qarşılıqlı  təsir  vasitəsilə  eyni  vaxtda  qarşılıqlı  faydalı  nəticəni  əldə  et-
məklə nail olmaq olar. Münaqişələrin aradan qaldırılmasına və ya sosial te-
rapiyasına yönəldilən danışıqlar prosesinin uğuru əsasən münaqişə tərəfləri-
nin - şəxsiyyətə hörmət, digər mədəniyyətə, dinə, insan hüquqlarına hörmət, 
məsuliyyət mədəniyyəti, düzgünlük, təmkinlilik kimi universal mədəni prin-
siplərə qarşılıqlı riayət etməsindən asılıdır.  
Münaqişələrin aradan qaldırılması və həll edilməsinin metodoloji əsası - 
insanların, etnosların, millətlərin və dövlətlərin mədəniyyət və maraqlarının 
harmonizasiyasına  düşünülmüş  kulturoloji  yanaşmadır.  Dünya  sivilizasiya-
sının çoxəsrlik inkişaf təcrübəsi müxtəlif xalqların mədəniyyətlərinin huma-
nizmə, Kantın “xoş məramı”na, sülh mədəniyyətinə, tolerantlığa və insanla-
rın  əməkdaşlıq  prinsiplərinə  əsaslanan  beynəlxalq  sosial-mədəni  siyasətin 
yardımı ilə harmonizasiyasının zəruriliyini təsdiqləyir.  
 
 
 
 
 
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə