Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə52/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   48   49   50   51   52   53   54   55   ...   109

123 
LİDERLİK MƏDƏNİYYƏTİ 
 
Liderlik mədəniyyəti anlayışı. Liderin idarəetmə funksiyası və üslubu. Li-
derin keyfiyyətlərinə qoyulan tələblər. Liderin peşəkar etikası və məsuliyyət 
mədəniyyəti. Liderliyin effektivliyi. Liderin idarəetmə texnologiyası. Üç dai-
rə metodu: vəzifə, kollektiv, fərd. Liderin idarəetmə metodları. Vəzifənin qo-
yuluşu.  Planlaşdırma,  Brifinq  və  Təlimatlandırma.  Nəzarət.  Qiymətləndir-
mə. Motivləşdirmə. Təşkil etmə. Vaxtın səmərəli idarə edilməsi.  
 
Liderlik mədəniyyəti anlayışı 
 
Liderlik mədəniyyəti – əməkdaşların ümumi və fərdi tələbatları, maraqları və 
gözləmələrinin təmin edilməsi şərti ilə liderin kollektiv qarşısında duran vəzifə-
lərin həllinə yönəldilən biliyi, bacarığı, mütəşəkkilliyi, etikası və idarəetmə fəa-
liyyətidir. İdarəçiliyin çoxvariantlılığı liderlərin müntəzəm özünü təkmilləşdir-
məsini, effektiv idarəetmə mədəniyyətinə interaktiv təlim sistemi vasitəsilə on-
ların bilikləri və qabiliyyətlərinin inkişaf etdirilməsini tələb edir.  
Mahiyyət etibarı ilə, liderlik mədəniyyəti əsasən milli, beynəlxalq, sosial, 
iqtisadi, ailə idarəçiliyi və şəxsiyyətin özünüidarəsində tətbiq edilən univer-
sal idarəetmə modelidir. Lider – bərabər insanlar arasında birincidir, vəzi-
fəsində  və  sosial  mövqeyində  deyil,  şəxsi  keyfiyyətlərində,  intellektual  və 
etik mədəniyyətində, elmi bilikləri, təcrübəsi, iradəsi, mütəşəkkilliyində, in-
saniyyətdə,  cəmiyyətin  mənafeyinə  yaradıcı  fəaliyyətdə  üstünlüyə  malik 
olan daha yüksək mədəniyyətli insandır. Liderin seçilməsi və ya təyin edil-
məsi  kollektivlərin  özlərinin  yaranmasından  və  ya  rəsmi  rəhbərliyi  olan 
mövcud kollektivin özəyi olmasından asılıdır. Lakin istənilən halda lider, bir 
sıra həm peşəkarlıq, həm də insani keyfiyyətləri sayəsində hörmət qazanma-
lıdır. Bununla  yanaşı lider  təşkilatın əməkdaşlarını ümumi vəzifənin yerinə 
yetirilməsini,  kollektiv  işi,  işçilərin  qarşılıqlı  hörmətini  istiqamətləndirməyi 
bacarmalı  onların inkişafına yardım etməlidir.  
Yüksək idarəetmə mədəniyyətinə malik lider öz işini yaxşı bilməli və de-
diyi  sözlərin  həqiqiliyinə  inanmalı,  kollektiv  əməkdaşlarının  enerji  və  iste-
dadlarından  düzgün  istifadə  etməyə  qabil  olmalı,  insan  təbiətini  yaxşı  dərk 
etməli və “qamçı və qoğal” metodu vasitəsilə, yəni mükafatlandırma və tən-
beh etmənin birləşdirilməsi  yolu ilə  yüksək  məhsuldarlı əməyi motivləşdir-
məlidir. Kollektiv qarşısında duran problemlərin həlli üçün o, elmi, aksioloji 
(dəyərcə) və praktiki yanaşmanı özündə bacarıqla birləşdirməlidir.  
Liderlik  mədəniyyəti,  liderin  başqalarından  daha  uzağı  görmək  və  öncə-
görənlik qabiliyyətinə malik olmaq bacarığını, insanları yaxşı ayırd etməyə, 


124 
nöqsansız məntiqi təhlil qabiliyyətinə və insanların, onların keyfiyyətləri və 
xidmətlərini hesaba alan ədalətli qiymətləndirilməsinə qadir olmasını nəzər-
də tutur. Leo Taksil və bir sıra digər müəlliflərin tədqiqatları göstərir ki, çox 
vaxt  cəmiyyətdə  bu  və  ya  digər  şəxsiyyətlərin  pozitiv  və  ya  neqativ  imici 
formalaşır ki, bu da  ictimai rəyin  əsası olur və zamanla stereotip təsəvvürə 
çevrilir. Çox vaxt ictimai rəyin əsasını ayrı-ayrı “avtoritetlər” haqqında, on-
ların şəxsi keyfiyyətlərinin, xarakter və xidmətlərinin qeyri-adekvat qiymət-
ləndirilməsi, bəzən şüurlu surətdə cəmiyyətdə “inanılmış” surət kimi, mənti-
qiliyi, məqsədləri və doğruluğunun təhlili olmadan yaradılan və yayılan in-
formasiya təşkil edir. Düzgün dərk etmə - düzgün fəaliyyətin açarıdır. Lide-
rin  düzgün,  məhsuldar  təfəkkürü  onun  doğru  əməllərini  və  qərarlarını  for-
malaşdırır ki, bunun ardınca praktik fəaliyyət və konkret nəticələr gəlir.   
Liderlik mahiyyətinin təhlilinə ənənəvi, qrup və situasiyalı yanaşma möv-
cuddur. İnsanın anadangəlmə keyfiyyətlərinə görə lider olmasına əsaslanan 
ənənəvi yanaşma, - yalnız keyfiyyətlərin və pozitiv xarakterin kifayət etmə-
diyini göstərən elmi dəlillər və praktik təcrübə tərəfindən təkzıb edildi. Qrup 
yanaşması - liderliyi qrupun tələbatları ilə şərtlənən funksiyalar kontekstin-
də nəzərdən keçirir:  edilməlidir. Liderlik problemlərinin qrup yanaşması 
əsasında təhlili görüş dairəsinə üç əsas ölçünün daxil edilməsini tələb edir: 
lider (şəxsi keyfiyyətləri və xarakteri); situasiya (daimilik və dəyişmə para-
metrləri); qrup (qrupun tələbatları və dəyərləri). Ənənəvi yanaşmanın əksinə 
olaraq,  situasiyalı  yanaşma  o  inama  əsaslanır  ki,  liderlik  konkret  vəzifənin 
həlli zəruriliyinin yarandığı müəyyən müstəsna situasiya ilə şərtlənir. Bu isə 
öz növbəsində hakimiyyətin başlıca şərti olan biliklərin əhəmiyyətini aşkara 
çıxarır.  
Con  Adair  hakimiyyətin  üç  aspektini  ayırır:  rəhbərin  tutduğu  vəzifəsi, 
adı,  mənsəbi  ilə  şərtlənən  vəzifə  hakimiyyəti;  liderin  anadangəlmə  mədəni 
keyfiyyətləri ilə şərtlənən şəxsiyyət hakimiyyəti; rəhbərin peşə və xüsusi bi-
likləri ilə şərtlənən bilik hakimiyyəti. Bu zaman o haqlı olaraq qeyd edir ki, 
getdikcə daha çox ikinci və üçüncü kateqoriya müasir demokratik dünyada 
idarəetmə mədəniyyətinin əsası olur. 
Bəzi  insanlar,  onlara  dominantlıq  etmək  və  ya  başqalarına  təsir  göstər-
mək və həyat fəaliyyətinin bu və ya digər sahələrində lider kimi tanınmaya 
nail  olmaq  imkanı  verən  anadangəlmə  üstünlüklərə  malik  olurlar.  Bu  ana-
dangəlmə keyfiyyətlər, ilk növbədə, şəxsiyyətin ağıl və xarakter xüsusiyyət-
lərində təzahür olunur. Lakin təcrübə göstərdi ki, yalnız təlim, xüsusi hazır-
lıq nəticəsində lider olurlar. Əlbəttə ki, anadangəlmə istedad, istənilən digər 
fəaliyyət sahəsində olduğu kimi, burada da mühüm rol oynayır. Hər halda li-
derin idarəetmə mədəniyyəti, onun təbii və qazanılmış keyfiyyətləri idarəet-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə