Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə53/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   49   50   51   52   53   54   55   56   ...   109

125 
mə prosesinin effektivliyi üçün aparıcı məna kəsb edir. Orkestrə istedadlı və 
təcrübəli  dirijor  lazım  olduğu  kimi,  eynilə  təşkilatlara  və  kollektivlərə  də 
yüksək idarəetmə qabiliyyətinə malik lider lazımdır.  
Yüksək idaretmə mədəniyyətinə malik lider, qoyulmuş məsələnin effektiv 
həlli üçün insan, maddi və vaxt resurslarının strateji idarə edilməsi bacarığı-
na  malik  olmalıdır:  qısa  müddətdə  ən  yaxşı  nəticələrlə,  ən  az  qüvvə  və  re-
surslarla. O, məsələnin həlli üçün yalnız öz intellektual, peşəkar və fiziki qa-
biliyyətlərindən istifadəni deyil, həm də qəlbini qoyan insanları möhkəm bir 
komandada birləşdirməyi bacarmalıdır. Məqsəd, kollektiv və fərd sahəsində 
istifadə  olunmalı  prinsiplər  haqqında  onun  aydın  təsəvvürünün  olması  la-
zımdır, müxtəlif situasiyalarda effektiv idarəetmə və yeni inkişaf vasitələrini 
yaratma  məqsədlərilə  bu  prinsipləri  birləşdirməyi  bacarmalıdır.  Yaxşı  lider 
dialektik ziddiyyətlərin və kollektivin iş prosesində yaranan gözlənilməz çə-
tinliklərin aradan qaldırılması üçün zəruri olan dözüm və təmkinə də malik 
olmalıdır. O, qızıl orta həddi saxlamalı, ifrata varmamalı, əməkdaşlara qarşı 
münasibətdə ədalətli, dürüst, alicənab olmalıdır.  
Qoyulmuş məsələni uğurla yerinə yetirmək üçün liderə lazımdır: cəmiy-
yətdə  qəbul  edilməyə  layiq  yüksək  keyfiyyətli  məhsul  istehsalını  təmin  et-
mək;  əməkdaşların  müntəzəm  təlimini,  hətta  bu  onların  işdən  ayrılmasına 
səbəb olsa belə, təşkil və təşviq etmək; kollektivlə məsləhətləşmək və həyati 
vacib sosial məsələlər haqqında onu məlumatlandırmaq; kollektivin “döyüş 
ruhunu”,  nikbinliyini  və  ruh  yüksəkliyini,  öz  işinə  görə  onun  qürur  hissini 
və müvəffəqiyyət əldə etmək qabiliyyətinə inamını dəstəkləmək; mükafatlar 
və  xarici  səfərlər  və  s.  daxil  olmaqla,  maddi  və  mənəvi  amillər  vasitəsilə 
yüksək  məhsuldarlı  əməyi  stimullaşdırmaq;  dinclik,  nizam-intizam,  məsu-
liyyət, sabitlik, sərbəstlik və yumor mühitini formalaşdırmaq. 
Yüksək idarəetmə effüktivliyinə nail olmaq üçün lider: yaradıcı təcrübə və 
dünya mədəniyyəti və sivilizasiyasının inkişaf dinamikasındakı dəyişikliklə-
ri  nəzərə  alma  əsasında  idarəetmə  texnologiyalarını  daim  təkmilləşdirməli
effektiv  idarəetmə  prosesində  etik  və  hüquq  mədəniyyəti  dəyərlərini  baca-
rıqla uyğunlaşdırmalıdır. Bu məqsədlə işçilərin fəaliyyətinin hüquqi savad-
lılığının və normativ tənzimlənməsinin təmin edilməsi ilə yanaşı, etik dəyər-
lər və normalar, adətlər və ənənələr, milli mentalitet kimi sosial mədəniyyət 
amillərini bilmək və düzgün istifadə etmək lazımdır; ictimai rəyi idarə etmə-
yə və kollektivin şüuruna böyük təsir göstərən kütləvi informasiya vasitələri 
ilə məhsuldar əməkdaşlıq etməyə qabil olmaq gərəkdir. 
Həqiqi liderləri muzdlu idarəçilərdən, insanlarla işləmək  istehsal texno-
logiyalarının mahiyyətini, imkanlarını və tələbatlarını yaxşı bilən mütəxəssis-
lərin rəyinə qulaq asmaq bacarığı fərqləndirir. Belə liderlərin kommunikasiya 


126 
sistemində üç əsas məqsədə çatmağa yardım edən konsultativ və nümayəndə-
lər müşavirələrinin dövri olaraq təşkil edilməsi mühüm yer tutur: bir-biriləri-
nin  nəzər-nöqtəsini  və  məqsədlərini  anlamaqla,  rəhbərlər  və  əməkdaşlar  ara-
sında qarşılıqlı anlaşma imkanları; effektiv idarəetmə məqsədi ilə əməkdaşla-
rın ideyaları və təcrübəsindən istifadə etmək imkanları; qərarların hazırlanma-
sında öz töhfəsini vermək üçün əməkdaşlara imkan verilməsi. Kommunikasi-
ya  və  əməkdaşlığın -  müşavirələr,  informasiya  qrupları,  şuralar  və  komitələr 
kimi müxtəlif formaları mövcud olsa da, kommunikasiyanın ən yaxşı metodu 
yazılı  sənədlə  möhkəmləndirilən  şəxsi  söhbət  hesab  edilir.  Bu  metod  yaxşı 
kommunikasıyanın  üç  meyarına  cavab  verir:  aydınlığa,  tezliyə  və  əks-əlaqə-
nin  təmin  edilməsinə.  Şəxsi  əlaqə  şəxsiyyətə  inamın  formalaşmasına,  uğurlu 
siyasət isə prioritetlərin düzgün seçilməsinə imkan yaradır.  
Liderlik mədəniyyətinə tələblərdən biri təşkilatın və ya qrupun xarakterik 
xüsusiyyətlərini əks etdirən kollektivin korporativ ruhunun formalaşdırılma-
sı bacarığıdır. Bu prosesin əsasını qrupun və ya ayrılıqda götürülmüş fərdin 
ümumi tələbatları və dəyərlərinin başa düşülməsi təşkil edir. Liderin idarə-
etmə mədəniyyətinin səviyyəsi, sosial-mədəni təsirin göstərilməsi və onun tə-
rəfindən  idarə  edilən  fərdlər,  qruplar  və  ya  bütövlükdə  təşkilatın  kollektivi 
tərəfindən pozitiv münasibətlərə nail olunması üçün onun imicinin formalaş-
dırılması və qorunması prosesinin effektivliyi ilə də şərtlənir. Lider yeni ide-
yalar generasiya etmək, personalın təlimini təmin etmək, kadrların hazırlığı 
və yenidən hazırlığı proqramları və kurslarının effektivlik qiymətləndirilmə-
sini həyata keçirmək, onun rəhbərlik etdiyi fəaliyyət sahəsinin strateji inki-
şafına  yönəldilmiş  praktik  tövsiyələr  və  fəaliyyət  planı  işləyib  hazırlamaq 
qabiliyyətinə malik olmalıdır.  İdarəetmə mədəniyyətində liderin informasi-
ya mədəniyyəti, onun müasir informasiya texnologiyalarından effektiv istifa-
də etmək qabiliyyəti böyük rol oynayır.  
Lider  münaqişələri  idarə  etmək  qabiliyyətinə  malik  olmalıdır.  Uinston 
Çörçill təşkilatdakı mühiti hava ilə müqayisə edirdi: belə ki, soyuq havada 
insanlar  soyuqlaya  və  xəstələnə,  hətta  sətəlcəmdən  ölə  də  bilərlər.  İnsanın 
həyatında  çox  vaxt  şəxsiyyətin  xarakter  xüsusiyyətləri  və  sosial  borc  hissi 
ilə şərtlənən şəxiyyətin və cəmiyyətin maraqları arasında toqquşma, və  ya-
xud  eqoizm  və  altruizm  hisslərinin  düzgün  harmonizasiyasını  tələb  edən 
şəxsi və özgə maraqlar arasında toqquşma baş verir. Çox vaxt münaqişələr 
mənəvi mövqelərdəki ziddiyyətlərlə şərtlənir. Məsələn, insanın müxtəlif öh-
dəlikləri yerinə yetirməsi cəmiyyətə və ya ayrı-ayrı adamlara ziyan vura bi-
lər.  Hər  hansı  bir  şəxsə  minnətdarlıq  ifadə  etmək  prinsipiallıq  prinsipinin 
pozulmasına gətirib çıxara bilər. Məlumdur ki, daha tez-tez baş verən müna-
qişələrin əsasını sosial ziddiyyətlər,  müxtəlif vəzifələrin uyğunsuzluğu, ay-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə