Fuad Məmmədov


Liderin keyfiyyətlərinə qoyulan tələblər



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə55/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   51   52   53   54   55   56   57   58   ...   109

129 
Liderin keyfiyyətlərinə qoyulan tələblər 
 
Liderin keyfiyyət tələblərinə bir çox yanaşmalar mövcuddur. Xarakterlər 
nəzəriyyəsinə  görə,  uğurlu  liderin  15  xarakteristikası  mövcuddur:  mühaki-
məlilik,  təşəbbüs,  öncəgörmə,  enerji,  inad,  insanlarla  rəftar  etmək  bacarığı, 
qətiyyət, etibarlılıq, emosional sabitlik, düzlük, şöhrətpərəstlik (yaxşı məna-
da), həvəs, obyektivlik, əməkdaşlıq, cəsarət. 
Liderin statusu onun ruhi mədəniyyəti – biliyi və bacarığı, peşəkar təcrü-
bəsi və məsuliyyəti ilə müəyyən edilir. Özünə inamı olan etibarlı lider kol-
lektivin  təhlükəsizlik  hissidir.  Yaxşı  lider  tələbkarlıq  və  qayğı  prinsiplərini 
birləşdirərək,  yüksək  nəticələr  əldə  etməyə  yardım  edən,  işin  yaxşı  təşkil 
edilməsi  və  əməyə  görə  ədalətli  mükafatlandırma sisteminin  qayğısına qal-
malıdır. Lideri yeniliklər uğrunda və “insanın qəlbi” uğrunda daimi mübari-
zə fərqləndirməlidir. Con Adairə görə, lider: vəzifələrin qoyuluşu və həllin-
də - təşəbbüs və inad, personalın idarə edilməsində – bütövlük və yumor, fər-
dlərlə qarşılıqlı münasibətdə - nəzakət və mərhəmət göstərməlidir. Yaxşı li-
derin malik olduğu əsas keyfiyyətlər: effektivlik, əməksevərlik, cəsarət, düz-
günlük, özünə inam, ədalətlilik, güclü ruh, ardıcıllıq, alicənablıq və şəfqət-
dir.  Effektivlik  -  minimal  qüvvə  ilə  maksimal  nəticələrə  nail  olmaqdır. 
Əməksevərlik  –  qüvvələr  və  inadla  çalışmaq  istəyidir.  Cəsarətlilik  –  riskə, 
bəzən böyük riskə getməyə hazır olmaqdır. Düzgünlük – istənilən növ yalan, 
aldatma, saxtakarlıqdan imtinadır. Özünə inam - öz qüvvələri və imkanları-
na əminlikdir. Ədalətlilik - ədalətli, yanlış rəylərə əsaslanmayan və dürüst ol-
maq  qabiliyyətidir.  Güclü  ruh  -  çətin  situasiyada  dözümlülük  və  iradədir. 
Ardıcıllıq - möhkəmlik və öz prinsiplərinə sadiqlikdir. Alicənablıq və şəfqət – 
fədakarlıq və düzgünlüklə birləşən yüksək mənəviyyat, başqalarına qarşı mər-
həmət hissidir.  
Robin Şarmanın aşağıdakıları nəzərdə tutan liderlik mədəniyyəti prinsip-
ləri  müəyyən  maraq  doğurur:  məvacibi  ləyaqətli  və  alicənab  məqsəddən 
ayırmama; ağılla idarə etmə, qəlbə əsaslanma; daimi mükafatlandırma, xid-
mətlərin  qiymətləndirilməsi;  dəyişikliklərə  qarşı  çıxmama;  dəyərli  olanın 
üzərində  diqqəti  cəmləşdirmə;  özünü  idarə  etmək  bacarığı;  heç  kimin  gör-
mədiyini görə bilmək bacarığı; liderliyin irslə birləşdirilməsi.  
Liderin şərtsiz yaxşı cəhətləri görkəmli nailiyyətlərə və böyük qələbələrə 
yol açan ağlı, inadlı əməyi və həvəsidir. Onun mühüm keyfiyyətlərindən biri 
sağlam düşüncə, analoji problemlə məşğul olan digərlərinin görə bilmədiyi-
ni görə bilmək bacarığıdır. Uinston Çörçill mərdliyi bütün qalan əsas key-
fiyyətlərin zamini hesab edirdi. Güclü ruh və sadəlik də mühüm əhəmiyyətə 
malikdir. Lakin yadda saxlamaq lazımdır ki, həddən artıq sadəlik lider üçün 


130 
zərərlidir,  belə  ki,  o,  lideri qətilikdən  məhrum  edir.  Uğurlu  liderin xarakte-
ristika göstəriciləri sırasına ardıcıllığı, çevikliyi və ruh yüksəkli də aid edir-
lər.  Liderin  ruh  yüksəkliyi  kollektivdə  öz  işinə  sadiqliyi  formalaşdırır,  ko-
manda ruhunu tərbiyə edir və insanları ruhlandırır. Başqa sözlə, həqiqi lider 
yüksək peşəkarlığı və yüksək etikanı, ağlı və düşüncəni, yaxşı təhsil və zən-
gin  təcrübəni,  dürüstlük  və  etibarlılıq,  iradə,  mərdlik  və  özünə  güvənmə, 
kollektivin əhval-ruhiyyəsini və öz hisslərini idarə etmək bacarığı kimi key-
fiyyətləri özündə birləşdirən nümunə olmalıdır.  
Təfəkkür  çevikliyi  və  itiliyi,  reaksiyası,  mənimsəmə  tezliyi,  yaranmış  və-
ziyyətdə nə etmək lazım olduğunu dərhal dərk etmə bacarığı, hadisələri və 
inkişaf  imkanlarını  qabaqlayıcı  görmə  qabiliyyəti  liderin  müvəffəqiyyəti 
üçün mühüm əhəmiyyətə malikdir. Liderin maraqları, meylləri və tempera-
mentinin adətən, onun qəbul etdiyi qərarlara böyük təsir göstərdiyini hesab 
etmək  qəbul  edilmişdır.  Lakin  elmin,  iqtisadiyyatın  inkişafı,  sosial-siyasi 
proseslərin dialektikası nəticəsində situasiya dəyişə bilər və lider bu dəyişik-
liklərə operativ reaksiya verməlidir. Bu ondan yalnız məlum ruh yüksəkliyi 
deyil, həm də peşə biliklərinin səviyyəsinin daim artırılmasını, praktik baca-
rıqların və idarəetmə texnologiyalarının təkmilləşdirilməsini, insanlarla işlə-
mək və onları öz arxasınca apara bilmək bacarığını tələb edir.  
İntellekti,  istedadı  və  peşəkarlıq  səriştəliliyindən  asılı  olmayaraq  liderin 
insani,  mənəvi  keyfiyyətlərinin  toplusunu  təmsil  edən  xarakteri,  idarəetmə 
üçün çox mühüm əhəmiyyət kəsb edir. Liderin pozitiv xarakteri təmənnasız-
lığı və sadəliyi, məsuliyyəti öz üzərinə götürmək və öz səhvlərini etiraf et-
mək qabiliyyətini, mərdlik və mərhəməti, düzlük və səmimiyyəti, insanların 
etibarını qazanmaq və doğrultmaq bacarığını nəzərdə tutur. Lider öndə get-
məli,  kollektivə  pozitiv  təsir  göstərməlidir  və  öz  həyat  fəaliyyətinin  şəxsi 
nümunəsi ilə, sözü ilə əməlinin bütövlüyü, şəxsi maraqlarını ümumi işə tabe 
etməsi, əməkdaşlıq mühitini formalaşdırması, əməkdə fədakarlığı, əməkdaş-
larının problemlərinə şərik olması və onlara qayğı göstərməsi ilə insanların 
hörmətini  və  etibarını  qazanmalıdır.  Lider  kollektivdə  ruhi  mədəniyyətin 
mahiyyəti və qeyri-məhdud imkanları, dünyagörüşü və həyati dəyərlər haq-
qında təsəvvürlərin düzgün dərk edilməsini formalaşdırmalıdır. Yaxşı lider 
insanların maraqları və mənəvi prinsipləri arasında olan ziddiyyətləri aradan 
qaldırmağı bacarmalıdır. Dürüstlüyün yoxlanılması düzgünlük tələbinin şəx-
si maraqlarla ziddiyyət təşkil etdiyi zaman baş verir. Yadda saxlamaq lazım-
dır  ki,  vəzifə  və  hakimiyyət  hörmətə  adekvat  deyil.  Bu  yalnız  öz  idarəçilik 
qabiliyyətlərini  göstərmək,  işdə  yaxşı  nəticələr  əldə  etmək,  insanların  mə-
həbbəti və hörmətini qazanmaq şansıdır.  
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə