Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə57/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   53   54   55   56   57   58   59   60   ...   109

133 
qədər çox cavab verirsə, yaxşı işləmək istəyi, real məqsədlər qoymaq və on-
ların həyata keçirilməsinə nail olmaq qabiliyyətinə nə qədər artıq malikdir-
sə, bir o qədər yüksək olur. Vəzifə strukturu elə aşkar edilməlidir ki, mahiy-
yət və tələbatlar tamamilə aydın olsun, vəzifənin effektiv həlli texnologiya-
ları düzgün seçilsin və gələcək inkişaf imkanları düzgün müəyyən edilsin.  
Liderin idarəetmə effektivliyinin dərəcəsi kollektiv qarşısında duran vəzi-
fənin həlli prosesində qrupların və fərdlərin tələbatları,  maraqları və  mədə-
niyyətlərini  harmonizasiya  etmək  bacarığı  ilə  müəyyən  edilir.  Kollektivin 
gücü  əsas  etbarilə  ümumi  məqsədə  nail  olmaq  üçün  əməkdaşlar  arasında 
rolların düzgün bölünməsi, komandada işləmək bacarığı ilə şərtlənir. Effek-
tiv liderlik kollektivdə nə baş verdiyini dərk etməyi, hal-hazırda hansı funk-
siyanın  tələb  olunduğunu,  idarəetmə  effektlivyini  lazımi  qədər  təmin  edən 
bu  funksiyanın  yerinə  yetirilmə  vərdişlərinin  olmasının  dərk  edilməsini  nə-
zərdə tutur. Effektiv idarəetmə üçün düzgün qərarların qəbul edilməsi başlı-
ca əhəmiyyətə malikdir ki, bu da liderdən yüksək intellektual və etik mədə-
niyyət, güclü məntiq, möhkəm iradə və ciddi idarəetmə təcrübəsi tələb edir.  
Con Adair liderin idarəetmə mədəniyyətinin strateji əhəmiyyətinin müxtə-
lif nümunələrini gətirir. Təşkilatı gəmi ilə, lideri isə şturval (sükan) arxasın-
da  duran  kapitanla  müqayisə  edək.  Aydın  olur  ki,  gəminin  istiqamətinin 
uğuru, onun təyin olunan yerə vaxtında və müvəffəqiyyətlə yetişməsi, kapi-
tanın  bilikləri,  bacarıqları  və  təcrübəsindən,  onun  yerin relyefinə  uyğunlaş-
maq,  sualtı  riflərdən  (qayalardan)  xilas  olmaq  və  təbii  şəraitin  öhdəsindən 
gəlmək bacarığından asılıdır. Anoloji olaraq liderin rolunu, hələ uzun müd-
dət bir çox ailələrin və ya orada işləyən kollektivin təhlükəsiz həyat fəaliyyə-
tini təmin etməli olan çoxmərtəbəli binanın bünövrəsinin etibarlılığı, davam-
lılığı və estetik simasının apardığı hesablamaların düzgünlüyündən asılı ol-
duğu  inşaatçının  rolu  ilə  müqayisə  etmək  olar.  Əlbəttə,  hər  şey  qoyulmuş 
vəzifədən  və  kollektivin  fəaliyyət  xarakterindən  asılıdır.  Məsələn,  avarçək-
mədə  hər  kəs  ümuminin  bir  hissəsidir,  nəticə  isə  eyni  rolları  yerinə  yetirən 
insanların qüvvələrinin cəmi ilə ölçülür. Burada çox şey qayığın istiqamətini 
təyin edən və qərar qəbul edən şturmandan asılıdır, əməkdaşların yaradıcılıq 
başlanğıcı  əvəzinə  isə,  prosesin  katalizatoru  rolunu  oynayan  komanda  ilə 
şəxsiyyətin özünü eyniləşdirməsi hissi ön planda çıxış edir. Futbolda isə ək-
sinə  olaraq,  hər  bir  oyunçunun  yaradıcı  rolu  komandanın  ümumi  qələbəyə 
nail olmasında böyük əhəmiyyətə malikdir. Lider isə kollektivdə “komanda 
ruhunu” tərbiyə etməlidir. Bu struktur-funksional ölçünün yardımı ilə müx-
təlif təşkilatları təsnif etmək və liderin, kollektivin və ayrı-ayrı fərdlərin fun-
ksiyalarını korrektə etmək olar.  
 


134 
 
Liderlik  effektivliyinin  mühüm  vasitəsi  lider  tərəfindən  kollektivin 
hər bir üzvünə qarşı münasibətdə sərbəstlik və nəzarət, qayğı və tələbkarlıq 
balansının  yaradılması,  təşkilatda  qarşılıqlı  hörmət,  etibar,  məhəbbət  və 
dostluq mühitinin yaradılmasıdır. Nəhayət, yaradıcı xarakterə malik təşkilat-
larda  komanda  prinsipi  ilə  yanaşı,  əməyin  effektivliyinin  artmasına  imkan 
yaradan sağlam rəqabət prinsipi də lazımdır. 
 
Liderin idarəetmə texnologiyası 
Üç dairə modeli: vəzifə, kollektiv, fərd 
 
Elmə və təhsilə əsaslanan biliklər - idarəçilik texnologiyalarının mənim-
sənilməsi, səmərəli üslubun işlənib hazırlanması, nəzəri bilikləri praktik tət-
biq etmək bacarığı, rəhbər tərəfindən idarəetmə vərdişlərinin, təcrübənin əl-
də edilməsi şərti ilə qüvvəyə malik olur. Anri Fayolun və Çester Barnardın 
işləri ilə əsası qoyulmuş tarixi ənənəni davam etdirən professor Con Adair 
tərəfindən işlənib hazırlanmış liderliyə funksional yanaşma, onların birtərəf-
liliyindən fərqli olaraq, texnoloji cəhətdən liderin funksiyalarını vəzifə, kol-
lektiv, fərd kimi “üç dairə”yə münasibətdə nəzərdən keçirir.  
Qeyd  etmək  lazımdır  ki,  ideal  liderlik  üslubunun  axtarışına,  biheviorist 
(davranış)  yanaşmanın  istifadəsi  əsasında,  təhlil  üçün  konkret  situasiyada 
vəzifələrin və insanların idarə edilməsinə liderin yanaşma problemini seçən 
sosial  psixologiya  sahəsində  bir  çox  Amerika  mütəxəssislərinin  işləri  həsr 
edilmişdir.  Effektiv  liderlik  mexanizmlərinin  dərk  edilməsinə,  məsələn,      
R.  Bleyk,  C.  Mouton,  F.E.  Filler,  P.  Hersi,  K.  Blanşar,  R.  Tannenbaum,      
V. Şmidt, C. Adair və bir sıra digər Amerika alimlərinin və mütəxəssisləri-
nin tədqiqatları həsr edilmişdir. R. Bleyk və C. Mouton rəhbərə, onların nə-
yə:  məqsədə  (məhsula)  yoxsa  insanlara  daha  artıq  dərəcədə  yönəldiklərini 
təyin  etməyə  imkan  verən “koordinasiya  şəbəkəsi”  təklif etdilər. Müəlliflər 
liderin diqqətini, qoyulmuş vəzifənin həllinə kollektivin meylliliyinin forma-
laşdırılması hesabına yüksək əmək məhsuldarlığına nail olmaq zəruriliyinə 
cəlb edirlər. F.E. Filler göstərirdi ki, idarəetmə prosesinin effektivliyi kollek-
tivin imkanlarını, vəzifənin strukturunu və liderin, onun vəzifəsi ilə müəyyən 
edilən  hakimiyyəti  və  avtoriteti  ilə  şərtlənən  vəzifə  səlahiyyətlərini  düzgün 
görmə qabiliyyətindən asılıdır. Ohayo Universitetindən P. Hersi və K. Blan-
şar yetkinliyi, “yüksək, eyni zamanda əldə edilə bilən məqsədlər (uğur-moti-
vasiya), məsuliyyəti öz üzərinə götürmək istəyi və qabiliyyəti, həmçinin kol-
lektivdə ayrı-ayrı insanların təhsili və ⁄ və ya təcrübəsi” kimi müəyyənləşdi-
rərək, kollektivin “yetkinlik” səviyyəsini xüsusi olaraq qeyd edirlər. R. Tan-
nenbaum və V. Şmidt qeyd edirlər ki, effektiv liderlik üçün qərarların qəbu-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə