Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə59/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   55   56   57   58   59   60   61   62   ...   109

137 
Düzgün  qoyulmuş  vəzifənin  həllinin  effektivliyi  dörd  əsas  amildən  asılı-
dır:  məsələnin  icra  texnologiyasından,  əməkdaşların  konkret  funksiyaları 
yerinə yetirmə qabiliyyətindən, hər bir fərdin “mədəni insan formulu” səviy-
yəsi  ilə  şərtlənən  keyfiyyətlərindən  və  onun  yaxşı  işləmək  istəyindən.  “Üç 
dairə  modeli”nin fəaliyyət qanunauyğunluqlarına müvafiq olaraq o, kollek-
tivdəki əxlaqi mühitdən və hər bir əməkdaşın fərdi tələbatlarının təmin edil-
məsindən birbaşa olaraq asılıdır. Vəzifənin yerinə yetirilmə effektivliyinin ye-
kun göstəricisi uğurdur ki, onun qiymətləndirmə meyarı – bilavasitə yüksək 
istehsal nəticəsi, daha geniş formatda isə təşkilatın rifahı və imicinin yüksə-
lişidir. 
 
Planlaşdırma 
Liderlik mədəniyyəti və müəssisənin idarə edilməsi effektivliyinin zəruri 
şərti  planlaşdırmadır.  O,  fəaliyyət  texnologiyasının  müəyyən  edilməsi  və 
məqsədə konkret nail olma metodlarını, əldə edilməsi mümkün olan nəticə-
ləri “görmə imkanını” nəzərdə tutur. Planlaşdırma aşağıdakı tələblərə cavab 
verməlidir: zəruri resurslar və nəticələr baxımından qiymətləndirilmiş müm-
kün fəaliyyət variantlarını daxil etmək; məqsədə çatma proqramını qabaqca-
dan nəzərdə tutmaq; hər ehtimala qarşı gözlənilməz hallarda ehtiyatı nəzər-
də tutmaq; yeni yaradıcı qərarların axtarışını həyata keçirmək; yüksək dərə-
cədə sadə və anlaşıqlı olmaq; kollektiv üzvlərinin təlimini nəzərdə tutmaq.  
Planlaşdırmaya  qoyulan  zəruri  tələblərdən  biri  liderin  gələcəyi  görmək 
bacarığı,  “ağacların  arxasında  meşəni  görmək”  və  ya  “təpənin  görünmə-
yən,  arxa  tərəfini  görmək”  qabiliyyətidir.  Lider  çevikliyə  malik  olmalı  və 
gözlənilməz vəziyyətlərin yaranması imkanını və onları idarə etmək qabiliy-
yətini  nəzərdə  tutan  maksimum  sadə  və  aydın  fəaliyyət  planı  hazırlamağı 
bacarmalıdır. Yaxşı lider planlaşdırma prosesində kollektivə əmr etməyə de-
yil, onu inandırmağa çalışır. Bu halda natiqlik məharəti və qüsursuz məntiq 
mühüm rol oynayır. 
Kollektivlə konsultasiya prosesində həyata keçirilən, təşkilatın zəruri prin-
sipləri və fəaliyyət növlərindən biri olan  planlaşdırma  yeni ideyaların  yaran-
masına imkan yaradır. Liderin əməkdaşlara, onların əhəmiyyətini və öz bilik 
və bacarıqlarına inamını xüsusi qeyd edən lazımi suallar vermək məharəti yal-
nız əməyin stimullaşdırılmasının dəyərli metodu deyil, həm də onları təşkila-
tın fəaliyyətinin planlaşdırılması prosesinə effektiv cəlbetmə vasitəsidir. Yeni 
idarəetmə  texnologiyalarının  əsasını  təşkil  edən  yeni  ideyaların  yaranmasına 
müəyyən dərəcədə “beyin hücumu” metodikası imkan yaradır.  
Effektiv planlaşdırma üçün yalnız Aristotelin ənənəvi ağ-qara məntiqinin 
deyil, həm də alternativ variantların və yeni yaradıcılıq qərarları axtarışının 


138 
seçiminə imkan verən Litfi Zadənin innovativ qeyri-səlis məntiq nəzəriyyə-
sinin  və  P.  Çeklandın  “yumşaq  təfəkkür”  sisteminin  istifadəsi  aktual  əhə-
miyyətə malikdir.  
 
Brifinq və təlimatlandırma 
Vəzifənin  qoyuluşu  və  planlaşdırmanın  ardınca  gələn  brifinq  və  təlimat-
landırma  istehsalatın  effektiv  idarə  edilməsinin  zəruri  şərtidir.  Brifinq  - 
məqsədlərin vacibliyinin aydınlaşdırılmasını və onların yerinə yetirilməsinə 
yönəldilən  planın  izah  edilməsini  nəzərdə  tutur.  Bu  zaman  kollektivin  hər 
bir üzvü öz konkret rolunu və tapşırığın yerinə yetirilməsi üçün ondan göz-
lənilən töhfəni başa düşməlidir. Brifinqin əsas məqsədi - tapşırığın qruplar 
və  ayrı-ayrı  icraçılar  arasında  bölünşdürülməsi,  həmçinin  resursların pay-
lanması və istehsalat normalarının müəyyən edilməsidir. Təlimatlandırma - 
nəyin,  necə  və  nə  üçün  baş  verməsi  haqqında  insanların  müntəzəm  olaraq 
məlumatlandırılmasını nəzərdə tutur.  
Brifinqin  və  təlimatlandırmanın  effektivliyi  əsas  etibarilə:  çıxışın,  əyani 
vəsaitlərin və uyğun yerin (məkanın) əsaslı surətdə hazırlığından; vəzifənin 
aydın izahı, dəqiqləşdirici suallara cavabdan; mürəkkəb problemləri sadələş-
dirmə və sadə analogiyalar vasitəsilə asan formada təqdim etmək bacarığın-
dan;  müzakirə  predmetini,  ruh  yüksəkliyi  göstərərək  və  yumordan  istifadə 
edərək,  obrazlı  və  çox  aydın  şəkildə  təsvir  etmək  qabiliyyətindən;  özünü 
sərbəst saxlamaq və özünə nəzarət etmək, əsəbi hərəkətlərdən çəkinmək ba-
carığından asılıdır. 
Brifinq və təlimatlandırma prosesində liderin zəruri keyfiyyətlərindən bi-
ri natiqlik istedadı və onunla bağlı olan, arzu edilən əməllərə ruhlandıraraq 
insanları  inandırmaq  məharətidir.  İnandırmaq  bacarığı  uğurlu  brifinqdə 
mühüm rol oynayır, ona nail olma zəruriliyi ilə şərtlənən məqsədlər və sə-
bəblərin vacibliyini anlamağa imkan verir. Vəzifənin kollektiv xarakterinin 
izahatı komanda ruhunun formalaşdırılmasına imkan yaradır, ümumi uğurda 
hər bir fərdin əhəmiyyətinin qeyd edilməsi isə işi şəxsiyyət səviyyəsində sti-
mullaşdırır. Kollektivin əmək şövqünü təmin etmək üçün lider öz intellekti, 
qətiyyəti, məntiqi və səmimiyyəti ilə insanların qəlbini ələ almalıdır. O qar-
şılıqlı anlaşma və qarşılıqlı etimada nail olmalı, uğurda ümid və inam təlqin 
emtəlidir. Bunun mühüm şərti rəhbərin tabeliyində olanlarla birbaşa ünsiy-
yətidir. Liderin dərin əqidə etiqadı ona bu inamın başqalarına ötürülməsinə 
imkan verən müəyyən xarizmatik güc verir. Lider həmçinin vaxtında təşək-
kür etməyi və layiq olanları tərifləməyi unutmamalıdır. Adi hallarda insan-
ları təkliflər və ya suallar, ekstremal hallarda - əmrlər və komandalar vasitə-
silə təlimatlandırmaq daha yaxşıdır. Sərəncamlar əmr formasında deyil, nə-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə