Fuad Məmmədov


Tusinin ailə qurma fəlsəfəsi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə67/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   63   64   65   66   67   68   69   70   ...   109

154 
Tusinin ailə qurma fəlsəfəsi 
 
Ailə  həyatı  fəlsəfəsinin  və  ailə  idarəçiliyi  məsələlərinin  dərk  edilməsinə 
görkəmli tarixi şəxsiyyətlərin, dünya mədəniyyəti və sivilizasiyası klassiklə-
rinin, həmçinin əsərlərində ailənın təşkil və idarə edilməsi üçün metodoloji 
baxımdan zəruri prinsiplərin olduğu, yaxşı tanınmış müasir mütəxəssislərin 
konsepsiyaları  və  yanaşmaları  yardım  edir.  Məhəmməd  Nəsirəddin  Tusiyə 
görə  ailənin  qurulması  əməklə  və  ictimai-iqtisadi  amillərlə  sıx  bağlıdır. 
Onun  strukturu  beş  dayaq  üzərində  formalaşır:  ata,  ana,  uşaqlar,  qulluqçu, 
ərzaq.  Bu  zaman  Tusi  ailənin  başlıca  mahiyyətini  və  əsasını  onun  üzvləri 
arasında  harmonik  münasibətlərin  olmasını  hesab  edir,  ailənin  saxlanması 
və idarə edilməsini isə ailə başçısının məsuliyyət daşıdığı insan sağlamlığını 
təmin edən həkimliklə müqayisə edir. Ailənin idarə edilməsi ailə maraqları-
nın onun ayrı-ayrı üzvlərinin maraqlarından prioritetini, əməyin düzgün bö-
lünməsini, möhkəm qaydanın, maddi rifahın, etibarlı yaşayış yerinin olması-
nı nəzərdə tutur. Ailənin idarə edilməsinin mühüm iqtisadi məsələləri - halal 
zəhmətə əsaslanan gəlir, istehsal hesabına düzgün istehlak və xərclər hesabı-
na əmlakın toplanması və qorunmasıdır. 
Orta əsr feodal cəmiyyətinin reallıqları ondan ibarət idi ki, istedadlı şəx-
siyyətlərin və onların ailələrinin rifahı onların bilikləri, bacarıqları və Vətən 
qarşısındakı xidmətlərindən deyil, bütünlüklə və tam çəkildə hökmdarlar tə-
rəfindən onlara qarşı münasibətdən asılı idi. Cordano Bruno, Rocer Bekon, 
Kopernik,  Qaliley  və  bir  çox  digər  orta  əsr  alimlərinin  taleyini  xatırlamaq 
kifayətdir.  Analoji  vəziyyət  müsəlman  Şərqində  də  mövcud  idi.  Belə  ki, 
A.E. Krımski göstərir ki, burada XI əsrdə görkəmli şəxsiyyətlərin rifahı və 
əmin-amanlığı əvvəlcə Qəznəvi, sonra isə Səlcuq hakimlərinin onlara müna-
sibətindən asılı idi. Müasir demokratiyalarda şəxsiyyətin və ailənin rifahı in-
sanın  mədəniyyəti,  bilikləri,  qabiliyyətlərindən,  cəmiyyət  və  dövlət  üçün 
onun  tələbatlığı  və  faydalılığı  dərəcəsindən  asılıdır.  Demokratiya  mədəniy-
yəti  şəraitində  ailə,  dövlət  və  cəmiyyətin  proqressiv  inkişafında  vəzifə  haki-
miyyəti deyil, şəxsiyyətin mədəniyyəti və onun biliklərinin hakimiyyəti həll-
edici rol oynayır.  
 
Adair və Maslounun modellərinin 
tətbiqi haqqında 
 
Ailənin  həyat  fəaliyyətinin  idarə  edilməsi  mədəniyyətində  Con  Adairin 
“üç  dairə“  modelinin  tətbiqi  məqsədəuyğun  ola  bilər  ki,  onu  belə  şərh  et-
mək olar: vəzifə, ailə və ailənin ayrı-ayrı üzvləri (fərdlər). Burada da ailə in-


155 
kişafının strateji idarə edilməsi, ailə üzvlərinin ümumi məqsədlə, prinsiplər-
lə, ailə etikası, ideologiyası və gələcəyi görmə qabiliyyəti ilə birləşməsi, ailə 
üzvlərinin maraqlarını vahid mədəniyyət çərçivəsində harmonizasiya etmək 
bacarığı, onların inkişafı və yaradıcı fəaliyyəti üçün şərait yaratmaq kimi li-
derlik keyfiyyətləri lazımdır.  
Ailə qurmaq üçün motivasiya modeli kimi, A. Maslounun artıq bizə tanış 
olan, insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksimal inkişaf 
imkanları  və  özünü  reallaşdırma  prinsipləri  üzərində  qurulan  “ideal  cəmiy-
yət” modelindən istifadə etmək olar. O, insanın şüurunun humanist yolla də-
yişdirilməsi  və  mədəniyyətin  sosial  institutlarını  yenidən  təşkil  etməklə 
onun pozitiv dəyişdirilməsini nəzərdə tutur. Özünü qorumada, təhlükəsizlik-
də və sülhdə, məhəbbətdə və birgəlikdə, özünütəsdiqdə və tanınmada, yara-
dıcılıq vasitəsi ilə özünün aktuallığında və təkmilləşməsində olan sosial tələ-
batlar, həmçinin fizioloji tələbatlar ailə idarəçiliyi üçün aktualdır. Ailədə on-
lar məhəbbət və bağlılıqla, valideynlər və övladlar, qardaşlar və bacılar, nə-
vələr, babalar və nənələr arasındakı qan qohumluğu və borc hissi ilə şərtlə-
nən  spesifik  ailə  tələbatları  ilə  də  tamamlanırlar.  Ailə  motivasiyasını  daha 
yaxşı başa düşmək məqsədi ilə A. Maslounun konsepsiyasını geniş interpre-
tasiyada aşağıdakı kimi təqdim etmək olar:  
1.
 
Fizioloji tələbatlar (aclıq, susuzluq, yuxu, sağlamlıq və s.). 
2.
 
Təhlükəsizlik tələbatları (əminlik, təhlükədən qorunma, sabit-
lik və nizam-intizam, ruhi dinclik və s.). 
3.
 
Sosial  tələbatlar  (ailəyə  mənsub  olma,  təqdir  edilmə,  ictimai 
həyat, məhəbbət və dostluq, ailə rifahı və xoşbəxtlik).  
4.
 
Hörmətdə tələbat (özünəhörmət, tanınma, uğur, status). 
5.
 
Özünü aktuallaşdırma tələbatı (təkmilləşmə, nailiyyətlər, şəx-
siyyətin inkişafı). 
6.
 
Öyrənmə və başqalarını maarifləndirmə tələbatı. 
7.
 
Estetik düyğu və gerçəkliyin dəyişdirilməsi tələbatı.  
8.
 
Allaha inam, dərk etmə və məhəbbətdə tələbat. 
 
 
Ailəni idarəetmə prinsipləri haqqında 
 
Ailə  həyatının  tənzimlənməsinin  əsas  prinsipi  hüquq  deyil,  mənəviyyat-
dır.  Ailə  üçün  spesifik  funksiya  ilə  tərbiyə  və  təhsil,  ailə  büdcəsinin  idarə 
edilməsi,  həyat  fəaliyyətinin  proqram  və  layihələrinin  reallaşdırılması  adə-
tən qeyri-formal, qeyri-hüquqi xarakter daşıyır. Ailə mədəniyyəti psixologi-
yası onların qan qohumluğu ilə əlaqəliliyi, bir-birinə bağlılığı, borc hissi ilə, 


156 
ənənələrlə,  bir-birinin  qarşısında  və  digər  insanlar  qarşısında,  cəmiyyət  və 
dövlət qarşısındakı mənəvi məsuliyyətlə şərtlənir.  
Ailə həyatının hər bir tarixi  mərhələsində tələbatlar və  maraqlar dəyişir, ailə 
qarşısında duran vəzifələri görməyə və reallaşdırmağa prinsip etibarilə  yeni  ya-
naşmalar tələb edən yeni sərait və imkanlar yaranır. Lakin bu zaman ailənin mə-
nəvi prinsipləri və ənənələri həmişə qorunmalıdır. Ailənin rifahı, inkişafı və təh-
lükəsizliyinə  görə  məsuliyyət,  onun  idarə  edilməsində  aparıcı  rol  oynayan  ailə 
başçısının  üzərinə  düşür.  Ailə  münasibətlərindəki  harmoniya  bir  çox  cəhətdən 
onun şəxsi mədəni səviyyəsindən – intellekti, etikası, iradəsi, xarakteri, enerjisi, 
məsuliyyəti, xarizmatik keyfiyyətlərindən asılıdır. Ailə başçısı favoritlikdən qaç-
malı, qızıl orta həddi gözləməli və ifrata varmamalı, ailənin bütün üzvlərinə qarşı 
ədalətli, dürüst və alicənab olmalıdır. O, ailənin həyat fəaliyyəti prosesindəki dia-
lektik ziddiyyətləri və gözlənilməz çətinlikləri aradan qaldırmaq üçün lazım olan 
dözümə  və  təmkinə  malik  olmalı,  anlaşma  və  qayğı,  nəzakət  və  dərdə  şəriklik 
göstərməli, natura bütövlüyünə və yumor hissinə malik olmalıdır.  
Universal  ailə  idarəçiliyi  mədəniyyəti  prinsiplərinə  əsaslanaraq,  ailə 
başçısı borcludur:  

 
Ailə  üzvlərinin  ruhi  və  maddi  tələbatlarının  maksimum  ödə-
nilməsinə yardım etməyə. 

 
Övladlarına yaxşı təhsil verməyə. 

 
Ailə üzvlərinin sağlamlığının qorunmasına qayğı göstərməyə. 

 
Övladlarında nəciblik, şəfqət, cəmiyyətin rifahı naminə bilik-
lərə və vicdanlı əməyə məhəbbət, insanlara humanist məhəbbət, və-
tənpərvərlik  və  comərdlik,  yaradıcılıq  başlanğıcı,  yüksək  etika  və 
həmrəylik hissi tərbiyə etməyə. 

 
Ailənin  vahid  ruhi  mədəniyyətinin  formalaşdırılması  maraq-
larında, ailə üzvlərinin mədəniyyəti, xarakteri və mənafeyini harmo-
nizasiya etməyə.  

 
Ən yaxşı ailə ənənələrinin varisliyini təmin etməyə. 
Böyük və mehriban ailənin qızıl qaydalarından biri, valideynlərin kürəkənlə-
rə və gəlinlərinə öz doğma övladları kimi psixoloji münasibət prinsipidir.  
 
Ailənin idarə edilməsi məqsədi, vəzifələri 
və metodları haqqında 
 
Ailənin  idarə  edilməsi  aşağıdakı  həyat  şəraitlərinin:  uşaqların  təhsili  və 
tərbiyəsinin; ailə rifahı; sağlamlıq; ailə  ideologiyası və ailə  etikasının; ailə 
həmrəyliyi,  məhəbbət,  dostluq  və  sədaqət  hissinin;  ailə  ənənələri  varisliyi-
nin; qonşular, qohumlar, dostlar, iş yoldaşları və bütövlükdə cəmiyyətlə sa-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə