Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə68/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   64   65   66   67   68   69   70   71   ...   109

157 
bit  harmonik  münasibətlərin  qurulması  və  saxlanmasının  təmin  edilməsini 
nəzərdə tutur. Ailə başçısı öz səlahiyyətinə uyğun olaraq, ailə həyatı fəlsəfə-
sinə dair başlıca qərarları qəbul edir, onun həyat tərzini, əsas həyat təsisləri 
və davranış qaydalarını müəyyən edir. Yüksək idarəetmə mədəniyyətinə id-
dialı ailə lideri, ailənin məqsəd və prioritetlərini, “daxili və xarici siyasətini” 
düzgün  müəyyən  etməyi  bacarmalı,  strateji  və  taktik  vəzifələr  qoymalı  və 
həll  etməli,  ailə  üzvlərinin  ruhi  və  maddi  tələbatlarının  ödənilməsini  təmin 
etməli, onların maraq və mədəniyyətlərini harmonizasiya etməli, ailənin hər 
bir  üzvünün  tələbatları  və  xarakterlərini,  gözləmələri  və  imkanlarını,  onun 
xoşbəxtlik anlamını düzgün müəyyən etməlidir.  
İdarəetmə mədəniyyəti kontekstində ailə idarəçiliyinin məqsədləri, vəzifə-
ləri  və  metodlarını  aşağıdakı  kimi  ifadə  etmək  olar.  İdarəetmənin  məqsədi  – 
ailənin  sosial-mədəni  inkişafı,  həyat  fəaliyyətinin  qorunması  və  permanent 
(fasiləsiz,  daimi)  yaxşılaşdırılması,  rifah  halı  və  həyat  keyfiyyətinin  müntə-
zəm  yüksəlişidir.  Vəzifələr  –  özünün  həyatdakı  təyinatını  düzgün  görməyə, 
məqsədlərə çatmağa, fiziki və mənəvi sağlamlığının, ailə üzvlərinin rifahı və 
xoşbəxtliyinin,  onun  sağlam  inkişafının  təmin  edilməsinə,  ailənin  mədəni 
dəyərlərinin saxlanılmasına və qorunmasına yardım etməsidir. Ailə idarəçi-
liyinin  ən  başlıca  vəzifələrindən  biri  daxili  harmoniyaya  nail  olunmasıdır. 
Ailənin hər bir üzvü özünü idarə etmək, digər ailə üzvləri ilə münasibətlərini 
məhəbbət və sədaqət, eyni bir mədəni ailə dəyərlərinə bağlılıq əsasında har-
monozasiya etmək bacarığına malik olmalıdır. Ailə başçısı öz ağılı ilə əməl-
lərini idarə etməlidir ki, onu əhatə edən ailə üzvlərini məyus etməsin. O, ailə 
üzvlərinin düzgün həyat motivasiyasına imkan yaratmalı, uşaqlarının isteda-
dı və qabiliyyətlərini vaxtında aşkar etməli və həyatda onlara düzgün istiqa-
mət verməli, onların düzgün peşə seçiminə kömək etməli, ailənin hər bir üz-
vünün şəxsiyyət kimi formalaşmasına səy göstərməli, övladlarını cəmiyyə-
tin  yaradıcı  üzvləri  kimi  tərbiyə  etməlidir.  İdarəetmə  metodları  -  təhsil  və 
tərbiyə, öz şəxsi həyat nümunəsi, yüksək mədəniyyəti, nüfuzu, bilikləri, təc-
rübəsi, müdrikliyi, məsləhətləri, mənəvi keyfiyyətləri, yaradıcı fəaliyyəti ilə 
ailə üzvlərinə pozitiv təsir göstərmək; tələbkarlıq; ailə üzvlərinin həyat mə-
nafelərinin, sabitliyi və təhlükəsizliyinin təmin edilməsi haqqında qayğı; ai-
lənin gələcək inkişafının planlaşdırılması və qurulmasıdır.  
Kulturoloji  “ədalətlilik  monitorinqindən”  istifadə  edərək,  ailə  zamanın 
çağırışlarından asılı olaraq bəzən öz həyat fəaliyyətində korrektələr etməli-
dir.  Öz  mənəvi  prinsiplərinə  sadiq  qalaraq,  müasir  elmin  nailiyyətləri  və 
özünün qabiliyyətləri və imkanlarını nəzərə alaraq o, inkişaf texnologiyala-
rını  pozitiv  dəyişməyə  və  həyat  keyfiyyətini  yaxşılaşdırmağa  çalışmalıdır. 
Bu zaman ailə şüurunu permanent təkmilləşdirmək, öz düşüncələrində, söz-


158 
lərində və  əməllərində nəcib olmağa çalışmaq, başqalarının ləyaqətinə hör-
mət etmək, məhəbbətə, kamilliyə və harmoniyaya can atmaq, öz mənəvi və 
siyasi məsuliyyət mədəniyyətini inkişaf etdirmək, valideynlər, övladlar, cə-
miyyət, vətən və bəşəriyyət qarşısındakı borcunu yerinə yetirmək lazımdır.  
 
 
Ailə davranışı mədəniyyəti və əxlaq kodeksi 
 
Məlum olduğu kimi, ailədə insanın davranış mədəniyyəti onun intellektu-
al və etik mədəniyyəti, onun gerçəkliyə olan bütün münasibətlər sistemi ilə, 
hər  şeydən  əvvəl,  onun  ətrafdakı  insanlara  münasibəti  ilə  müəyyən  edilir. 
Ailə - insan qəlbinin qorunduğu ocaqdır. Buna görə də məhz ailədə qarşılıq-
lı anlaşma, ailənin hər bir üzvünü narahat edən problemlərin müzakirəsi və 
həlli çox vacibdir. Onda bizi başa düşən başqa insanların, dostların, qohum-
ların axtarışına ehtiyac qalmayacaq, deməli, uzaqlaşma üçün şərait yaranma-
yacaq.  
Ailədə davranış şəxsiyyətin daxili mədəniyyətini, onun xarakteri, tempe-
ramenti, tələbatları, istəklərini, dünyagörüşünü, etik prinsipləri, emosiyaları 
və hisslərini, əhval-ruhiyyəsini əks etdirir. Belə münasibətin meyarı məhəb-
bət, insanlıq, humanizmdir. Mədəni insan özünün pis əhval-ruhiyyəsini nü-
mayiş  etdirməməli  və  öz  qayğıları və  həyəcanları ilə  ailə  üzvlərinə  əziyyət 
verməməli yaxud onları özünün gur emosiyaları ilə yormamalıdır. O yalnız 
öz  hərəkətlərinə  deyil,  həm  də  ailə  üzvlərinə  və  insanın  özünə  təsir  edən 
sözlərinə fikir verməlidir. Xeyirxah söz və xeyirxah əməl, səmimiyyət, vali-
deynlərini, qardaşları və bacılarını və ailənin digər üzvlərini dinləmək baca-
rığı - əlverişli ailə münasibətlərini formalaşdırmağın ən yaxşı üsuludur. Bu 
zaman  etik  normaları  və  ailədə  davranış  qaydalarını  bilmək  azdır,  real  hə-
yatda  onların  təsadüfi  xarakter  daşımaması,  amma  ailənin  bütün  üzvlərinin 
həyatına  kömək  edən  şəxsiyyət  keyfiyyətinə  çevrilməsi  üçün  onlara  daim 
əməl etməyi bacarmaq lazımdır.  
Ailə üzvlərində nöqsanları deyil, yaxşı cəhətləri axtarmaq və onların inkişa-
fını  stimullaşdırmaq  lazımdır.  Doğma  insanı  başa  düşmək  və  onun  haqqında 
düzgün mühakimə üçün onun hərəkətlərinin yaxud münasibətinin səbəbini ax-
tarmaq, öz davranışında əsaslandığı motivlərə nüfuz etmək lazımdır. Bu zaman 
kənardan özünə də baxmaq, öz xarakterini, vicdanını, dəyərlər sistemini, öz dü-
şüncələrini, niyyətlərini və əməllərini obyektiv qiymətləndirmək çox vacibdir. 
Bütövlükdə cəmiyyətdə olduğu kimi, insanın ailədəki hərəkətləri həmişə yaxşı 
düşünülməli, nəzakətliliyi, həssaslığı və müdrikliyi ilə fərqlənməlidir, çünki on-
lar öz arxasınca müəyyən nəticələri çəkib gətirir. Buna görə də çalışmaq lazım-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə