Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə70/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   66   67   68   69   70   71   72   73   ...   109

161 
loq V.S. Merlin temperament xüsusiyyətlərinin insanın psixi həyat dinamikası-
na təsirini göstərərək, iki - sakit düzənlik və sürətli dağ çaylarının obrazlı müqa-
yisəsini verir. Bu iki müxtəlif (eyni zamanda həm də xaraktercə oxşar) çayların 
birləşməsi  burulğanlar və şəlalələr əmələ gətirərək, müxtəlif cür formalaşa bi-
lər, çünki onların hər biri öz dəyərini və özünəməxsusluğunu qorumağa çalışır.  
Ər-arvadın bir-biri ilə daxili narazılığının, mümkün qarşılıqlı münaqişələrin 
aradan qaldırılmasına - öz rolunun düzgün dərk edilməsi, niyyətlər, planlar və 
işlər haqqında ər-arvadın qarşılıqlı məlumatlılığı, maraqlarının harmonizasiyası 
yardım edir. Psixologiyanı, xarakter xüsusiyyətlərini, ailə üzvlərinin duyğuları 
və  ideallarını  yaxşı  bilmə,  onların  daxili  aləmini  görmə  münaqişələrdən  yaxa 
qurtarmağa və xilasedici qarşılıqlı anlaşmaya nail olmağa kömək edər.  
Möhkəm  ailənin  labüd  şərti  ər-arvad  məhəbbətini  və  qarşılıqlı  bağlılığını 
təsdiq  edən  diqqət,  qayğı,  razılıq,  qarşılıqlı  dəstək  və  digər  amillərdir.  Onlar 
yaxşı qarşılıqlı münasibətlərin, qarşılıqlı anlaşma və əməkdaşlığın formalaşma-
sı üçün zəmin yaradırlar. İnsanın başqa insana qarşı həqiqi münasibətini onun 
davranışına görə, sözlərə görə deyil, işlərə, konkret əməllərə və real nəticələrə 
görə təyin etmək olar. İnsanın davranışında həmişə hədd duyğusu və nəzakət 
olmalıdır.  Ailədə  yaxşı  münasibətlərin  saxlanılması  üçün  şüurlu  fədakarlıqlar 
da olmalıdır.  
 
Uşaqların təhsili və tərbiyəsi haqqında 
 
Uşağın təhsilə və tərbiyəyə əsaslanan mədəniyyətinin tərbiyə edilməsi ailədə 
başlayır.  Uşağın  anadangəlmə  mədəni  keyfiyyətləri  -  əsasını  bir  neçə  nəslin 
düzgün tərbiyə və təhsil ənənələrinin təşkil etdiyi uzunmüddətli təkamülün nəti-
cəsidir. Bu keyfiyyətlər zamanla irsi səviyyəyə keçir və insanın müəyyən qabi-
liyyətləri, mədəni dəyərləri və sosial etikasında öz ifadəsini tapır.  
Düzgün  tərbiyə  doğmalara  hörmət,  dürüstlük,  sadəlik,  qarşılıqlı  yardım 
hissi, şərə qarşı barışmazlıq, ailənin digər üzvlərinə zərər verməklə sərbəst-
likdən istifadə etməyin və şəxsi münasibətlərdə humanizm prinsiplərinin po-
zulmasının qəbuledilməzliyini nəzərdə tutur. Ailə uşaqlara etimad göstərmə-
li,  onların  həyat  fəaliyyətinə  nəzarəti  həyata  keçirməli,  uşaqlarda  gözəllik 
hissini və insanlara məhəbbəti, yüksək etik mədəniyyəti, məntiqi təfəkkürü, 
və hadisələri, faktları və insanları tənqidi təhlil etmə qabiliyyətini formalaş-
dırmalıdır.  
Möhkəm və uğurlu ailə formalaşdırılması prosesinin əsas idarəetmə vasi-
tələri  -  həyat  fəaliyyəti  məqsədlərinin  və  səmərəli  texnologiyaların  düzgün 
təyin  edilməsi,  şüurlu  tərbiyə  və  uşaqlara  həyat  fəlsəfəsini,  reallıqlarını  və 
qanunlarını  izah  etmək,  planlaşdırma,  məsuliyyət,  xidmətlərin  qiymətləndi-


162 
rilməsi, tanınma (qəbul edilmə), alicənablığa və ləyaqətli həyat tərzinə görə 
müntəzəm  mənəvi  mükafatlandırma, diqqətin dəyərli olanın üzərində cəm-
lənməsi,  düzgün  motivasiya,  stimullaşdırma,  uşaqların  qabiliyyətlərinə  və 
cəmiyyətdə onların özünütəsdiqinə və özünü reallaşdırmasına daha artıq də-
rəcədə  cavab  verən  sənət  seçimində  yardım  etmədır.  Erkən  yaşlarından 
uşaqlarda böyüklərə hörməti, kiçiklərə məhəbbəti, əməyə məhəbbəti, qonaq-
pərvərliyi,  şəxsiyyətə  hörməti,  düzgünlüyü,  intellektual,  mənəvi  və  peşəkar 
kamilləşməyə müntəzəm ehtiyacı, məsuliyyət mədəniyyətini, vaxtı səmərəli 
idarə etmək bacarığını formalaşdırmaq lazımdır.  
Ailənin strateji məqsədlərindən biri, hər bir millətin insan kapitalını təşkil 
edən,  yaxşı  biliklər  və  pozitiv  mənəviyyata  malik,  alicənab  şəxsiyyətlər  və 
tamdəyərli vətəndaşlar kimi, uşaqların təşəkkülünü və inkişafını təmin edən 
təhsili və tərbiyəsidir. Hələ XI əsrdə Təbəristan müdriki Key Kavus “Qabus-
namə”də yazırdı: “Böyüklük ağılda və bilikdədir... nəsildə və əsildə deyil... 
şəxsi ad-san irsən keçəndən daha  yaxşıdır... hörmət ağıl və təhsilə görədir, 
əsilə-nəsilə görə deyil”. Uşaqlarda ruhi aristokratizmi və alicənablığı tərbiyə 
edərək, onları milli və bəşəri dəyərlərə cəlb edərək, onlarda müntəzəm özü-
nü  təkmilləşdirmə  cəhdini  formalaşdıraraq,  biz  onları  “yüksək  mədəniyyət 
məbədinə”  aparıb  çıxarırıq,  onlara  öz  şüurunu  idarə  etməyi,  yetərli  və  cə-
miyyətə gərəkli, tamdəyərli və azad şəxsiyyətlər olmağa yardım edirik. Lev 
Tolstoy uşaqlara münasibətdə valideynlərin doğruçuluğu, düzgünlüyü və sə-
mimiliyini - belə mənəvi mövqeyi yeganə düzgün tərbiyə kimi nəzərdən ke-
çirərək yüksək qiymətləndirirdi.  
Ailə  təhsili  və  tərbiyəsi  uşaq  şəxsiyyətinin  formalaşmasında  təyinedici 
rol oynayır. Uşaq körpə yaşından mədəni ənənələri, ünsiyyət və davranış va-
sitələrini, təfəkkür baxışları və stereotiplərini, düşüncələri, təsəvvürləri, bö-
yüklərin təlqinlərini və əxlaq normalarını mənimsəyərək sosial-mədəni mü-
hitə düşür. Həyatının elə ilk addımlarından, dərk etmədən, təqlid vasitəsi ilə 
uşaq  böyüklərin  həyat  fəaliyyəti  nümunələrini,  ailədə  bünövrəsi  qoyulmuş 
dəyərləri və yazılmamış qanunları, onların təcrübəsini, tərzlərini və texnolo-
giyalarını mənimsəyir. Beləliklə, şüuri və qeyri-şüuri olaraq, ailə, uşaqlarda 
valideynlərinin davranış və münasibətlər nümunələrinin formalaşmasına sə-
bəb olur. Bu “mikromühitdəki” translyasiya kifayət qədər sabitdir. Yaş art-
dıqca bu proses tədricən genişlənir, mikro- və makromühit səviyyəsində, yə-
ni ailədə, məktəbəqədər uşaq müəssisələrində və müxtəlif səviyyəli məktəb-
lərdə təlim vasitəsilə insanı əhatə edən aləm haqqında yeni biliklərin şüurlu 
surətdə mənimsənilməsinə çevrilir. Bununla bərabər uşağın davranışına, in-
sanları qiymətləndirməsinə, ətrafdakılara münasibətdə öz mövqeyini seçmə-
sinə anadangəlmə mədəni keyfiyyətlər ciddi təsir göstərir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə