Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə71/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   67   68   69   70   71   72   73   74   ...   109

163 
Uşaqların  təhsili  və  tərbiyəsinə  yalnız  Qərbdə  deyil,  Şərqdə  də  həmişə 
böyük əhəmiyyət verilmişdir. Uşaqların nəcib tərbiyə edilməsinə böyük əhə-
miyyət verən XI əsr müsəlman aristokrat mədəniyyətinin məşhur abidəsində 
Key Kavus qeyd edir ki, “...əgər ağac əyri bitib və budaqları əyri olub və əy-
ri boy atıbsa, onu yalnız mişarlamaq və yonmaqla düzəltmək mümkündür”. 
Həqiqət  axtarışına  istiqamətlənən  alimliyin  və  müvəffəqiyyətin  nadir  halda 
birləşdiyi  orta  əsr  cəmiyyətində  elmə  kifayət qədər  tələbat  olmadığını  dərk 
edən Key Kavus qeyd edir: “Bəxtinin dönüklüyü ilə bizi danlayan kəsə de: 
məgər tale, qiyməti yüksək olandan başqa kimsə ilə çarpışırmı?.. göydə ul-
duzlar  var,  onların  sayı-hesabı  yoxdur,  tutulma  isə  yalnız  günəşdə  və  ayda 
olur!”  Buna  baxmayaraq  görkəmli  mütəfəkkir  bilikləri  “qazanılmış  nəcib-
lik” adlandıraraq, onlara xüsusi əhəmiyyət verirdi.  
Nəsirəddin Tusi uşaqların düzgün təminatı və tərbiyəsini ailə idarəçiliyi-
nin başlıca vəzifəsi hesab edir. Dahi humanist uşaqlara böyük həssaslıq və 
diqqət göstərməyi, pis hərəkətləri vaxtında aradan qaldırmağı və pozitivləri, 
onları ənənəyə çevirməyə cəhd  edərək, təşviq etməyi tövsiyə edir. O hesab 
edir  ki,  insanın  taleyi,  onun  südəmər  yaşından  başlayaraq,  uşaqlıqda  aldığı 
tərbiyədən daha çox asılıdır. Tusinin qənaətinə görə, uşaq təşəbbüsünü məh-
dudlaşdırmadan, hər şeydən əvvəl uşaqlarda xasiyyətin nəcibliyini formalaş-
dırmağa imkan verən həya hissini tərbiyə etmək, həmçinin uşağın istedadı-
nın erkən aşkar edilməsi və inkişafına xüsusi diqqət  yetirmək lazımdır. İlk 
növbədə uşaqları daha zəruri dəyərlərə öyrətmək lazımdır ki, onlarsız insan 
cəmiyyətində  yaşamaq  mümkün  deyil.  Bu  -  ünsiyyət  mədəniyyəti,  dostluq, 
məhəbbət, səmimiyyət, xeyirxahlıq, qarşılıqlı yardım, valideynlərə, qohum-
lara, dostlara və qonşulara hörmətdir.  
Alim  hesab  edir  ki,  uşaqları,  onların  tərbiyəsinə  zərər  yetirə  biləcək  pis 
təsirdən,  mədəniyyətsiz  insanlarla  ünsiyyətdən,  əşyabazlığa,  materializmə, 
avaraçılığa, veyillik və acgözlüyə, aldatma və həqiqəti gizlətməyə meyllilik-
dən qorumağı, onları bahalı geyimlər, qazanılmamış təriflər və pul mükafat-
ları ilə əzizləməməyi vacib hesab edir. Bu məqsədlə uşağa hər şeyi: insanlar 
arasında, öz yaşıdları ilə, böyüklərlə özünü necə aparmağı, nə vaxt və necə 
danışmaq  lazım  olduğunu  izah  etmək  lazımdır.  Uşaqların tərbiyəçilərini  də 
düzgün - ağıllı, dürüst, nəzakətli, ədalətli, etika normalarını və uşaq psixolo-
giyasının xüsusiyyətlərini bilənləri seçmək lazımdır. Bu tələblərə uyğun gəl-
məyən tərbiyəçi uşağı mənən şikəst edə bilər. Tusi erkən yaşlarından uşaqla-
ra əməyə, doğruluğa, biliyə və faydalı sənətlərə  məhəbbəti, xeyirxahlığı və 
başqalarına yardım etmək hissini tərbiyə etməyi, yalana, böhtana, tənbəlliyə, 
yaramazlığa,  başqasınn  dərdinə  biganəliyə,  eqoistliyə,  özündən  razılığa  və 
lovğalığa nifrət hissini aşılamağı tövsiyə edir. Onlara gerçəkliyi düzgün an-


164 
lamağa  kömək  edən  əqli  mədəniyyətə,  məntiqi  təfəkkürə  maraq  aşılamağı, 
qayğı və xeyirxahlıq göstərməyi, onlarda nəciblik və səmimilik, müdrikliyə 
və  yaxşılığa  can  atmanı  tərbiyə  etməyi,  yüksək  mədəniyyətin  və  ləyaqətli 
davranışın  üstünlüklərini  onlara  mümkün  qədər  daha  erkən  izah  etməyi  də 
tövsiyə edir.  
Tusi  deyir  ki,  valideynlər  tərbiyədə  səhvlərə,  ilkin  pozitiv  cəhətlərin de-
formasiyasına  yol  verməməlidirlər,  öz  uşaqlarının  yaradıcı  qabiliyyətlərini 
və mənəvi keyfiyyətlərini aşkar etməli, effektiv inkişaf etdirməlidirlər, çünki 
onların  şəxsiyyət  kimi  formalaşması,  özünü  təkmilləşdirməsi,  xoşbəxtliyə 
nail olması imkanları bundan daha çox asılı olacaqdır. Uşaqların tərbiyəsin-
dəki  səhvləri  düzəltməkdənsə,  aradan  qaldırmaq  daha  asandır,  çünki  onlar 
əldən buraxılmış imkanların dönməzliyinə səbəb ola bilər.  Uşaqların tərbi-
yəsini onların əsassız iddialarına göz yummaqla özbaşına buraxmaq olmaz. 
Xarakter nəcibliyinə və ədalətə, əməksevərlik və yaradıcı təbiətə, humaniz-
mə və möhkəm iradəyə malik gələcək şəxsiyyətin pozitiv bünövrəsini qoya-
raq uşağın enerjisini lazımi məcraya yönəltmək lazımdır.  
Uşaqların tərbiyəsinin zəruri şərti mənəvi əqidələrin, normalar, prinsiplər və 
idealların,  vərdişlər  və  tələbatların  düzgün  formalaşdırılmasıdır.  Ailə  tərbiyəsi 
prosesində uşaqları, əsasını qəhrəmanlığın ən yaxşı nümunələrinin, bəşəriyyətin 
əqli və mənəvi inkişafının təşkil etdiyi məhsuldar təfəkkürə, etik davranışa və 
yaradıcı fəaliyyətə yönəltmək, onlar tərəfindən yüksək mədəniyyət ideallarının 
həyata keçirilməsinə imkan yaratmaq lazımdır. Bu kontekstdə müasir uşaqların 
təfəkkür  mədəniyyətinə  və  hər  bir  millətin  genofondunun  formalaşmasına 
oyuncaqların  və  uşaq  ədəbiyyatının  böyük  təsir  göstərdiyini  nəzərə  almaq  va-
cibdir. Buna əsaslanaraq,  oyuncaqlara və uşaq kitablarına uşaqların şüuruna tə-
sir predmeti baxımından nəzarət etmək və onları testdən keçirmək lazımdır.  
Tərbiyə  əsasən  həm  ailə  dəyərləri  və  məqsədləri,  həm  də  cəmiyyətin 
məqsədləri və dövlətin siyasi rejimi ilə bağlı olan ictimai münasibətlərin xa-
rakteri və ona uyğun ideologiya ilə şərtlənir. Bunu nəzərə alaraq, uşaqların 
təbiyəsini, ayrı-ayrı ailələrin prinsipləri və dəyərlərndən asılı olmayaraq, in-
sanların sosial praktikası ilə uyğunlaşdırmaq lazımdır. Dəyərlərin və mədə-
niyyətlərin toqquşmasından qaçmaq  üçün  ailədə  şəxsiyyətin  tərbiyəsi  yaşa-
dığı cəmiyyətə insanın müəyyən adaptasiyasını, öz hissləri və şəxsi əqidələri 
mədəniyyətindən  imtina  etmədən  ləyaqətli  yaşamağa  imkan  verən  “şüurlu 
konformizm” də nəzərdə tutulmalıdır.  
Məlumdur ki, binanı divarlardan və ya damdan deyil, özülündən tikməyə 
başlayırlar. Mədəniyyət erkən uşaqlıqdan formalaşır. Məhz uşağın şüurunun 
təşəkkül tapdığı bu dövrdə onu əməyə və özünüidarəyə, xeyirxahlığa və baş-
qa  insanlara  hörmətə,  dürüstlüyə  və  yaxşılığa  öyrətmək  lazımdır.  Cami 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə