Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə79/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   75   76   77   78   79   80   81   82   ...   109

180 
mühüm rol oynayırlar və əgər onlar şəxsiyyətin inkişafı üçün əlverişli deyil-
lərsə,  şəraiti  dəyişə  bilərlər  və  dəyişməlidirlər.  Bunun  üçün  insana,  bütöv-
lükdə, şəxsiyyəti və onu əhatə edən aləmi dəyişməyə qadir olan, yüksək mə-
dəniyyəti  təşkil  edən  məqsədyönlülük  və  möhkəm  iradə,  məntiq,  biliklər, 
bacarıqlar,  mütəşəkkillik  lazımdır.  Görünür,  hər  idealda  hər  bir  insan  üçün 
öz təyinatınıhəyatının mənasını dərk etmək və buna uyğun olaraq öz həyat 
fəaliyyəti proqramını hazırlamaq vacibdir ki, onun həyata keçirilməsi ilə ola 
bilər,  insanın  inkişafına  müəyyən  töhfə  verilsin  və  tarixdə  bir  iz  qoyulsun. 
Blez Paskal deyirdi: “Öz həyatının mənasını bilməyən insanlara yazıqlar ol-
sun”.  Bizim  nəticələrimizin  uğuru  -  konkret  məqsədləri,  problemlərin  ma-
hiyyətini anlamağı, prinsiplərin və metodların seçilməsini, prioritetlərin mü-
əyyən edilməsini, məqsədə çatma vaxtının təyinini nəzərdə tutan vasitədən - 
düşünülmüş fəaliyyətlər planından asılıdır. Eynilə biznesdə effektiv menec-
mentin insanların tələbatlarının başa düşülməsi və ödənilməsi ilə şərtləndiyi 
kimi,  uğurlu  özünüidarə  öz  arzuları,  maraqları  və  məqsədlərinin  başa  dü-
şülməsi və həyata keçirilməsindən asılıdır.  
Həyatımızın  mənası  ilə  şərtlənən  həyat  məqsədi  haqqında  daim  xatırla-
maq lazımdır. Hələ XVI əsrdə intibah dövrünün görkəmli nümayəndəsi olan 
Mişel Monten qeyd edirdi ki,“təyinat limanı olmayan kəs üçün heç bir külək 
arxadan əsən olmur.” Aydın məqsəd insanın həyat fəaliyyəti enerjisinin fə-
allaşdırılması  üçün,  texnologiyalar  və  iradə  –  müəyyən  zaman  müddətində 
həyatın mənasına uyğun olan, qoyulmuş məqsədə nail olma üçün zəruridir. 
Belə texnologiya kimi, güclü arzunun təmərküzləşməsinin, fokusunun yığıl-
masının onun real həyata keçirilmə stimulu olduğunu güman edərək, Templ-
ton, “enerjinin bir yerə cəmləşməsinin alışma əmələ gətirənədək günəş şüa-
larının  böyüdücü  şüşə  ilə  fokusa  yığılmasında  olduğu  kimi,  öz  dərrakəsini 
güc nöqtəsinədək bir yerə cəmləməyi” tövsiyə edir.  
Böyük məqsədlər olmadan böyük işlər yoxdur. Lakin insanın məqsədi iki 
kateqoriyada ola bilər: idealı ifadə edən böyük məqsədlər, hərəkət istiqamə-
tini təyin edən mayak-məqsədlər, və real əldə edilə bilən konkret məqsədlər. 
Bizim arzularımız və istəklərimizdən doğulan böyük məqsədlər yolları mü-
əyyən etməyə və düzgün texnologiyalar seçməyə kömək edir. Hərəkət üçün 
bizə motivasiya və stimul verən böyük məqsədlər şəxsiyyətin keyfiyyətli də-
yişilməsi və inkişafı üçün çoxlu sayda imkanlar açır və özündə maraqlı kəşf-
ləri, mükafatları və yaradıcı fəaliyyətdən alınan zövqü gizləyir. Bu imkanla-
rın istifadə edilməsi insanın intellektual mədəniyyətindən, onların mənasını, 
mahiyyətini və xüsusiyyətlərini başa düşməkdən daha çox asılıdır. Bodo Şe-
fer deyir: “Əgər siz ulduzlara yönəlmisinizsə, bu o demək deyil ki, siz onla-
ra  çatacaqsınız,  amma  yəqin  ki,  ağaclardan  yuxarı  qalxacaqsınız.”  Real 


181 
məqsədlər elə tərzdə ifadə olunmalıdır ki, təyin edilmiş vaxtda mütləq yeri-
nə yetirilsin. Bu onunla şərtlənir ki, onlara nail olma şəxsiyyətin ösünütəsdi-
qinə  xidmət  edir,  şəxsi  ləyaqət  hissini,  insanın  öz  gücünə  və  imkanlarına 
inamını möhkəmləndirir. 
Yüksək  özünüidarə  mədəniyyətinin  və  nəzərdə  tutulmuş  məqsədlərə  nail 
olmaq  qabiliyyətinin  şərtlərindən  biri  həyati  problemlərin  öhdəsindən  gəl-
mək  bacarığıdır.  Problemlərin  olması  dialektik  yaşayış  reallıqları  ilə  bağlı 
olan sonsuz həyat prosesidir. Bunun üçün bizim vəzifəmiz onları düzgün ba-
şa düşmək və vaxtında həll etməkdir. Bu zaman problemə münasibət, prob-
lemin əmələ gəlməsi ilə yaranan “sarsıdıcı” neqativ emosiyaları onun həlli-
nin, şəxsiyyətin inkişafı üçün yeni imkanlar açan pozitiv dinamik enerjisinə 
dəyişdirmək bacarığı çox vacibdir. Bunun üçün problemləri özünün inkişafı 
və digər insanlara öz təsir dairəsini genişləndirmək çağırışı və şansı kimi qə-
bul etmək; problemlərin həllində inama  sahib olmaq; nikbinliyini, şəxsi lə-
yaqət hissini, qalibiyyət əzmini qorumaq; öz hisslərinə və reaksiyalarına nə-
zarət etmək; problemdən düzgün ibrət almağı bacarmaq lazımdır. Bodo Şe-
fer doğru olaraq qeyd edir ki, problemin həllindəki hər bir uğur insanı mü-
kafatlandırır, hər bir uğursuzluq isə onu daha güclü edir.  
Beləliklə, çox şey bizim arzumuzdan, onu güclü surətdə həyata keçirmək 
istəyimizdən asılıdır. Əgər istək mütləq həyati zərurət olursa, o zaman onun 
doğurduğu  ruh  reallığı  əlverişli  tərzdə  dəyişməyə  kömək  edir.  İnsan  özü 
üçün xoşbəxtlik haqqında öz arzularına uyğun olan, lakin başqalarına zərər 
yetirməyən layiqli həyat qurmalıdır. Bodo Şefer arzunun həyata keçirilməsi-
nin  psixoloji  mexanizmini  göstərmişdir.  O,  məqsədə  çatmaq  üçün  özünün 
bütün  diqqətini  onun  üzərində  cəmləşdirməyi,  daim  onun  haqqında  düşün-
məyi,  onun  əldə  edilməsində  zərrə  qədər  şübhəyə  yol  verməməyi  tövsiyə 
edir. Fikrin konsentrasiyası sizin can atdığınız indiki mövqe ilə arzu arasın-
da əlaqə yaradır. Bu obraz, müvəffəqiyyətin əldə edilməsinə yönəldilmiş ef-
fektiv fəaliyyətlərə çevrilən əminliyi doğurur. Bilik və inam arzunun həyata 
keçirilməsi üzrə texnologiyalar seçimini və fəaliyyətlər enerjisini təmin edir.  
Co Vitalenin cazibə konsepsiyasına görə güclü arzu, insanı məqsədyönlü 
və  güclü  edərək,  ona  imkan  yaradır  ki,  kainat  özü  onun  həyata  keçməsinə 
kömək edir. Həyat fəaliyyətinin bütün sahələrində: ailədə, işdə, şəxsi təhsil-
də, fiziki mədəniyyətdə, ictimai fəaliyyətdə hərəkətə lazımi impuls verərək, 
düzgün seçim etmək, həyat fəaliyyəti istiqamətini və öz prioritetlərini düz-
gün müəyyənləşdirmək lazımdır. Onu nəzərə almaq lazımdır ki, arzumuzun 
həyata  keçirilməsi  yolunda  bizim  üçün  mümkün  olmayan  heç  nə  yoxdur. 
Bunun üçün güclü ruha – biliklərlə zəngin ağıla, nəcib hisslərə və möhkəm 
iradəyə  malik  olmaq,  özünə  və  həyatını  yaxşılığa  doğru  özünün  dəyişdirə 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə