Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə75/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   71   72   73   74   75   76   77   78   ...   109

172 
sək,  onda  biz,  cəmdə  həyatımızı  təmin  edən  prinsiplərin,  metodların,  məq-
sədli istiqamətlərin və qaydaların bütöv sistemini aşkar edərik. Özünü idarə 
etmək - öz həyatını düzgün qurmaq, öz sağlamlığını qorumaq, şəxsiyyət ki-
mi  formalaşmaq,  öz  biliklərinin  və  bacarıqlarının  səviyyəsini  yüksəltmək, 
digər  insanlarla  düzgün  münasibətlər  qurmaq,  möhkəm  ailə  yaratmağı  ba-
carmaq və öz qabiliyyətlərimizə uyğun sevimli sənət seçmək, vicdanla çalış-
maq, öz fəaliyyətində yaxşı nəticələrə nail olmaq, bizi güclü edən çətinliklər 
qarşısında heç vaxt geri çəkilməmək, cəmiyyətə, dövlətə və bəşəriyyətə fay-
dalı olmaq deməkdir. Özünü idarə etmək – həyatın problemləri və çətinlik-
lərindən  çəkinmək  deyil,  öz  həyat səbatını  və  mərdliyini,  özünün  mübarizə 
aparmaq  və  qalib  gəlmək  bacarığını  möhkəmləndirərək,  onları  aradan  qal-
dırmaq deməkdir, çünki çətinliklər – müvəffəqiyyətin tərkib hissəsidir.  
Özünüidarə özü və digər insanlar qarşısındakı məsuliyyəti, özünə və ya-
xınlarına görə, öz sözlərinə, hərəkətlərinə və özünün hörmət və etirafla mü-
kafatlandırılan  fəaliyyət  nəticələrinə  görə  məsuliyyəti  nəzərdə  tutur.  Mənə 
elə gəlir ki, şəxsiyyətin özünüidarə effektivliyinin formulunu aşağıdakı tələb-
lərlə  şərtləndirmək  mümkün  olardı:  biologiya,  fiziologiya,  antropologiya, 
psixologiya,  tibb,  ekologiya,  fiziki  mədəniyyət,  düzgün  qidalanma,  etika, 
hüquqlar, insan münasibətləri mədəniyyəti, din və insanın həyat fəaliyyəti-
nin  digər  sahələrinin  əsaslarını  bilməklə;  məqsədlərin  düzgün  təyini  və  mə-
nəvi  həyat  prinsiplərinin  seçimi  ilə;  insanın  digər  insanlarla  münasibətləri-
nin  harmoniyasına  və  ətraf  mühitə  onun  məsuliyyətli  münasibətinə  yardım 
edən təbiət və həyat qanunları biliklərinə, təcrübəyə və xoş mərama əsasla-
nan müdrikliklə; şüuru vasitəsi ilə öz təfəkkürünü, niyyətləri və davranışını 
istiqamətləndirmək  və  nəzarət  etmək  qabiliyyəti  ilə;  insanın  əldə  etdiyi  bi-
liklərin,  onun  seçdiyi  prinsiplər  və  məqsədlərin  həyata  keçməsini  təmin 
edən möhkəm iradə və vicdanlı əmək ilə.   
Lusi  Anney  Seneka  deyirdi:  “Öz  üzərindəki  hakimiyyət  -  ən  yüksək  haki-
miyyətdir”. Həyatda qoyulmuş məqsədlərə yetişmək, həmçinin insanları uğurla 
idarə etmək üçün insan özünü idarə etməyi bacarmalıdır. Bu, kifayət qədər çə-
tin, lakin yerinə yetirilə bilən vəzifədir. O müəyyən biliklər və praktik məharət, 
məqsədyönümlülük,  mütəşəkkillik,  iradə,  etika  və  vicdanlı  əmək  tələb  edir. 
Özünə  tabe  ola  bilmək  bacarığı  olmadan  çətin  ki,  başqalarının  tabe  olmasına 
nail  olmaq  mümkün  olsun.  Özünüidarə  mədəniyyətinin  formalaşdırılmasına 
universal kulturoloji biliklər imkan yaradır. Onlar bizə həyatımızı düzgün qur-
mağa, mənəvi və fiziki sağlamlığımızı qorumağa, həyatda uğurlara və xoşbəxt-
liyə nail olmağa yardım edir. Biz necə də tez-tez insanın təyinatı, həyatın məna-
sı, mövcudluğumuzun məqsədi haqqında, çətinliklərin və böhranların səbəbləri 
haqqında,  həyatımıza  nəzarət  etməyin  zəruriliyi  haqqında,  düzgün  qərarların 


173 
vaxtında qəbul edilməsi haqqında suallar veririk.  
Bu  və  digər  həyati  vacib  suallara  düzgün  cavab  almağa,  çətinlikləri  dəf 
etməyə və harmonik inkişafa nail olmağa “kulturologiya piramidasının” pil-
lələri üzrə şüurumuzun məntiqi yolu kömək edir. Mahiyyətin, xüsusiyyətlə-
rin, tarixin və nailiyyətlərin ardıcıl surətdə dərk edilməsi - təbiətin və cəmiy-
yətin  inkişaf  qanunlarını,  həmçinin  həyatı  yaxşılaşdırmağın  və  daha  yaxşı 
gələcəyi qurmağın kreativ imkanlarını açan – həyat fəaliyyəti texnologiyala-
rını başa düşməyə aparır. Bu formul yalnız milli və qlobal səviyyəli idarəetmə 
qərarları  üçün  deyil,  şəxsiyyətin  özünüidarə  sisteminin  təkmilləşdirilməsi  üçün 
də ədalətlidir. Bu universal kulturoloji metodun praktik əhəmiyyəti onunla şərt-
lənir ki, o, konkret situasiyanı düzgün planlaşdırmaq və qiymətləndirmək, ida-
rəetmə sisteminin hərəkət vektorunu korrektə etmək, gözlənilən nəticələrə nə-
zarət  etmək  və  insanın  baza  tələbatlarına  və  dəyişən  maraqlarına  cavab  verən 
şüurlu modellər yaratmağa imkan verir. 
 
Özünüidarənin baza prinsipləri, qaydaları və məntiqi 
 
Özünüidarə  və  uğurlu  fəaliyyət  problemlərinə  çoxlu  kitablar  həsr  edil-
mişdir. Onların bir sırasında obyektiv məntiq və bəşəriyyətin bir çox nəsillə-
rinin  həyat  təcrübəsi  əsasında  sağlam  həyat  tərzi  yaratmağa  və  şəxsi  uğur 
qazanmağa kömək edən qanunauyğunluqlar sistemləşdirilmişdir. Özünüida-
rə, həyatda uğur və xoşbəxtlik qazanmaq kimi problemlər bu və ya digər də-
rəcədə çoxlu sayda görkəmli əsərlərdə - onların arasında Key Kavusun, Nə-
sirəddin Tusinin, Mişel Monten, Deyl Karneqi, Piter Druker, Con Adair, Con 
Templton, Bodo Şefer, Brayan Adams, Co Vitale, Robin Şarm, Paolo Koelo, 
Markes, Mark Fişer, P.S. Taranov, M. Norbəyovun kitablarını xüsusi ayırmaq 
lazımdır - görkəmli tarixi şəxsiyyətlərin aforizmlərində və əxlaq qaydalarında 
öz  əksini  tapmışdır.  İ.V.  Dubrovina,  A.B.  Qolubovski,  Y.L.  Kolominski,   
B.S.  Kruqlov,  A.B. Obolonski,  V.A.  Rıbakov,  M.  Knyazev  və  bir  çox  sovet 
müəllifləri öz əsərlərində müxtəlif sosial-mədəni situasiyaları, insan münasi-
bətlərini, həyat fəaliyyəti və müvəffəqiyyətə nail olma texnologiyalarını təsvir 
edirlər.  
Özünüidarə mədəniyyətinin mənbəyi öz kökləri ilə əsrlərin dərinliklərinə 
gedib  çıxır.  Qədin  yunan  filosofu  Fales  deyirdi:  “Hakimiyyətdə  olarkən, 
özünü idarə et”. Görünür ki, hələ o vaxtlar daxili intizam və qətiyyətə, ina-
da, məqsəd üzərində diqqətini cəmləmək qabiliyyətinə sahib olmağın zəruri-
liyini, “tələsmədən tələsməyi”, öz resurslarını səmərəli istifadə etməyi həyat 
özü antik insana diktə edirdi. Özünüidarə mədəniyyətinin əsasını da bütöv-
lükdə insanların idarə edilməsində olan baza prinsipləri, qaydalar və məntiq 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə