Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə76/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   72   73   74   75   76   77   78   79   ...   109

174 
təşkil  edir.  Lakin  onlar  öz  xüsusiyyətlərinə  malikdirlər.  Özünüidarənin  ef-
fektivliyi məsələlərinə toxunaraq Piter Druker deyir ki, bunun üçün “hər bir 
əqli əmək işçisi yüksək səviyyəli rəhbər kimi düşünməli və fəaliyyət göstər-
məlidir”. Özünüidarənin uğuru əsas etibarilə insanın bilikləri və qabiliyyət-
ləri,  tələbatları  və  məqsədlərindən  asılıdır.  Özünüidarənin  məqsədi  insanın 
özü, onun həyat fəaliyyəti, rifahı, sağlamlığı və xoşbəxtliyidir. Özünüidarə 
mədəniyyətinin  əhəmiyyəti  onunla  şərtlənir  ki,  məhz  insan,  fərd  -  ailənin, 
dövlətin, cəmiyyətin və bütün bəşəriyyətin əsasıdır və beləliklə, sosial-mə-
dəni  tərəqqinin  hərəkətverici  qüvvəsi  və  məqsədi  kimi  çıxış  edir.  Həyat  və 
dünya onun üzərində dayanır, onun köməyi ilə daha yaxşı gələcək qurulur. 
Dünya sivilizasiyasının bu günü və gələcəyi üçün özünüidarə mədəniyyəti-
nin dəyəri daha çox bununla şərtlənir.  
Özünüidarə  mədəniyyəti  zamanın  sınağından  çıxmış  ruhi  prinsiplər  və 
qaydalara, yüksək insan münasibətləri  mədəniyyətinə, bəşəriyyətin müxtə-
lif mədəniyyətləri və sivilizasiyalarına mənsub olan bir çox nəsillərin həyat 
fəaliyyəti təcrübəsinə istinad edir. O, həyatın - qanunauyğunluqların və tə-
sadüflərin birləşməsi olduğu anlayışını nəzərdən keçirir. Həyat qabiliyyəti-
nin yüksək səviyyəsinə yetişmə üçün birinciləri dərk etmək və ikincilərə ha-
zır olmaq lazımdır. Mədəni insan bugün dünənkindən daha yaxşı, sabah isə - 
bugünkündən daha yaxşı olmağa can atmalıdır. Bu zaman öz həyat fəaliyyə-
tinin  müxtəlif  sahələrində  göstəriciləri  daim  yaxşılaşdırmaq  lazımdır.  Bu  - 
sağlamlıq, şəxsiyyətlərarası münasibətlər, peşə və ictimai fəaliyyət, iqtisadi 
vəziyyət,  biliklərin  və  qabiliyyətlərin  inkişafı,  imkanların  genişləndirilməsi, 
mədəni asudə vaxt və s.-dir.  
Bodo Şefer bunun üçün bizə nümunə olan insanların, bizi ruhlandıran ki-
tabların,  öz  həyatımızı  daha  yaxşı  anlamağa  kömək  edən  gündəliklərin, 
həmçinin bizə yeni yollar göstərən və yeni stimullar verən seminarların kö-
məyindən istifadə etməyi tövsiyə edir. O, qələbəyə istiqamətlənən və öz ar-
zusunu həyata keçirməyi arzulayan insanlara səhvlər üzərində öyrənməyi və 
özündə inam formalaşdırmağı, bu məqsədlə “ideyalar” , “öyrənmə” və “mü-
vəffəqiyyət”  gündəliklərini  tutmağı  təklif  edir.  Con  Templton  qeyd  edir  ki, 
öz həyatını faydalı və xoşbəxt etmək üçün həyatın ruhi qanunlarını dərk et-
mək  və  onlara  əməl  etmək,  düzgün  prinsipləri  əldə  rəhbər  tutmaq,  hikmət 
öyrənmək, bəşəriyyətin mədəni irsini və müasir nailiyyətlərini mənimsəmək  
lazımdır. 
Yüksək mədəniyyətin tərbiyə edilməsi, həm əlverişsiz genetika, həm də 
insanın  yaşadığı  sosial  mühitlə  törənmiş  neqativ  keyfiyyətlərin  təcəssüm 
olunduğu şəri tədriclə, addım-addım aradan qaldırmağa imkan verir. Uilyam 
Şekspir deyirdi: “Hamını sev, seçilmişlərə inan, heç kimə pislik etmə”. Hə-


175 
yatda sağlamlığın, rifahın, uğurun və xoşbəxtliyin asılı olduğu şüurlu mənə-
vi prinsipləri gözləmək çox vacibdir. Bu altruist prinsiplər insanlara təmən-
nasız xidmət etməyi, onlara xeyirxahlıq və diqqət təzahürünü, onlara - sözlə, 
əməllə, məsləhət və şəfqətlə qayğı göstərməyi nəzərdə tutur. Bütün dinlərin 
qızıl əxlaq qaydası belədir ki, insan özünə qarşı necə münasibət göstərilmə-
sini  istəyirsə,  digər  insanlara o  cür  münasibət göstərməlidir.  Yaxşılığı  yük-
sək qiymətləndirən Fales qeyd edirdi ki, “yaxşılıq sayəsində bütün özgə olan 
öz tətbiqini tapa və faydalı ola bilər”. Albert Eynşteyn hesab edirdi ki, “ayrı-
lıqda götürülmüş insanın həyatı yalnız, onun başqalarının həyatını daha gö-
zəl və daha nəcib olmasına kömək etdiyi dərəcəyə qədər mənaya malikdir”. 
 
Öz “məni”ni idarə etmə 
 
Mədəni insan güclü ruha və öz “mənini” idarə etməyə imkan verən mü-
əyyən  müdriklik  dərəcəsinə  sahib  olmalıdır.  Bu  -  təmkini,  özünə  nəzarəti, 
səmimi  və  ardıcıl  olmaq  bacarığını,  insanları  sevməyi  və  eqosentrizmdən 
uzaq olmağı nəzərdə tutur. Sofokl müdrikliyi səadətin doğma anası adlandı-
rırdı.  Parlaq  həyati  nümunələr  əsasında  Bodo  Şefer  o  haqda  danışır  ki,  öz 
daxili aləmi üzərində hakimiyyəti saxlayaraq, müdrik insan neqativ hisslərin 
və dağıdıcı əməllərin qarşısını alır. Sosial ədalətsizlik, çətinliklər və maneə-
lər şəraitində təbii kimi görünən acıqlılığı dəf edərək, mədəni insan “şəraitin 
qurbanı” psixoloji mövqeyindən çəkinir və müqəddaratını öz öhdəsinə götü-
rərək,  qoyulmuş  məqsədə  çatmaq  imkanlarını  axtarır.  Söhbət  nifrət  hissin-
dən,  bu  hiss  üçün  bütün  əsaslar  olsa  belə,  azad  olma  bacarığından,  hiddət 
enerjisini idarə etmə və onu öz vəziyyətinin və başqa insanların vəziyyətinin 
yaxşılaşdırılmasına yönəltmə qabiliyyətindən gedir. Bizim pozitiv və nikbin 
ruhdan  doğulan  şövqümüz  yalnız  bizi  uğura  aparan  enerjini  yaratmır,  həm 
də başqalarını yüksək düşüncələrə və nəcib əməllərə ilhamlandırır. 
Keyfiyyət və müvəffəqiyyət əldə etmək üçün hər bir işi ağılla, vicdanla, 
məhəbbətlə görmək lazımdır. Belə yanaşma ən mürəkkəb problemlərin həl-
linə  doğru  bizə  yol  açır  və  qeyri-məhdud  imkanları  ortaya  çıxarır.  Vaxt  və 
gərgin əmək bizi addım-addım arzu edilən məqsədə gətirib çıxarır. İnsan ru-
hunun mədəniyyəti və yaradıcı gücünün görkəmli rəmzlərindən biri olan İo-
han Volfhanq Höte,  özünün  yekun fəlsəfi əsərində - “Faust”  faciəsində hə-
yatın  mənasının  axtarışını  təcəssüm  etdirmişdir.  Jan  Jak  Russodan  sonra 
şəxsiyyətin  azad  inkişafı  konsepsiyası  ilə  çıxış  edərək,  Höte  tezliklə  əmin 
oldu  ki,  cəmiyyətin  həyatında  nəyi  isə  dəyişmək  yalnız  bütün  sistemi,  qo-
yulmuş qaydanı, ictimai həyatın formalaşmış quruluşunu (cəmiyyətin sosial 
mühitini  –  F.M.)  dəyişməklə  mümkündür.  Cəmiyyəti  və  mühiti  dəyişmək 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə