Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə84/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   80   81   82   83   84   85   86   87   ...   109

190 
rirdi. Uğurlu idarə və özünüidarə məsələlərini nəzərdən keçirərək o, insanın 
aşağıdakı keyfiyyətlərə sahib olmasının vacibliyini qeyd edirdi: gercəkliyin 
düzgün dərk edilməsinə şüurun təbii qabiliyyətinin olması, təhsil və tərbiyə, 
həqiqətin dərk edilməsinə və inkişaf qanunlarını kəşf etməyə imkan verən el-
mi biliklər, proqressiv dəyişikliklərə və bəşəriyyətin kamilləşdirilməsinə isti-
qamətlənmiş  müdriklik,  təcrübə,  istedad,  möhkəm  iradə  və  yaradıcı  əmək, 
həmçinin  insan  münasibətləri  mədəniyyəti.  Dövlət  mənafelərini  nəzərə  ala-
raq,  Tusi  müdriklərə  olan  tələbatdan  və  peşəkar  məmurların  hazırlanması 
zəruriliyindən danışır. Ölkənin idarə edilməsi məsələsinə toxunan alim, diq-
qəti insanların mədəni inkişaf ehtiyaclarının, şəhər həyat tərzinin inkişafına 
imkan  yaradan  insan  münasibətləri  sisteminin  formalaşdırılması  təhlilinin 
vacibliyinə,  effektiv  istehsala,  dövlət  quruculuğu  və  idarəçiliyi  üsullarının 
təkmilləşdirilməsinə, sosial ədaləti və xalqın rifahını təmin edən dövlət siya-
sətinin həyata keçirilməsinə xüsusi diqqət yetirirdi. İnsan münasibətləri mə-
dəniyyətindən  danışaraq,  Tusi  cəmiyyətin  sosial  terapiyasını  onunla  əlaqə-
ləndirir. O, insanın sosial dəyərini artıran və ünsiyyət mədəniyyətində müm-
kün səhvlərdən çəkinməyə, şəxsiyyətin  inkişafına və kamilləşməsinə  mane 
olan qanunsuz qərarların qarşısını almağa, sosial bəlaları aradan qaldırmağa 
və ictimai münasibətləri təkmilləşdirməyə imkan verən insanların davranışı 
haqqında elmin öyrənilməsi zəruriliyinə xüsusi diqqət yetirir.  
İdeal  insan,  ideal  ailə  və  ideal  cəmiyyətin  formalaşdırılması  zəruriliyini 
qeyd edən Tusi, bu prosesdə nitqin, əməyin, xeyirxahlığın və elmin inkişafı-
na  xüsusi  rol  ayırır.  Tusinin  insan  mədəniyyətinin  həyati  vacibliyini  qeyd 
edən  konsepsiyasının  əsas  müddəalarının  mahiyyəti  aşağıda  göstərilənlərə 
gətirir: başa düşülən nitqin inkişafı olmadan mədəniyyət mümkün deyil; şü-
urlu  əmək  olmadan  xoşbəxtlik  mümkün  deyil;  məqsədin  formalaşdırılması 
xeyirxahlıq və xoşbəxtliyə istiqamətlənməlidir; elm və təcrübənin vəhdəti ol-
madan  şəxsiyyətin  inkişafına  və  təkmilləşməsinə  nail  olma  mümkün  deyil. 
Tusinin  bu  müddəalarının  dərk  edilməsi  və  təhlil edilməsi  şəxsiyyətin  özü-
nüidarəsi üçün praktik əhəmiyyətə malikdir. Onun konsepsiyasına görə şəx-
siyyətin özünü idarəsinin və onun mənəvi sağlamlığının qorunmasının başlı-
ca şərtlərindən biri - insanın nəzəri və praktik hazırlığı, onun yaxşı və fay-
dalı  işlə  məşğul  olması,  yaradıcı  əməkdir.  Bununla  bərabər  Tusi  insanın 
özünün öz mənəvi mədəniyyətini formalaşdırmasının zəruriliyi haqqında da-
nışır və bunu necə etmək lazım olduğunu izah edir.  
Şəxsiyyətin  özünüidarə  problemini  nəzərdən  keçirərək,  Tusi  nəfsin  idarə 
edilməsi  məsələsinə  xüsusi  diqqət  ayırır.  Ən  böyük  hünər  -  öz  nəfsinə  qarşı 
olan hünərdir. O öz nöqsanlarına qalib gəlməyə və müdrikliyə yaxınlaşmağa 
kömək edir. Ağıl və qəlb ilə şüurlu surətdə idarə edilən nəfs, insanı  yüksək 


191 
mədəniyyət səviyyəsinə ucalda bilər, özbaşına buraxıldıqda isə - insanın hey-
van  səviyyəsinə  enməsinə  səbəb  ola  bilər.  Nəfsin  tərbiyə  edilməsində  Tusi 
peyğəmbərlərə,  alimlərə,  rəhbərlərə,  tərbiyəçilərə  və  müəllimlərə  böyük  rol 
ayırır. Müəllimin xüsusi missiyasından danışaraq, Tusi belə bir məlum faktı 
misal  gətirir:  Makedoniyalı  İsgəndər  öz  müəllimini  atasından  daha  yüksək 
qiymətləndirirdi, bunu belə izah edirdi ki, əgər atası ona həyatı bəxş etmişdir-
sə,  müəllimi ona  əbədiyyəti  bəxş  etmişdir.  Mənəvi  sağlamlığını  qorumaq  və 
öz nəfsini idarə etmək üçün insan özünə göz qoymalı, əməllərini şüurunun nə-
zarəti altında saxlamalı, davranışını təhlil etməli və qərəzsiz olaraq qiymətlən-
dirməli, öz xarakterinin neqativ xüsusiyyətlərindən qətiyyətlə azad olmalı və 
xeyirxah əməllərinə görə öz qarşısında hər gün hesabat verməlidir. Tusi ruhi 
və psixi xəstəlikləri aid etdiyi, “ölüm qarşısında qorxu” yaradan “nəfs xəstə-
liklərinə” toxunaraq, ölümdən deyil, faydasız həyatdan qorxmaq lazım olduğu 
haqqında  danışır.
 
Qeyd  etmək  maraqlıdır  ki,  müdrikliyi  həqiqətdə  görən  İo-
han Volfhanq Höte, faydasız həyatı “vaxtsız ölüm” adlandırırdı. Ölüm qarşı-
sındakı  qorxunu  dəf  etmək  üçün  təmiz  vicdana  malik  olmaq  və  öz  yaradıcı 
əməyi ilə insanlara xeyir vermək lazımdır. 
 
Ünsiyyət mədəniyyəti 
  
İnsanın özünüidarə mədəniyyətinin ən parlaq göstəricilərindən biri, onun 
digər insanlarla ünsiyyət mədəniyyətidir. İnsanın davranışında, cəmiyyətdə-
ki  hərəkət  tərzində  onun  daxili  dünyası,  intellekti,  mənəvi  dəyərləri  və  xa-
rakteri əks olunur. Uğurlu, xoşbəxt həyat yaşamaq və özündən sonra xoş xa-
tirə  qoymaq  üçün  özündə  yüksək  insan  münasibətləri  mədəniyyətini,  başqa 
insanlarla  yola  getmək  qabiliyyətini  yetişdirmək  lazımdır.  O,  xeyirxahlığa, 
həqiqətə  və  ədalətə  tərəfdarlığı,  layiqli  olanları  qiymətləndirmək,  ehtiyacı 
olanlara kömək etmək, başqalarının səhvini bağışlamaq, çətin xarakterli in-
sanların  şüuru,  təfəkkürü  və  davranışını  pozitiv  dəyişməyə  kömək  etməyə 
çalışaraq, onlara qarşı səbrli və iltifatlı olmaq bacarığını nəzərdə tutur. Niza-
mi Gəncəvi deyir: “Bütün dünyaya ətir saçmaq üçün qızılgül kimi xoşxasiy-
yət olmaq daha yaxşıdır”. İnsanın mədəni potensialı və onun inkişaf imkan-
ları  əsas  etibarilə  müşahidəçilik  -  “görmək”  və  “eşitmək”  qabiliyyətindən 
asılıdır. Eşitmək və eşitdiklərini düzgün interpretasiya etmək bacarığı bizim 
ətraf  aləm  haqqındakı  təsəvvürlərimizi  genişləndirir,  insan  münasibətləri 
mədəniyyətinin inkişafına yardım  edir.  Mədəni insan  müşahidəçi olmalı və 
irad tutmaq əvəzinə, digər insanların motivlərini başa düşməyə çalışmalıdır. 
Ətrafdakılarla ruhi harmoniyaya nail olmaq üçün onları nəyin hərəkətə gə-
tirdiyini bilmək, onlara diqqət, mərhəmət göstərmək, dəstək olmaq lazımdır. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə