Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə92/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   88   89   90   91   92   93   94   95   ...   109

208 
runması, fiziki mədəniyyətin və idmanın, kitab işinin və s. inkişafı üzrə fəa-
liyyəti yeni səviyyəyə qaldırmağa imkan verməsindədir.  
Qloballaşma  şəraitində  rəqabətə  davamlı  və  təhlükəsiz  inkişafın  təmin 
edilməsi zəruriliyi inkişaf etməkdə olan ölkələrin cəmiyyəti və dövləti qarşı-
sında  dünyanın  aparıcı  ölkələrinin  sosial-mədəni,  o  cümlədən,  iqtisadi  sə-
viyyəsinədək yüksəlmək kimi strateji milli məqsəd qoydu. Bu strateji məq-
sədin  həyata  keçirilməsi  üçün kifayət  qədər  ambisiyalı  ikili  vəzifəni  yerinə 
yetirmək lazımdır: nisbətən qısa tarixi müddətdə sosial-mədəni inkişaf sürəti 
üzrə dünyanın aparıcı ölkələrini, fəaliyyətin keyfiyyəti və əmək mədəniyyəti 
üzrə bu ölkələrdən geri qalmağa yol verməmək şərti ilə, onları heç olmasa, 
bir faiz nisbətində qabaqlamağa nail olmaq. Bu vəzifənin uğurlu həlli maddi 
nemətlər istehsalçılarının şüurunda inqilabi dəyişiklikləri, yüksək əmək mə-
dəniyyəti və idarəetmə mədəniyyətini, sosial məsuliyyət mədəniyyətini, və-
tənə xidmət mədəniyyətini tələb edir. O əsasən, cəmiyyətdə intellektual, etik, 
hüquq və idarəçilik mədəniyyətinin qabaqlayıcı inkişafı ilə, xalqın sosial-mə-
dəni kodunun daha çox emosionaldan - daha çox rasional həyat fəaliyyəti mə-
dəniyyətinə, seyr etmədən – dəyişdirməyə  yönəltməklə  şərtlənmişdir.    
Sosial-mədəni, o cümlədən, iqtisadi problemlərin effektiv həlli əsasən öl-
kənin  sosial-mədəni  siyasətinin  düzgünlüyündən,  onun  obyektiv  inkişaf  tə-
ləbatları və zamanın çağırışlarına cavab vermək iqtidarından asılıdır ki, bu-
rada aparıcı rol müasir kulturologiya elminə məxsusdur. Kulturologiya elmi-
nin  metodologiyası  və  nailiyyətləri  əsasında  işlənib  hazırlanmış  sosial-mə-
dəni siyasət müasir dünya sivilizasiyasında səmərəli iqtisadi və zəngin orta 
sinifli  sabit,  rəqabət  qabiliyyətli,  təhlükəsiz  hüquqi  dövlətin  yaradılmasının 
zəruri şərtidir. Sosial-mədəni siyasətdə kulturologiyanın elmi metodlarından 
istifadə  mədəniyyətlərin,  dinlərin və  ölkə  vətəndaşlarının  maraqlarının  har-
monizasiyası  üçün  əlverişli  sosial  mühitin  formalaşmasına  imkan  verir, 
ekspert-kulturoloqların, siyasi və  təsərrüfat liderlərinin hazırlığı və  yenidən 
hazırlığının  uğurlu  təşkilinə,  gənclərin  və  uşaqların  intellektual  inkişafı  və 
mənəvi  tərbiyəsinə,  xalq  kütlələri  tərəfindən  yüksək  innovativ  mədəniyyət 
səviyyəsinin mənimsənilməsinə yardım edir.      
Sistemli kulturoloji yanaşmaya əsaslanan sosial-mədəni siyasətin başlıca 
vəzifələri belə ifadə oluna bilər: 

 
 Ruhi və maddi mədəniyyətin müxtəlif sahələri üçün insan kapita-
lının əsasını təşkil edən mütəxəssislərin hazırlığı və tərbiyə edilməsi, on-
ların  həyat  fəaliyyəti  üçün  maddi-texniki  və  sosial  şəraitin  yaradılması. 
Qloballaşma  şəraitində  cəmiyyətin  davamlı  inkişafı  və  dövlətin  rəqabət 
qabiliyyətliliyini təmin edən şəxsiyyətlər və liderlərin formalaşdırılması.  

 
 Sistemli kulturoloji yanaşmaya əsaslanan yüksək dövlət idarəçiliyi 


209 
mədəniyyəti hesabına dövlətin həyat qabiliyyətinin artırılması məqsədilə 
fərdi,  elmi,  maliyyə,  iqtisadi,  təşkilati,  hüquq,  informasiya  resurslarının 
qiymətləndirilməsi və səmərəli istifadəsi. Fəaliyyət koordinasiyasının tə-
min  edilməsi,  statusa  görə  müxtəlif  sosial-mədəni  fəaliyyət  subyektləri-
nin əməkdaşlığı və partnyorluğuna yardım etmə. 

 
 İntellektual  potensialın  –  elm,  təhsil,  yüksək  texnologiyaların  qa-
baqlayıcı  inkişafı  üçün,  həmçinin  insanın  tələbatlarının  daha  tam  təmin 
edilməsi və şəxsiyyətin, milli mədəniyyətin permanent modernləşməsi ilə 
şərtlənən potensial imkanlarının sosial reallaşdırılması üçün əlverişli şə-
raitin yaradılması. Milli incəsənətin inkişafı və milli irsin qorunması.   

 
Mütəxəssislərin  professional  və  etik  mədəniyyət  səviyyəsinin, 
həmçinin  xalqın  ümumi  mədəni  səviyyəsinin  daim  yüksəldilməsinə  yö-
nəldilmiş  kulturoloji  proqram  və  layihələrin  yaradılması  və  reallaşdırıl-
ması.  Bu  məqsədlərlə  dövlət  institutları  və  xüsusi  kulturoloji  tədqiqat 
mərkəzlərinin təşkil edilməsi, xalq kütlələri tərəfindən yenilikçi mədəniy-
yətin yüksək mənimsənimsənilmə səviyyəsini, gənclərin və uşaqların in-
kişafı və mənəvi tərbiyəsini təmin edən səmərəli dövlət kulturoloji maa-
rifçilik sisteminin təşkili.  

 
 “Biliklər cəmiyyəti”nin inkişaf problemlərinə diqqətin artırılması, 
professional və etik mədəniyyətin təkmilləşdirilməsi, kütləvi informasiya 
vasitələri ilə işıqlandırılan materiallarda intellektual mədəniyyətin və xal-
qın ənənəvi mənəvi dəyərlərinin inkişafı.  

 
Milli-mənəvi  dəyərlərin  və  yüksək  insan  münasibətləri  normaları-
nın  insanların  yalnız  vətənpərvərlik  tərbiyəsi  sistemində  deyil,  həm  də 
həyat təırzi və stilində, etika, estetika, reklam, moda, asudə vaxt və əhali-
yə xidmət sahəsində yayılması.   

 
Ailə  sistemi  və  uşaqların  sosial  tərbiyə  və  təhsil  sistemində,  uşaq 
ədəbiyyatı  və  incəsənətində,  uşaq  təşkilatları  və  düşərgələrdə  keçirilən 
tədbirlər və oyunlarda milli və dünya mədəniyyətinin daha dəyərli nailiy-
yətlərinin  təbliği,  bu  dəyərlərə  hörmət  və  məhəbbət  hissinin  formalaşdı-
rılması.  

 
Milli  mədəniyyət  yaradıcılarının  –  alimlər,  müəllimlər,  həkimlər, 
incəsənət  xadimləri,  ilk  növbədə,  intellektual,  tibb,  istehsal,  etik,  bədii, 
idarəçilik və hüquq mədəniyyətinin inkişafını təmin edən mütəxəssislərin 
ləyaqətli həyatı və yaradıcı fəaliyyəti üçün zəruri olan təşkilati, maddi və 
mənəvi şəraitin yaxşılaşdırılması.  

 
Ziyalıların,  vətən  qarşısında  xidmətləri  olan,  milli  maraqlara  xid-
mətdə  fədakarlıq  göstərən  və  sosial-mədəni  tərəqqini  təmin  edən  bütün 
vətəndaşların  yaradıcı  əməyinin  motivasiyası;  qəhrəmanların  xatirəsinin 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə