Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə85/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   81   82   83   84   85   86   87   88   ...   109

192 
Burada məsuliyyət daha mədəni, ağıllı və güclü, möhkəm iradəyə malik in-
sanın üzərinə düşür. O həm də özünü dərk etməyə, öz davranışına kənardan 
tənqidi baxmağa və lazım gələrsə, onu pozitiv dəyişdirməyə qadir olmalıdır.  
Məlum olduğu kimi, insanın davranışı onun ətraf aləmə bütün münasibət-
lər sistemi, hər şeydən əvvəl onun ətrafdakı insanlara münasibəti ilə müəy-
yən  edilir.  Belə  münasibətin  keyfiyyət  meyarı  insanlar  tərəfindən  həmişə 
qiymətləndirilən  insanlıq  və  humanizmdir.  Albert  Eynşteyn  deyir:  “Yalnız 
başqaları  üçün  yaşanan  həyat  ləyaqətlidir.”  Ünsiyyət  mədəniyyətində  nitq 
çox böyük rol oynayır. Hələ XI əsrdə Key Kavus yazırdı: “Bütün qabiliyyət-
lərdən ən yaxşısını nitq qabiliyyəti hesab et.” İnsanlarla danışıq zamanı öz fi-
kirlərini dürüst ifadə edərək, sözləri düzgün seçmək lazımdır. C. Templton de-
yir ki, “sözlərimiz, vasitəsilə dünyamızı qurduğumuz səs alətidir.” Deyilənin 
məntiqə  uyğunluğu,  pozitiv  energetikası,  qüsursuz  məntiqi  və  inandırmaq 
bacarığı möcüzələr yarada bilər. Kimə isə verilən sözün üstündə durmaq la-
zımdır – bu bizə inamın, hörmətin və müvəffəqiyyətin rəhnidir.  
İnsanın daxili mədəniyyətini, xarakteri, temperamenti, tələbatları, istəklə-
rini,  dünyagörüşünü,  etik  prinsiplərini,  emosiyaları  və  hisslərini,  əhval-ru-
hiyyəsini əks etdirən hərəkətləri digər insanlara zərər yetirməməlidir. Mədə-
ni insan özünün pis əhval-ruhiyyəsini nümayiş etdirməməli, ətrafdakılara öz 
qayğı  və  həyəcanları  ilə  əziyyət  verməməli,  onları  öz  gur  emosiyaları  ilə 
yormamalıdır. O yalnız öz hərəkətlərinə deyil, həm də ətrafdakılara və insa-
nın  özünə  böyük  təsir  göstərən  sözlərinə  fikir  verməlidir.  Xeyirxah  söz  və 
yaxşı iş, səmimiyyət, başqalarını dinləmək qabiliyyəti faydalı insan münasi-
bətlərinin formalaşdırılmasının ən yaxşı üsuludur. Bu zaman etik normaları 
və  qaydaları  bilmək  azdır,  onların  təsadüfi  xarakter  deyil,  şəxsiyyətin  ruhi 
dincliyini yaradan və digər insanların həyatına yardım edən keyfiyyəti olma-
sına imkan yaradaraq, real həyatda onlara dönmədən əməl etmək lazımdır.  
Şəxsiyyətin etik mədəniyyəti və etiket - eyni bir şey deyil, çünki nəza-
kət həmişə xeyirxahlığa əsaslanır, ədəb isə - hörmətə, kəskin ton – heç də 
həmişə təkəbbür və etinasızlıq əlaməti olmur. İnsanı başa düşmək və haq-
qında düzgün mülahizə üçün onun hərəkətləri və ya münasibətinin səbəbi-
ni  axtarmaq,  öz  davranışında  onun  əsaslandığı  motivlərə  nüfuz  etmək  la-
zımdır. Bu zaman özünə kənardan baxmaq, öz xarakterini, vicdanını, özü-
nün dəyərlər sistemini, düşüncələrini, niyyətlərini  və hərəkətlərini obyek-
tiv  qiymətləndirmək  eyni  dərəcədə  vacibdir.  İnsanın  hərəkətləri  həmişə 
yaxşı  düşünülmüş  olmalı,  nəzakəti,  həssaslığı  və  müdrikliyi  ilə  seçilməli-
dir, çünki onlar müəyyən nəticələrə səbəb ola bilər. Bu səbəbdən çalışmaq 
lazımdır ki, onlar ətrafdakılara və insanın özünə yaxşı təsir bağışlasın. Vic-
dan,  məhəbbət,  humanizm,  xeyirxahlıq,  borc,  ədalət,  düzlük  kimi  mənəvi 


193 
kateqoriyalar  aprior  xarakter  daşıyırlar,  zamanla  və  ya  şəraitdən  asılı  ola-
raq dəyişmirlər. Böhran şəraitində və ya mürəkkəb situasiyalarda daha par-
laq şəkildə təzahür edən, insanın daxili əqidəsinə və xüsusiyyətinə çevrilə-
rək,  onlar  ruhi  mədəniyyətin  güclü  mənəvi  amili,  şəxsiyyətin  özünüidarə 
mədəniyyətinin göstəricisi olur.  
Özünüidarə vəzifələrindən biri, ruhi rahatlığın yaradılmasına və bizi əha-
tə  edən  insanlarla  münasibətlər  mədəniyyətinə    yardım  edən  nəzakətli  özü-
nüidarə  üslubunun  formalaşdırılmasıdır.  Bu  isə  bizim  mənəvi  səxavətimiz 
və şəfqətimizdən daha çox asılıdır. Lev Tolstoy deyir: “Sadəlik, xeyirxahlıq 
və həqiqət olmayan yerdə əzəmət yoxdur”. İnsanların xarakteri və tələbatla-
rını anlamaq məqsədilə, özündə onlar barədə müşahidə qabiliyyəti yetişdir-
mək çox vacibdir. Ətrafdakıların xarakteri, maraqları və gözləmələrini anla-
maq,  onlarda  pozitiv  cəhətləri  görməyə,  onların  xeyirxah  başlanğıcını,  mə-
həbbət  və  etimadını  stimullaşdırmağa  çalışmaq,  insanların  problemlərinin 
həllində və tələbatlarının ödənilməsində onlara yardım etmə - bu yalnız şəx-
siyyətin humanist mövqeyi deyil, həm də mədəni insanın özünün sağlamlığı 
üçün lazım olan ruhu tarazlıq şərtidir. İnsanlara məhəbbət bizi xoşbəxtliyə 
nail olmaq üçün zəruri olan enerji ilə təchiz edir.
 
Fyodor Dostoyevski qeyd 
edirdi: “Hamının xeyrinə özünü bütünlüklə fəda etmə şəxsiyyətin ən yüksək 
inkişaf əlamətidir”. 
Başqa insanlara kömək göstərməklə, biz özümüz üçün onların potensial 
dəstəyini yaradırıq. İnsan münasibətləri mədəniyyətinin psixoloji instrumen-
tarisi şəxsiyyətin rahat həyat fəaliyyəti üçün lazım olan, insanlarla ruhi har-
moniyaya  nail  olmağa  imkan  verən  bir  sıra  mühüm  prinsipləri  daxil  edir. 
Bodo  Şefer  səmərəli  həyat  mövqeyinin  və  şəxsiyyətin  düzgün  özünüidarə 
üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyan 24 “qızıl qay-
da”  formulə  etmişdir.  Bu  qaydaların  əsas  mahiyyətini  insan  münasibətləri 
mədəniyyətinə  birbaşa  aidiyyəti  olan  aşağıdakı  tövsiyələrdə  birləşdirmək 
olar. Bu - başqalarına maraq, hörmət və empatiya göstərmə (həmdərd olma), 
onların pozitiv istəkləri və fəaliyyətinin bəyənilməsi və tərifi, çətinliklərinin 
aradan qaldırılması və problemlərinin həll edilməsində diqqət və dəstək gös-
tərilməsidir. Yaxşı cəhətlərini aşkar etmək, ona yaxşı münasibətin və kömək 
etməyə  hazır  olmanın  ifadə  edilməsi  məqsədilə  insanları  müşahidə  etmək 
qabiliyyəti,  şəxsiyyətin  yaxşı  cəhətlərinin  ədalətlə  qiymətləndiriməsi  və 
onun  xidmətlərinin  etirafı,  insanlara  tez-tez  hədiyyələr  etmək  qabiliyyəti  - 
insan münasibətlərinin gözəl psixoloji mühitini yaradır. Buna bağışlamaq və 
nöqsanlara və səhvlərə qarşı iltifatlı olmaq, insanlarla ünsiyyət zamanı, qarşı 
tərəfdən bu gülümsəmə olmasa belə, gülümsəmək qabiliyyətini; həmsöhbə-
tində, sizə onun xahişindən imtina etmək lazım gəlibsə belə, yaxşı əhval-ru-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə