Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə81/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   77   78   79   80   81   82   83   84   ...   109

184 
situasiyasında  qələbəyə  yönəldilmiş  uğurlu  texnologiyaları  təkmilləşdirməyi 
bacarmalıdır.  O,  şəraitin  qurbanı  olmayaraq  və  öz  köməksizliyinə  bəraət  qa-
zandırmayaraq,  öz  arzuları  və  qoyduğu  məqsədləri  nəzərə  alaraq,  ona  lazım 
olan şəraiti özü qurmağı və onu idarə etməyi, düzgün qərarlar tapmağı və hət-
ta faciəli situasiyalarda qələbə sonluğunu təmin etməyi öyrənməlidir. İnsanın 
xarakteri və şüurlu seçimi ilə şərtlənən həyat qabiliyyəti haqqında danışarkən, 
Bodo  Şefer  “qartalın”  və  “ördəyin”  xarakterlərinin  müqayisəsini  verir.  O, 
eqoizmdən azad olmağa qadir qartalları tərbiyə etmək zəruriliyindən danışır. 
“Ördəyin” prinsipi – hər bir şəraitə uyğunlaşma, mübarizə və problemin həlli 
yollarını  tapmaq  əvəzinə  -  bəhanələrin  axtarışı,  situasiyanı,  onun  innovativ 
təhlili  əvəzinə  -  birtərəfli  görmə,  nikbin  mövqe  əvəzinə  -  bədbin  mövqedir. 
Ördəklər şəraitdən şikayət edirlər və malik olduqlarını istəməyə  məcburdur-
lar. Qartallar isə şəraiti dəyişirlər və istədikləri şeyi əldə edirlər. Bu fərqi dərk 
edərək, ördəyə bənzəməmək və “qağıldamamaq”, şikayət etməmək, lakin hə-
rəkət etmək çox vacibdir. Müvəffəqiyyətə hesablanmış özünüidarə, öz ləyaqə-
tini, təbii keyfiyyətləri və qabiliyyətlərini obyektiv qiymətləndirmək, öz güclü 
cəhətlərini məqsədyönlü şəkildə inkişaf etdirmək və pozitiv nəticələr əldə et-
mək  üçün  onlardan  effktiv  istifadə  etmək  və  onları  müntəzəm  olaraq  günü-
gündən yaxşılaşdırmaq bacarığını nəzərdə tutur. Belə özünüidarənin zəruri ef-
fektivlik şərti – biliklər, məntiq və gərgin əmək, qətiyyət, dözüm və möhkəm 
iradə,  müəyyən  situasiyada  mövcud  olan  əlverişli  üstünlükləri  görmək,  dərk 
etmək və düzgün istifadə etmək bacarığıdır. Hər bir insan təkrarolunmazdır. 
Onun təbii keyfiyyətləri, qəlbinin xüsusiyyətləri, xarakterinin əlamətləri, şəxsi 
həyat təcrübəsi təkrarolunmazdır. Onun fərdiliyi yalnız ona məxsusdur.  
Öz  qabiliyyətlərini  və  xöşbəxt  həyat  qurmaq  imkanlarını  lazımi  surətdə 
qiymətləndirmək vacibdir, çünki ağıl, istedad və qabiliyyət – özünün inkişafı, 
tələbatlarını  təmin  etmə  və  məqsədlərinə  nail  olma  üçün  səmərəli  istifadə 
edilməli olan şansdır. Ağılın sərvəti xeyirxahlığın sərvətindən üstündür, çünki 
sərvətlə  ağıl  ala  bilməzsən,  ağılla  isə  sərvət  yaratmaq  mümkündür.  Sərvəti 
itirmək də olar, ağıl, bilik və vərdişlər isə şəxsiyyətin inkişafının nəticəsi olan 
ayrılmaz insan kapitalıdır. Özündə yeniliyə həssaslığı, kreativliyi, innovativli-
yi, bəzən bu və ya digər mühitlə bizə sarınmış, bizim analitik təfəkkür imkan-
larımızı  məhdudlaşdıran  təfəkkür  stereotiplərindən  imtina  etmək  bacarığını, 
taxılı  alaq  otundan  ayırmaq  qabiliyyətini,  öz  seçimimizi  və  bizim  özümüzə 
məxsusluğumuzu  təkmilləşdirmək  çox  vacibdir.  Özünü  bizim  inkişafımıza, 
ruhi vəziyyətimizə pozitiv təsir göstərən, zəngin təcrübəyə və  məhsuldar hə-
yat fəaliyyətinin effektiv strategiyalarına malik yaxşı və ağıllı adamlarla əha-
tə  etmək  lazımdır.  Bununla  bərabər  mədəniyyətinin  sizin  mədəniyyətinizlə 
uyğunsuzluğu aşkar olan insanlarla ünsiyyətdən qəti surətdə çəkinmək lazım-


185 
dır, çünki belə insanlar sizin sağlamlığınıza, şüurunuza və davranışınıza dest-
ruktiv  təsir  göstərən  mənbə  ola  bilərlər.  Lakin  bu  zaman,  əgər  bu  mümkün-
dürsə,  mənbəyinin  sosial  mühit  və  insanın  tərbiyəsi  ilə  şərtlənən  müəyyən 
dünyagörüşü  olduğu  neqativ  energetikaya  malik  insanların  mədəniyyətinin 
pozitiv dəyişilməsinə kömək etməyə çalışmaq lazımdır. İnsan şəraitin qulu ol-
malı deyil, lakin vəziyyəti öz maraqları xidmətinə yönəldərək, digər insanla-
rın  maraqlarına  zərər  yetirmədən,  onları  pozitiv  dəyişdirməlidir.  Əgər  hər 
hansı  bir  vəziyyəti  dəyişmək  bizim  qüvvəmiz  xarıcindədirsə,  təbii  hadisələr 
kimi onları da sakitcə qəbul etməliyik.  
Bizim  fəaliyyətimizi  çətinləşdirən  səbəbləri  yalnız  xarici  mühitdə  deyil, 
həm də öz mövqeyimiz və fəaliyyətimizdə, qətiyyətimizdə və real vəziyyətlə-
ri  öz  maraqlarımızda  istifadə  etmək  bacarığında  axtarmaq  lazımdır.  Bunun 
üçün insan öz həyat fəaliyyətinə görə yüksək məsuliyyət mədəniyyətinə malik 
olmalı, özünü şəxsi taleyinin sahibi hiss etməlidir. Mürəkkəb vəziyyətləri nik-
bin qavramaq, onlara ləyaqətlə reaksiya vermək və təmkinini saxlayaraq im-
kan  daxilində  düzgün  qərarlar  və  hərəkətlər  qəbul  etmək  çox  vacibdir.  Öz 
əlacsızlığına bəhanə axtarmaq deyil, amma bütün enerjisini qoyulmuş məqsə-
də  çatmağa  yönəldərək,  situasiyanın  çağırışına  ağıllı  cavab  tapmaq  lazımdır. 
Françesko Petrarka deyirdi: “Əgər qartal ola bilərsəndə, dolaşalar arasında bi-
rinci olmağa çalışma”. Bu zaman hadisələrə pozitiv təfəkkür və  hakim müna-
sibət  yetişdirmək,  situasiyanı  düzgün  qiymətləndirmək  və  elə  aktiv  fəaliyyət 
göstərmək  lazımdır  ki,  vəziyyəti  öz  müvəffəqiyyətinin  və  öz  xoşbəxtliyinin 
maraqlarına tabe edərək, onu dəyişəsən.  
Müvəffəqiyyətin əldə edilməsində şəxsi intizam və özünə nəzarət mühüm 
rol  oynayır.  Biz  artıq  o  haqda  danışmışıq  ki,  əgər  insan  situasiyanı  idarə  et-
mirsə, onda situasiya onu idarə etməyə başlayır. Bu bizim uğurlarımızın əsa-
sını təşkil edən gündəlik praktik fəaliyyətə münasibətdə də ədalətlidir. Qoyul-
muş məqsədə çatmaq üçün yalnız biliklər və bacarıqlar, istedad və qabiliyyət-
lər, fəaliyyət planları və texnologiyalar kifayət deyil. Nəzərdə tutulan planla-
rın daha yaxşı tərzdə həyata keçirilməsində özünə inam, şəxsi mütəşəkkillik, 
məsuliyyət və iradə, öz fəaliyyətinə daimi nəzarət, planların və alınan nəticə-
lərin  tutuşdurulması  lazımdır.  Öz  fəaliyyət  və  nəticələrinin  qeydini,  -  nailiy-
yətlərini özünütənqid şəklində təhlil etməklə, gündəlikdən yaxud öz fəaliyyə-
tinin səmərəliliyinin digər yazılı monitorinq formalarından istifadə edərək, ya-
zılı formada aparmaq lazımdır. Özünün bütün fikrini və qüvvəsini, onları da-
ğıtmayaraq, bir işin üzərində cəmləşdirməyi bacarmaq və yalnız onu tamam-
ladıqdan sonra digərinə keçmək lazımdır. Öz fikirlərinə nəzarət etmək və diq-
qəti nə isə bir işin üzərində cəmləşdirmək bizim işimizin faydalı əmsalını də-
fələrlə yüksəldir və səmərəli nəticə əldə etməyə imkan verir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə