Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə74/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   70   71   72   73   74   75   76   77   ...   109

170 
hissini dəf etmək lazımdır. Bunun üçün düzgün, düşünülmüş qərar qəbul et-
mək və onu həyata keçirmək lazımdır. Düzgün qərar yalnız məntiqə, elmi bi-
liklərə və praktik təcrübəyə əsaslandırılan zaman - yeni imkanlardır. Qətiy-
yətsizlik ən böyük təşəbbüsləri də məhv edir. İnsan öz üzərində işləməli və 
qələbə niyyətində olmalıdır. Daimi özünü təkmilləşdirmədə şəxsiyyətin inki-
şafının, onun həyat keyfiyyətinin yüksəldilməsi imkanlarının əsası qoyulmuş-
dur. Bilik və əqli əmək – həyatın stimullaşdırılması və qocalmanın gedişini 
azaldan sonsuz prosesdir.   
Mədəni inkişaf prosesi insanın yalnız maddi və ruhi tələbatlarının ödənilməsi-
ni  deyil,  həm  də  onun  yaşadığı  mühitin  formalaşdırılmasını,  insanın  sağlamlığı 
və xoşbəxtliyi üçün aktual əhəmiyyət daşıyan, digər insanlarla onun münasibətlə-
rinin ekologiyasını nəzərdə tutur. Beləliklə, sağlamlıq və xoşbəxtlik – ən mühüm 
motivdir,  insanın  dərk  edilmiş  və  dərk  edilməmiş  tələbatıdır  ki,  onların  təmin 
edilməsi şəxsiyyətin düzgün özünüidarəsini tələb edir. Təbii-coğrafi şərait, ana-
dangəlmə keyfiyyətlər, sosial mühit, tarixi şərait və mədəni mübadilə kimi ob-
yektiv-tarixi amillərlə bağlı olan insanın fərdi mədəniyyətinin inkişafı daha çox 
onun  tərbiyəsi,  təhsili,  tələbatları,  intellekti,  ruhi  dəyərlər  sistemi,  idealları, 
məqsədləri, xarakteri, qabiliyyəti, fəaliyyəti və imkanları ilə şərtlənir. Bunların 
arasında, ilk növbədə tərbiyəni və təhsili ayırmaq vacibdir. Sokrat biliyi - yaxşı-
lıq, tərbiyəni, “özünü və öz yaxınlarının təhsilini” isə hər bir insanın müqəddəs 
borclarından biri hesab edirdi.  
 
İnsanın  mədəni dəyər meyarı 
 
Mənim dərin inamıma görə, insan üçün onun yüksək mədəniyyətli insan ki-
mi  qəbul  edilməsindən  yuxarı  qiymətləndirmə  yoxdur  və  ola  da  bilməz.  Yer 
üzünün hansı nöqtəsində olsa da, insanın ruhi mədəniyyəti – onun dəyər meya-
rıdır. Bu keyfiyyət nə milli, nə dini mənsubiyyətdən asılı deyil. Bu - genetika, 
təhsil və tərbiyə məcmusudur, yalnız qismən insanın irqi, cinsi, yaşı, etnosu və 
yaşayış yerindən asılı olan, millidən və dinidən yuxarı meyardır. Bütün dünya-
da insanın bundan yüksək dəyər meyarı yoxdur. Bizim insani dəyərimiz tutdu-
ğumuz  vəzifə  ilə  deyil,  mədəniyyətimizin,  biliklərimizin,  həyata  keçirdiyimiz 
fəaliyyətimizin və onun nəticələrinin əhəmiyyəti ilə müəyyənləşdirilir. Bununla 
bərabər  keçmiş  xidmətlərimiz  hazırkı  səmərəsizliyimizə  bəhanə  ola  bilməz, 
çünki insan hər vaxt yüksəlməli və inkişaf etməli, özü üçün yeni imkanlar aç-
malı,  gələcəyi  görməyə  və  onu  qurmağa  qadir  olmalıdır.  Mədəni  insan  daim 
təkmilləşməyə, öz həyat və fəaliyyət texnologiyalarını  yaxşılaşdırmağa,  yeni 
ideyalar generasiya etməyə və  uğur üçün innovativ imkanlar yaratmağa can 
atmalıdır. İnsan haqqında sözlərinə görə deyil, əməllərinə görə mülahizə yü-


171 
rüdürlər. Belə ki, Demosfen hər bir əməlsiz sözü dəyərsiz və boş adlandırırdı. 
İnsanları şəxsi həyat fəaliyyəti nümunəsi ilə inandırmaq lazımdır. Başqalarına 
təsir göstərmək üçün şəxsi nümunəsi ilə əməllərində özünün inamını və həqiqi-
liyini təsdiq edərək, onları ruhlandırmaq lazımdır. Bizim sözlərimizin ən yaxşı 
inandırıcılıq  vasitəsi  fəaliyyətimiz  və  tərəfimizdən  əldə  olunan  nəticələrdir. 
İnsan özündə təbii eqoizmi və altruizmi şüurlu surətdə birləşdirməyi bacarmalı-
dır. Çünki ifrat eqoizm, başqalarının tələbatlarına etinasızlıq göstərərək, daxili, 
ruhi  sakitliyin  yoxluğu  ilə  nəticələnir  ki,  bu  da  uğur  üçün  çox  yüksək  qiymət 
olur. Nizami Gəncəvi deyirdi: “İnsanlar üçün xeyirli olmağa çalış”. Başqasına 
qarşı özünə olduğu kimi münasibət göstərmə, ətrafdakıların uğurunu anlama və 
həqiqi maraqlılıq, insanlara ehtiyacında olduğunu verməyə can atmaq, onlar tə-
rəfindən  inam  və  xeyirxahlıq  doğurur,  bizə  kömək  etmək,  bizimlə  dostluq  və 
əməkdaşlıq etmək arzusuna səbəb olur. 
Dünyanı ruhi mədəniyyət – ağlın mədəniyyəti və qəlbin mədəniyyəti idarə 
edir. Məhz o, Krinstian Bove tərəfindən bütün qanunların ən böyüyü kimi təyin 
edilən mütərəqqi inkişaf qanununun gerçək məğzi və hərəkətverici qüvvəsidir. 
Öz şüuruna və öz iradəsinə sahib olma, özündə həyata nikbin münasibət yarat-
ma  bacarığı  insanın  mütərəqqi  inkişafı  üçün  həlledici  əhəmiyyətə  malikdir. 
Əgər günəşin həyatyaradıcı enerji mənbəyi təbii daxili istilik-nüvə reaksiyaları-
dırsa, onda mədəniyyət – həyatın və insan inkişafının tükənməyən süni mənbəyi, 
xeyirxahlığın, məhəbbətin və quruculuğun faydalı enerjisidir. İnsanın həyati tə-
minatı üçün təbii işıq, hava, su, od, torpaq, bitkilər və heyvanlar, qida, hərəkət, 
yuxu kimi, mədəniyyət enerjisi də o qədər əhəmiyyətlidir.  
 
Özünüidarənin effektivlik formulu 
 
Biliklərin, bacarıqların, mütəşəkkilliyin, mənəviyyatın və yaradıcı fəaliy-
yətin  məcmusu - insanın  yüksək ruhi mədəniyyəti, özünüidarə mədəniyyəti 
olmadan  təsəvvüredilməzdir.  Piter  Druker  xüsusi  şəxsiyyət  menecmentini, 
“hər birimizdən, xüsusilə əqli əmək işçilərindən tamamilə  yeni fəaliyyətlər 
tələb edir”, - deyə qeyd edərək, onu insana yanaşmada inqilab adlandırırdı. 
Şəxsiyyətin menecmenti məsələlərinə toxunaraq o, effektiv həyat fəaliyyəti-
nə  imkan  verən  biliklərin  tətbiqinin  əhəmiyyəti  haqqında,  öz  keyfiyyətləri 
və  qabiliyyətlərinin  yaxşılaşdırılması,  həmçinin  öz  əxlaqi  prinsiplərinə  və 
mənəvi dəyərlər sisteminin qorunmasına riayət edilməsi haqqında danışır. O 
qeyd edir ki, uğurlu karyera üçün həyatda öz yerini tapmaq, istənilən imkan-
lar üçün açıq olmaq, öz münasibətlərini məcburiyyət üzərində deyil, etimad 
və qarşılıqlı anlaşma üzərində qurmaq çox vacibdir.  
Əgər özünüidarə mədəniyyətinə onun mahiyyəti baxımından nəzər yetir-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə