Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə72/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   68   69   70   71   72   73   74   75   ...   109

165 
deyirdi: “Nə qədər ki, qəlbinlə xeyirxahlığa tərəf dönməmisən, sən heç kimə 
hakimlik  edə  bilməzsən”.  Uşaqları  tərbiyə  edən  zaman  konkret  nümunələr 
üzrə  onları  inandırmaq  lazımdır  ki,  pozitiv  və  ya  neqativ  davranış  yaxud 
əməl  ya  onların  maraqlarına  cavab  verir,  ya  da  onlar  üçün  təhlükə  törədir. 
Məcburiyyət  və  hədə  deyil,  yalnız  düzgün  izah  etmə  və  inandırma  uşağın 
uğurlu inkişafının, onda pozitiv təfəkkür və xarakterin, fəal həyat mövqeyi-
nin  tənzimçisi  ola  bilər.  Uşaqlıqda  mənimsənilmiş  stereotiplər,  anlayışlar, 
“tabu” (haram), qiymətləndirmələr, münasibətlər və istiqamətlər, adətən, in-
sanların ətraf aləmin təzahürləri, hadisələri və insanlarını ya “düzgün və la-
zımi”, ya da “düzgün olmayan və icazə verilməyən” kimi əsas “görmə” me-
yarına çevrilir. Çox vaxt mülahizələrin qeyri-obyektivliyinin, başqa insanla-
ra, “özgə” mədəniyyətlər, dinlər və ya millətlərin nümayəndələrinə qarşı əv-
vəlcədən yaranmış yanlış fikrin səbəbi məhz onlar olur. 
Uşaqların  tərbiyə  mədəniyyətindən  onların  yalnız  öz  şəxsi  taleyi  deyil, 
cəmiyyətin, millətin, dövlətin və bütün bəşəriyyətin sosial rifahı da asılıdır. 
Alimlər  hesab  edirlər  ki,  artıq  üç  yaşından etibarən  valideynlər  uşağı  yaxşı 
başa düşməli, onun  müstəqilliyini və  məsuliyyətini inkişaf etdirməyə  çalış-
malı, dəyişən tələbatlarını nəzərə almalı və xarakterindəki neqativ cəhətlərin 
inkişafının  qarşısını  alaraq,  maraqlarını  ödəməlidir.  Uşaqların  tərbiyəsinə 
yanaşmaya  toxunaraq,  Russo  deyirdi:  “Uşaqlarda  dəcəlliyi  öldürsəniz,  heç 
vaxt  müdriklər  hazırlamağa  nail  olmayacaqsınız”.  Bir  qayda  olaraq,  daimi 
nəsihətlər  uşaqlarda  əks  nəticələr  verir.  Uşaqlar  emosional  cəhətdən  qıcıq-
landırıcıya uyğunlaşırlar və mahiyyətindən asılı olmayaraq, böyüklərin söz-
lərinə fikir vermədən, tədricən onu qavramırlar. Artıq bu  yaşda, uşaqla ün-
siyyət zamanı onunla öz dilində danışaraq, onun “dünyanı görməsini” nəzə-
rə alaraq, daim dərinləşdirərək, genişləndirərək və korreksiya edərək, insan 
münasibətləri mədəniyyətinin məlum etik-psixoloji və “üç dairə” modelinin 
uşağa  uyğunlaşdırılmış  məntiqi  yanaşmalarından  istifadə  etmək  lazımdır. 
Bəzən  qəbul  edilməyə  nail  olmağı  arzulayaraq,  tərif  qazanmaq  üçün  uşaq 
yalana əl ata bilər (əgər bəyənilən hərəkətlər edəndə bu onda alınmırsa),  ya-
xud  “biabır  olmamaq”  üçün  “xilas  naminə”  yalana  yol  verə  bilər.  Əgər  bu 
tendensiya vaxtında hiss olunmasa, o, vərdişə çevrilə bilər. Yalanı ifşa etmək 
və üstünü açmaqla deyil, yalanın əxlaqi tərəfini və avtoritetə neqativ təsirinin 
izahı  yolu  ilə,  eyni  zamanda  uşağa  onun  özünütəsdiqində  və  düzgün  qəbul 
edilməsində - uşağın pozitiv əməlləri və şəxsiyyətinin qiymətləndirilməsi yo-
lu ilə onu aradan qaldırmaq lazımdır. Cuma və Zelda Siqal beş yaşından eti-
barən uşaqları optimizmə öyrətməyi tövsiyə edirlər. Onlar əmindirlər ki, vali-
deynlər  özlərinin  keçmiş  pozitiv  təcrübəsi  haqqında  uşaqlarına danışmalıdır-
lar. Bu, balacalara özündə nikbin xarakter formalaşdırmağa və müxtəlif həyat 


166 
situasiyalarında özünənəzarət hissini yetişdirməyə yardım edər. 
Uşaqların tərbiyəsi səbr, təcrübə və pedaqoji bacarıqlar tələb edən çətin pro-
sesdir. Məsələn, pedaqogika təsdiq edir ki, uşaq yalanının səbəbi – xəyal obraz-
ları ilə mənimsəmə obrazlarının qarışdırılması, yaxud böyüklər öz istiqamətlən-
dirici sualı və intonasiyası ilə hiss olunmadan uşağa müsbət cavab təkanı verən-
də, “təlqin edilmiş yalan” ola bilər. Uşağa daim və məqsədyönlü şəkildə müs-
bət xüsusiyyətlər aşılamaq və eyni zamanda onları, bir qayda olaraq daha asan 
və daha tez möhkəmlənən neqativ xüsusiyyətlərdən qoruyaraq inkişaf etdirmək 
lazımdır.  Valideynlər  öz  uşaqları  ilə  birlikdə  daha  çox  oynamalı  və  uşaqlarla 
onların öz dilində danışmalı, hədələr və cəzalardan deyil, sosial və peşəkar rol-
larının mənimsənilməsinə imkan verən həyat hadisələri və qanunlarının mahiy-
yətlərini izah etmə metodikasından istifadə etməklə, onlarda gözəlliyə və fayda-
lı olana məhəbbət aşılamalıdır. Yeniyetmələrlə ünsiyyətdə kompetensiya, əda-
lət, dostluq və qayğını nəzərdə tutan həmrəyliyə və əməkdaşlığa əsaslanan ya-
naşmadan istifadə etmək lazımdır. Eyni zamanda öyrətmə, nəsihət və rəhbərlik 
metodlarından  istifadə  edərək,  onlara  düzgün  seçim  etməyə  kömək  etməklə, 
özünü onlarla böyüklərlə olduğu kimi aparmaq lazımdır. Bununla yanaşı nəsil-
lər  arasındakı  mədəni-psixoloji  uyğunsuzluğu  da  nəzərə  almaq  və  bu  hesabla 
yeniyetmələrlə  öz  bərabəri  kimi  danışmaq,  onları  manipulyasiya  etmək  deyil, 
dərdinə şərik olmaq, əməkdaşlıq etmək, onların rastlaşdığı çətinliklərin aradan 
qaldırılmasında real surətdə kömək etmək lazımdır. 
Ailədə uşaqların tərbiyəsi, əmək kollektivində olduğu kimi, müxtəlif üslub-
lar vasitəsilə həyata keçirilə bilər – demokratik, avtoritar və liberal. Demokratik 
üslub  daha  məqsədəuyğun  hesab  edilir.  Avtoritar  və  liberal  üslublar  səmərəli 
hesab edilmir. Ünsiyyətdə avtoritarlıq mövqeyi dialoqa səbəb olmur və  ya sa-
dəcə olaraq onun yaranma imkanını istisna edir. O, şübhə və tənqidə dözmür, 
qeyri fikirləri və ya yeni yanaşmaları müdafiə edənin şəxsində “düşmən surəti” 
görərək, nöqsansız həqiqət kimi  yalnız öz rəyinin “nüfuzuna”  əsaslanır. Vali-
deynlərin  avtoritar  üslub  rəhbərliyi  arsenalında  valideyn  nüfuzunun  -  “təzyiq 
göstərmə nüfuzu” (hakimiyyətin, adın yaxud biliklərin gücünün könüllü eti-
raf  edilməsi),  “məsafə  saxlama  nüfuzu”  (tabe  olanlarla  məsafə  saxlamaqla 
onlara təsir etməkdə rəhbərin inamı), “təkəbbür nüfuzu” (şöhrətpərəst lovğa-
lıq,  təkəbbür),  “pedantlıq  nüfuzu”  (xırdaçılıq,  nədəsə  lüzumsuz  rəsmiyyətçi-
lik),  “nəsihətçilik  nüfuzu”  (boş,  səmərəsiz  sözçülük)  kimi  növləri  vardır. 
Avtoritar üslub, bir qayda olaraq, uşaqlarda təşəbbüssüzlüyü, acıqlılığı, qəddar-
lığı, qeyri-səmimiliyi formalaşdırır. Françesko Petrarka deyirdi: “Uşaqlarını-
zın göz yaşlarını qoruyun ki, uşaqlar onları sizin məzarınızın üstündə axıda 
bilsinlər”.  Liberal  üslubun  arsenalında  çox  vaxt  “məhəbbət  nüfuzu”,  “xeyir-
xahlıq  nüfuzu”,  “dostluq  nüfuzu”  və  “ələ  alma  nüfuzu”  istifadə  edilir.  Uşağın 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə