Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə65/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   61   62   63   64   65   66   67   68   ...   109

150 
Biz  artıq  bilirik  ki,  mədəniyyətin  inkişaf  amilləri  anadagəlmə  mədəni 
keyfiyyətlər, sosial mühit, təbii-coğrafi şərait, tarixi vəziyyət və mədəni mü-
badilədir.  İnsan  mədəniyyətinin  formalaşdırılması  ana  bətnində  başlayır  və 
ailədə  davam  edir.  Ailə  -  tərbiyə  və  təhsil  prosesində  uşağın  təşəkkülünün 
baş verdiyi sosial mühitin ilk, və həm də ən əsas pilləsidir. Onun gələcək hə-
yatının  bünövrəsi  məhz burada qoyulur,  dəyərləri və  təsəvvürləri,  xarakteri 
və  idealları,  intellektual,  etik
 
və  estetik  mədəniyyətinin  əsasları  formalaşır. 
Ailə - Con Lokkun əzəl və ən xoş məziyyət adlandırdığı ilk həyat məktəbi, 
insan münasibətləri məktəbi, ruhi və maddi mədəniyyət məktəbidir.  
Ailə  -  müxtəlif  yaşlı  və  cinsli  doğma  insanların  böyük  olmayan  qrupu, 
həyat  əhəmiyyətli  şəxsiyyətlərarası  ünsiyyətin  baş  verdiyi  “kiçik  kollektiv-
dir.” Bu, vahid dünyagörüşü və yüksək məqsədlərlə bağlı olan, öz həyatları-
nın  uşaqlarında  və  nəvələrində  davam  etdirilməsi,  onların  rifahı  və  daha 
yaxşı  gələcəyi  haqqında  qayğıyla  motivləşdirilmiş  ruhən  yaxın,  doğma  in-
sanların məhəbbət, dostluq, həmrəylik və birgə dərk edilən həyat məbədidir. 
Uşaq ailədə ilk addımlarını atır, dil açır, biliklərin və davranış qaydalarının 
başlanğıcını mənimsəyir, özünün ilk həyat dərslərini alır.  
Ailə  -  cəmiyyətin  və  dövlətin  ən  mühüm  sosial  dəyəridir.  Bu,  insanın  tə-
şəkkülü və inkişafı proseslərinin, əsas etibarilə digər insanların həyatının asılı 
olduğu  cəmiyyətin  gələcək  liderləri  və  vətəndaşlarının  formalaşmasının  baş 
verdiyi kiçik və böyük insan dünyasıdır. Nəsildən nəslə ötürülən yazılmamış 
qanunlar, təsislər və təyinatların yaşamaq qabiliyyətini və şəxsiyyətin psixolo-
giyası və. davranışının formalaşmasına təsir gücünü təmin edərək, ailə onların 
“translyasiyasını” həyata keçirir. Anadangəlmə keyfiyyətlərin və əldə edilmiş 
biliklərin, tərbiyə və yaradıcı əməyin nəticəsi kimi, şəxsiyyətin ruhi mədəniy-
yətinin bünövrəsi məhz ailədə qoyulur. Dövlətin həyat qabiliyyəti bir çox cə-
hətdən ailə mədəniyyətindən – onun üzvlərinin təhsillilik və etik mədəniyyəti, 
yaradıcılıq fəaliyyəti və rifah səviyyəsindən asılıdır. Vətəndaşların biliyini və 
mənəviyyatını, şüurunu və vicdanını, məhəbbəti, inamı və yaxşılığını, yaradı-
cılığını və rifahını ifadə edən bu ən qiymətli sosial kapital, sosial şərin və so-
sial  sabitsizliyin  aradan  qaldırılmasının  əvəzedilməz  vasitəsidir.  Ailə  mədə-
niyyəti həm valideynlərin şəxsi mədəniyyətindən, onların bilikləri, bacarıqla-
rı, mütəşəkkilliyindən, onların həyat fəlsəfəsi, mənəviyyatı və yaradıcı fəaliy-
yətindən, həm də bütövlükdə milli mədəniyyətdən, xalqın ənənələri, adətləri, 
milli psixologiyasından, dinindən asılıdır.  
Necə xoşbəxt olmalı? Yəqin ki, insan üçün həyatda başlıca olan xoşbəxt-
likdir, və ilk növbədə, ailə xoşbəxtliyidir. Xoşbəxt ailəni dostluq və məhəb-
bət  hissləri  olmadan  təsəvvür  etmək  çətindir.  Ailə  üzvləri  yaxşı  qarşılıqlı 
münasibətlər,  qarşılıqlı  anlaşma  və  harmonik  inkişafın  formalaşdırılması 


151 
üçün  ilkin  zəruri  şəraiti  yaradırlar.  Həqiqi  dostluq  və  əsl  məhəbbət  kimi, 
xoşbəxt ailəni də heç bir pulla almaq mümkün deyil. Onu yalnız öz zəhmə-
tin və ailə üzvlərinin əməyi ilə qurmaq, yaratmaq, idrakın və qəlbin gücü ilə
ruhi mədəniyyətlə, məhəbbətlə əldə etmək olar. Öz uşaqlarını, öz yaxınlarını 
xoşbəxt etmədən, ailə həyatında ruhi harmoniyaya nail olmadan, insan özü 
xoşbəxt ola bilməz.  
Ailə,  bir  sistem  kimi,  geniş  münasibətlər  spektri  ilə  bağlıdır.  Bu,  vali-
deynlər arasındakı münasibətlər, övladlar arasındakı münasibətlər, valideyn-
lər və övladlar arasındakı  münasibətlər, uzunömürlülükdən asılı olaraq, ulu 
nənələrin və ulu babaların da daxil olduğu müxtəlif nəsil nümayəndələrinin 
bir ailə çərçivəsi daxilindəki münasibətlərdir. Daha geniş kontekstdə bu həm 
də ailənin qohumlarla olan münasibətləridir. Ailənin və onu təşkil edən şəx-
siyyətlərin qarşılıqlı əlaqələri mürəkkəb sistemdən ibarətdir ki, onu dərk et-
mədən  ailə  münasibətlərini  idarə  etmək  mümkün  deyil.  Ailə  əlaqələrini 
möhkəmləndirən  amillər  sırasında  mədəni  dəyərlər  sisteminin  vahidliyini, 
ailənin mahiyyəti və məqsədləri haqqında, uşaqların tərbiyəsinə yanaşmalar 
haqqında,  ər-arvadın  rolu,  məsuliyyəti  və  vəzifələri  haqqında  təsəvvürlərin 
uyğunluğunu,  ər-arvadın  emosional  ümumiliyini  və  s.  göstərmək  olar.  Hər 
bir mədəni ailə insan həyatının dəyərləri və mənası haqqında, öz əcdadları-
nın cəmiyyət qarşısındakı nailiyyətləri və xidmətləri haqqında, özünün tarixi 
missiyası,  məqsədləri,  imkanları  və  gözləmələri  haqqında,  şərəfli  keçmişi 
haqqında,  övladlarının  və  yeni  nəsillərin  ləyaqətli  gələcəyi  haqqında  aydın 
təsəvvürə malik olmalıdır. Müasir ailənin rifahı, əsas etibarilə ailənin yaşa-
dığı cəmiyyətlə və onu cəmiyyətlə bağlayan çoxlu sayda görünməz tellərlə - 
xarici mühitlə qarşılıqlı əlaqəsindən asılıdır. Ailə beynəlxalq münasibətlərin 
qeyri-rəsmi  subyekti  də  ola  bilər  və  bununla  millətin  və  yaşadığı  dövlətin 
imicinə təsir göstərə bilər. Üzvlərinin səviyyəsi və sosial-siyasi fəallığından 
asılı  olaraq  o,  xalqların  qarşılıqlı  anlaşması,  həmrəyliyi  və  əməkdaşlığının 
inkişafı üçün əlverişlı xarici mühitin yaranmasına imkan yaradaraq, beynəl-
xalq münasibətlər mədəniyyətinə də təsir göstərə bilər.  
 
 
Ailə idarəçiliyi mədəniyyətinə qoyulan tələblər haqqında 
 
Ailə  səviyyəsində  biz  cəmiyyətdəki  idarəetmə  proseslərini,  lakin  bir  qə-
dər yumşaq, spesifik formada görürük. Ailə üçün idarəetmənin hüquqi deyil, 
əsasən mənəvi-etik formaları xarakterikdir. Ailənin həyat fəaliyyətinin idarə 
edilməsi,  onun  tələbatlarının  təmin  edilməsi  və  onun  inkişafının  strateji 
planlaşdırılması, ailə münasibətləri mədəniyyətinin formalaşdırılması və qo-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə