154
Tusinin ailə qurma fəlsəfəsi
Ailə həyatı fəlsəfəsinin və ailə idarəçiliyi məsələlərinin dərk edilməsinə
görkəmli tarixi şəxsiyyətlərin, dünya mədəniyyəti və sivilizasiyası klassiklə-
rinin, həmçinin əsərlərində ailənın təşkil və idarə edilməsi üçün metodoloji
baxımdan zəruri prinsiplərin olduğu, yaxşı tanınmış müasir mütəxəssislərin
konsepsiyaları və yanaşmaları yardım edir. Məhəmməd Nəsirəddin Tusiyə
görə ailənin qurulması əməklə və ictimai-iqtisadi amillərlə sıx bağlıdır.
Onun strukturu beş dayaq üzərində formalaşır: ata, ana, uşaqlar, qulluqçu,
ərzaq. Bu zaman Tusi ailənin başlıca mahiyyətini və əsasını onun üzvləri
arasında harmonik münasibətlərin olmasını hesab edir, ailənin saxlanması
və idarə edilməsini isə ailə başçısının məsuliyyət daşıdığı insan sağlamlığını
təmin edən həkimliklə müqayisə edir. Ailənin idarə edilməsi ailə maraqları-
nın onun ayrı-ayrı üzvlərinin maraqlarından prioritetini, əməyin düzgün bö-
lünməsini, möhkəm qaydanın, maddi rifahın, etibarlı yaşayış yerinin olması-
nı nəzərdə tutur. Ailənin idarə edilməsinin mühüm iqtisadi məsələləri - halal
zəhmətə əsaslanan gəlir, istehsal hesabına düzgün istehlak və xərclər hesabı-
na əmlakın toplanması və qorunmasıdır.
Orta əsr feodal cəmiyyətinin reallıqları ondan ibarət idi ki, istedadlı şəx-
siyyətlərin və onların ailələrinin rifahı onların bilikləri, bacarıqları və Vətən
qarşısındakı xidmətlərindən deyil, bütünlüklə və tam çəkildə hökmdarlar tə-
rəfindən onlara qarşı münasibətdən asılı idi. Cordano Bruno, Rocer Bekon,
Kopernik, Qaliley və bir çox digər orta əsr alimlərinin taleyini xatırlamaq
kifayətdir. Analoji vəziyyət müsəlman Şərqində də mövcud idi. Belə ki,
A.E. Krımski göstərir ki, burada XI əsrdə görkəmli şəxsiyyətlərin rifahı və
əmin-amanlığı əvvəlcə Qəznəvi, sonra isə Səlcuq hakimlərinin onlara müna-
sibətindən asılı idi. Müasir demokratiyalarda şəxsiyyətin və ailənin rifahı in-
sanın mədəniyyəti, bilikləri, qabiliyyətlərindən, cəmiyyət və dövlət üçün
onun tələbatlığı və faydalılığı dərəcəsindən asılıdır. Demokratiya mədəniy-
yəti şəraitində ailə, dövlət və cəmiyyətin proqressiv inkişafında vəzifə haki-
miyyəti deyil, şəxsiyyətin mədəniyyəti və onun biliklərinin hakimiyyəti həll-
edici rol oynayır.
Adair və Maslounun modellərinin
tətbiqi haqqında
Ailənin həyat fəaliyyətinin idarə edilməsi mədəniyyətində Con Adairin
“üç dairə“ modelinin tətbiqi məqsədəuyğun ola bilər ki, onu belə şərh et-
mək olar: vəzifə, ailə və ailənin ayrı-ayrı üzvləri (fərdlər). Burada da ailə in-
155
kişafının strateji idarə edilməsi, ailə üzvlərinin ümumi məqsədlə, prinsiplər-
lə, ailə etikası, ideologiyası və gələcəyi görmə qabiliyyəti ilə birləşməsi, ailə
üzvlərinin maraqlarını vahid mədəniyyət çərçivəsində harmonizasiya etmək
bacarığı, onların inkişafı və yaradıcı fəaliyyəti üçün şərait yaratmaq kimi li-
derlik keyfiyyətləri lazımdır.
Ailə qurmaq üçün motivasiya modeli kimi, A. Maslounun artıq bizə tanış
olan, insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksimal inkişaf
imkanları və özünü reallaşdırma prinsipləri üzərində qurulan “ideal cəmiy-
yət” modelindən istifadə etmək olar. O, insanın şüurunun humanist yolla də-
yişdirilməsi və mədəniyyətin sosial institutlarını yenidən təşkil etməklə
onun pozitiv dəyişdirilməsini nəzərdə tutur. Özünü qorumada, təhlükəsizlik-
də və sülhdə, məhəbbətdə və birgəlikdə, özünütəsdiqdə və tanınmada, yara-
dıcılıq vasitəsi ilə özünün aktuallığında və təkmilləşməsində olan sosial tələ-
batlar, həmçinin fizioloji tələbatlar ailə idarəçiliyi üçün aktualdır. Ailədə on-
lar məhəbbət və bağlılıqla, valideynlər və övladlar, qardaşlar və bacılar, nə-
vələr, babalar və nənələr arasındakı qan qohumluğu və borc hissi ilə şərtlə-
nən spesifik ailə tələbatları ilə də tamamlanırlar. Ailə motivasiyasını daha
yaxşı başa düşmək məqsədi ilə A. Maslounun konsepsiyasını geniş interpre-
tasiyada aşağıdakı kimi təqdim etmək olar:
1.
Fizioloji tələbatlar (aclıq, susuzluq, yuxu, sağlamlıq və s.).
2.
Təhlükəsizlik tələbatları (əminlik, təhlükədən qorunma, sabit-
lik və nizam-intizam, ruhi dinclik və s.).
3.
Sosial tələbatlar (ailəyə mənsub olma, təqdir edilmə, ictimai
həyat, məhəbbət və dostluq, ailə rifahı və xoşbəxtlik).
4.
Hörmətdə tələbat (özünəhörmət, tanınma, uğur, status).
5.
Özünü aktuallaşdırma tələbatı (təkmilləşmə, nailiyyətlər, şəx-
siyyətin inkişafı).
6.
Öyrənmə və başqalarını maarifləndirmə tələbatı.
7.
Estetik düyğu və gerçəkliyin dəyişdirilməsi tələbatı.
8.
Allaha inam, dərk etmə və məhəbbətdə tələbat.
Ailəni idarəetmə prinsipləri haqqında
Ailə həyatının tənzimlənməsinin əsas prinsipi hüquq deyil, mənəviyyat-
dır. Ailə üçün spesifik funksiya ilə tərbiyə və təhsil, ailə büdcəsinin idarə
edilməsi, həyat fəaliyyətinin proqram və layihələrinin reallaşdırılması adə-
tən qeyri-formal, qeyri-hüquqi xarakter daşıyır. Ailə mədəniyyəti psixologi-
yası onların qan qohumluğu ilə əlaqəliliyi, bir-birinə bağlılığı, borc hissi ilə,
156
ənənələrlə, bir-birinin qarşısında və digər insanlar qarşısında, cəmiyyət və
dövlət qarşısındakı mənəvi məsuliyyətlə şərtlənir.
Ailə həyatının hər bir tarixi mərhələsində tələbatlar və maraqlar dəyişir, ailə
qarşısında duran vəzifələri görməyə və reallaşdırmağa prinsip etibarilə yeni ya-
naşmalar tələb edən yeni sərait və imkanlar yaranır. Lakin bu zaman ailənin mə-
nəvi prinsipləri və ənənələri həmişə qorunmalıdır. Ailənin rifahı, inkişafı və təh-
lükəsizliyinə görə məsuliyyət, onun idarə edilməsində aparıcı rol oynayan ailə
başçısının üzərinə düşür. Ailə münasibətlərindəki harmoniya bir çox cəhətdən
onun şəxsi mədəni səviyyəsindən – intellekti, etikası, iradəsi, xarakteri, enerjisi,
məsuliyyəti, xarizmatik keyfiyyətlərindən asılıdır. Ailə başçısı favoritlikdən qaç-
malı, qızıl orta həddi gözləməli və ifrata varmamalı, ailənin bütün üzvlərinə qarşı
ədalətli, dürüst və alicənab olmalıdır. O, ailənin həyat fəaliyyəti prosesindəki dia-
lektik ziddiyyətləri və gözlənilməz çətinlikləri aradan qaldırmaq üçün lazım olan
dözümə və təmkinə malik olmalı, anlaşma və qayğı, nəzakət və dərdə şəriklik
göstərməli, natura bütövlüyünə və yumor hissinə malik olmalıdır.
Universal ailə idarəçiliyi mədəniyyəti prinsiplərinə əsaslanaraq, ailə
başçısı borcludur:
Ailə üzvlərinin ruhi və maddi tələbatlarının maksimum ödə-
nilməsinə yardım etməyə.
Övladlarına yaxşı təhsil verməyə.
Ailə üzvlərinin sağlamlığının qorunmasına qayğı göstərməyə.
Övladlarında nəciblik, şəfqət, cəmiyyətin rifahı naminə bilik-
lərə və vicdanlı əməyə məhəbbət, insanlara humanist məhəbbət, və-
tənpərvərlik və comərdlik, yaradıcılıq başlanğıcı, yüksək etika və
həmrəylik hissi tərbiyə etməyə.
Ailənin vahid ruhi mədəniyyətinin formalaşdırılması maraq-
larında, ailə üzvlərinin mədəniyyəti, xarakteri və mənafeyini harmo-
nizasiya etməyə.
Ən yaxşı ailə ənənələrinin varisliyini təmin etməyə.
Böyük və mehriban ailənin qızıl qaydalarından biri, valideynlərin kürəkənlə-
rə və gəlinlərinə öz doğma övladları kimi psixoloji münasibət prinsipidir.
Ailənin idarə edilməsi məqsədi, vəzifələri
və metodları haqqında
Ailənin idarə edilməsi aşağıdakı həyat şəraitlərinin: uşaqların təhsili və
tərbiyəsinin ; ailə rifahı; sağlamlıq; ailə ideologiyası və ailə etikasının; ailə
həmrəyliyi, məhəbbət, dostluq və sədaqət hissinin; ailə ənənələri varisliyi-
nin; qonşular, qohumlar, dostlar, iş yoldaşları və bütövlükdə cəmiyyətlə sa-
Dostları ilə paylaş: |