Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə1/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
  1   2   3   4   5   6   7   8   9   ...   20
UNEC 1697617103


Mövzu 8.
Komanda işi anlayışı
Plan:

  1. Qrup anlayışı, növləri

  2. Qrupun yaranması və inkişafı haqda nəzəriyyələr, inkişaf mərhələləri

  3. Komanda,yaranma prosesi, komanda işi

  4. Komanda işinin üstünlükləri

  5. Kollektivdə rolların strukruru: yaradıcı , kommunikasiya (rabitə yaradan), davranış rolları

  6. Komandada rollarının tipləri

  7. İşlərin qruplaşdırılması, Eyzanhauer prinsipi

  8. İş bölgüsü, səlahiyyətlərin ötürülməsi yolları

İstənilən təşkilatın fəaliyyətinin effektivliyi yalnız ayrı-ayrı əməkdaşların fəaliyyətinin effektivliyi ilə yox, həm də onların birgə fəaliyyətinin nəticəliliyi ilə müəyyən olunur. Təşkilatda insanlar tək yox, digər şəxslərlə qarşılıqlı əlaqəli şəkildə qrup daxilində fəaliyyət göstərirlər. Qrup qarşısında duran vəzifələrin həlli qrupa daxil olan müxtəlif ixtisaslı, fərqli qabiliyyətlərə, biliklərə malik fərdlərin birgə fəaliyyətini tələb edir.


Qrup daxilində fəaliyyət fərdin davranışına da təsir edir, onun davranışını əhəmiyyətli dərəcədə dəyişə bilir.
Qrup – müəyyən sayda (2 və daha çox) qarşılıqlı əlaqəli, asılı və bir-birinə qarşılıqlı təsir göstərən insanın konkret məqsədə nail olması üçün nisbətən xüsusiləşmiş birliyidir.
Qrup üzvləri müxtəlif vəzifələri yerinə yetirir, bir-birindən asılıdır, birgə fəaliyyətlərini koordinasiya edir və özlərini tamın hissələri kimi görürlər.
Qrupları müxtəlif əlamətlərinə görə təsnif etmək mümkündür. Cədvəl 1-də qrupların təsnifatı verilmişdir.
Cədvəl 1

Qrupların formalaşmasını izah edən müxtəlif nəzəriyyələr mövcuddur.
C.Xommansın “Qrupların formalaşması” nəzəriyyəsinə görə – tapşırıqların birgə yerinə yetirilməsi zamanı emosional yaxınlıq və paylaşılan hisslər insanları qrupda birləşdirir.
Digər nəzəriyyə “Tarazlıq nəzəriyyəsi”–dir. Bu nəzəriyyəyə görə insanları qrupda ümumi dəyər və məqsədlər birləşdirir.
Daha bir nəzəriyyə “Mübadilə nəzəriyyəsi” –dir. Bu nəzəriyyəyə görə məkanca yaxın və eyni dəyərləri bölüşən insanlar o halda qarşılıqlı təsirə can atır ki, bu əməkdaşlıq nəticəsində qazanc xərclərdən çox olsun.
“Yaxınlıq nəzəriyyəsi” – qrupların yaranmasını məkan və coğrafi yaxınlıqla əlaqələndirir.
İşçi qruplar müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər:
Qrup üzvlərinin asılı qarşılıqlı münasibətləri səviyyəsi – geniş səlahiyyətlərə malik rəisin rəhbərliyi altında fəaliyyət göstərən qruplar;
Qrup üzvlərinin müstəqil qarşılıqlı münasibətləri səviyyəsi –hər bir üzv fərdi tapşırıq yerinə yetirir və yalnız ona görə məsuliyyət daşıyır;
Qrup üzvlərinin qarşılıqlı asılı münasibətləri səviyyəsi – qrup üzvləri işin yerinə yetirilməsində bir-birinə arxalanır, bir sıra hallarda müstəqil işləsələr də öz fəaliyyətlərini qarşılıqlı razılaşdırırlar.
İşçi qrupların özünəməxsus xarakterik xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər aşağıdakılardır:

  • Qrup üzvlərinin fərdi məsuliyyəti mövcuddur.

  • Informasiya və fikir mübadiləsi məqsədilə görüşlər keçirilir.

  • Əsas fəaliyyət fərdi tapşırıqların yerinə yetirilməsinə yönəlir.

  • Fərdi nəticələr alınır.

  • Fərdi funksiyalar, öhdəliklər və tapşırıqlar müəyyən olunur.

  • Fərdi fəaliyyətin nəticəsinə maraq və şəxsi çətinliklərin dəf olunması mövcuddur.





Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə