Mövzu Komanda işi anlayışı


Komandanı adi qrupdan fərqləndirən üç əsas əlaməti mövcuddur



Yüklə 255,89 Kb.
səhifə3/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   2   3   4   5   6   7   8   9   ...   20
UNEC 1697617103

Komandanı adi qrupdan fərqləndirən üç əsas əlaməti mövcuddur:
- Komandada işçilər işi yerinə yetirmək üçün birləşirlər;
- Ümumi məqsədin olması – komandanın bütün üzvləri vahid son nəticəyə işləyirlər;
- Qarşılıqlı və kollektiv məsuliyyət. Komandanın bütün üzvləri komanda qarşısında duran vəzifələrin yerinə yetirilməsinə görə bərabər məsuliyyət daşıyırlar.
Komandanın xarakterik xüsusiyyətləri aşağıdakılardır:

  • Məqsədli təbiəti;

  • Formal strukturu;

  • Əməyin bölünməsi və ixtisaslaşması;

  • Dinamizm;

  • Sinergiya;

  • Davamlılıq;

  • Korporativlik;

  • Işçi və qrup normaları;

  • Komanda məsuliyyəti.

Qrupun inkişaf mərhələləri modeli Tukman (1965, 1977) Komanda qurulması prosesində daxil edilən beş ardıcıl addım var:

  • Formalaşma/Forming: məlumatlanaraq formalaşır.

  • Burulğan/Storming: mənsubluq hissinin əmələ gəlməsi

  • Normalaşma/Norming: ünsiyyətdən irəli gələn əməkdaşlıq yaranır. Nəticə olaraq üzvlər biri birinə güvənməyə başlayırlar.

  • Yerinə yetirilmə/Performing: məhsuldarlığa aiddir. Bu mərhələdə problemlər həll olunur və qarşılıqlı asılılıq yaranır, bu da nailliyyətlərə gətirib çıxarır

  • Dağılma/Adjourning: ayrılığa aiddir. Əgər əvvəlki dörd mərhələ müvəffəqiyyətli olmuşdursa, bu baş vermir.

Səmərəli komandaların xarakteristikaları.
D.Kasenbaç və D.Smit səmərəli komandaların aşağıdakı xarakteristikalarını qeyd edirlər:
- Komandalar əksər təşkilatlar üçün əsas səmərəlilik vahidləridirlər. Onlar bir neçə adamın vərdişlərini, təcrübəsini və intiusiyasını birləşdirirlər.
- Komandada iş bir komandada olduğu kimi bütün təşkilata aiddir. O, onu nəzərdə tutur ki, elə dəyərlər toplusu var ki, başqalarının nöqteyi-nəzərinə qulaq asmağı və ona reaksiya verməyi, əməkdaşlıq mövqeyində durmağı, əksi sübüt olunmamışlara inanmağı, ehtiyacı olanları müdafiə etməyi və başqalarının maraqlarını və uğurlarını tanımaq xüsusiyyətlərini rəğbətləndirir.
- Komanda mürəkkəb məsələlərin həlli üçün yaradılır və fəaliyyət göstərir.
- Komandalar təklikdə işləyən işçiləri və ya böyük təşkilat birliklərində işləyənləri üstələyir. Xüsusən də o vaxt ki, məsələnin həlli mürəkkəb vərdişlər, qiymətləndirmək bacarığı və təcrübə tələb edir.
- Komandalar elastikliyə malik olur və dəyişən hadisələrə və tələblərə reaksiya verir. Onlar yeni məlumatlara və məsələlərə öz yanaşmalarını böyük təşkilatı birliklər sistemində işləyən işçilərə nisbətən daha sürətlə və səmərəli uyğunlaşdıra bilirlər.
- Yüksək səmərəlilikli komandalar ümumi və fərdi məqsədlərin tədqiqi, formalaşdırılması və razılaşdırılmasına çox zaman sərf edir. Onlar öz inkişaflarına və uğurlarına dərin sadiqlik hissləri ilə xarakterizə olunurlar.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə