Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə8/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
UNEC 1697617103

4. Dinamik yanaşma
Bu yanaşmanın əsasını Kurt Levinin dinamik psixologiyası təşkil edir. Qrupun formalaşması qrup dinamikası qanunlarına görə qrupun ardıcıl mərhələləri keçərək yer tutması və inkişaf səviyyəsinə nail olmaqla baş verir. Dinamik yanaşma ən çox psixoterapiya qruplarında istifadə edilmişdir.
Meyarların aydın olmaması və bir mərhələdən başqa mərhələyə keçid zamanı qrupun idarəedilməsi üsulları müəyyən edilməmişdir ki, bu da biznesdə istifadəsinə mane oldu. Bu uzun müddətli təlim proqramlarında, konsaltinq layihələr istifadə olunur. Bu biznes məqsədinə çatmaq üçün yaradılmış komandanın formalaşmasında ən effektiv yanaşmadır.

Müsbət tərəfi

Mənfi tərəfi

• Qrup proseslərinə ehtiyacın olması qrupun səmərəliliyini müəyyən edir
• qrup üzvlərinin qarşılıqlı asılılığını nəzərə alır
• iştirakçıları arasında rabitə artır

• məcburi vaxt itkisi
• yüksək ixtisaslı məsləhətçilər tələb edir



Yanaşma ilə bağlı olmayan, lakin ixtisaslı icraçılarla əlaqəli olan əlavə risklər ilə var:


• qrup dinamikasının idarəedilməsi texnologiyasını, qrupun inkişaf mərhələləri müəyyən edilməsi üçün meyarları bilmirlər;
• qarışıq qrup fəaliyyətini (qızğın müzakirələr və s. kimi) qrup dinamikası ilə qarışdırırlar və s.

İş komandası nə üçün lazımdır sualını versək, siz bugünkü reallıqda kritik iki amili ayırd edə bilərsiniz:


1. qərarların sürətli qəbul edilməsi ;
2. həyata keçirilməsi dərəcəsi (qərarlarının icrası).
Onlar şirkətlərin səmərəliliyinə təsir göstərir.

Müasir təşkilatlarda komanda işinin əhəmiyyəti xüsusilə yüksəlmişdir. Bunun bir neçə səbəbi vardır:



  • Rəqabətin əhəmiyyətli dərəcədə artması – bu gün dünya bazarında rəqabətin kəskinləşməsi şirkətləri əmək məhsuldarlığını artıra biləcək bütün imkanlardan istifadə etməyə məcbur edir. Komanda işi isə əmək məhsuldarlığını yüksəltməyin mühüm vasitələrindəndir.

  • Texnoloji nailiyyətlər – yüksək texnologiyaların inkişafı unikal bilik və vərdişlərə malik insanlara tələbi artırır. Komanda işi bu cür insanları cəlb etməyin əas vasitəsidir.

  • İstehlakçıların tələb səviyyəsinin yüksəlməsi.

  • İşin həcminin artması ilə xərclərin azalması.

  • Mürəkkəb problemlərin həlli zərurəti - əvvəlki dövrlərlə müqayisədə əmək kollektivləri qarşısında qat-qat çətin problemlərin həlli durur ki, bu da yalnız vahid orqanizm kimi fəaliyyət göstərən komandanın fəaliyyəti şəraitində mümkündür.

  • Dəyişikliklərin yüksək tempinə uyğunlaşmaq zərurəti.

  • Kadr axınının yüksəlməsi – komanda işi əməkdaşların öz potensialından maksimum istifadə etməsinə şərait yaratmaqla onların əməkdən məmnunluğunu yüksəldir ki, bu da kadr axınının qarşısını almağın əsas yoludur.

Komanda yaradarkən və komandanın fəaliyyətini idarə edərkən lider qarşısında bir sıra vəzifələr durur. Bu vəzifələr aşağıdakılardır:

  • Komandanın yaradılması məqsədi və gözlənilən nəticələrin müəyyən olunması;

  • Komandanın fəaliyyət istiqamətinin seçilməsi;

  • Komanda üzvlərinin hazırlanması üçün zəruri maddi və qeyri maddi resurs və mexanizmlərin əldə olunması;

  • Komandanın xarici partnyorlarının axtarışı;

  • Komandanın üzləşə biləcəyi maneələrin müəyyən olunması və onların dəf olunması yollarının axtarışı;

  • Öz səlahiyyət və məsuliyyətlərini komanda üzvlərinə ötürməyə hazırlığının qiymətləndirilməsi.

Uğurlu komanda işi komandada müxtəlif bilik və vərdişlərə, fərdi xüsusiyyətlərə malik şəxslərin olmasını tələb edir. Effektiv komanda işi üçün qrupda olması zəruri olan rollar aşağıdakılardır:

  • “İşçi arı” – intizamlı və çox etibarlı adamdır. “İş – mənəvi borcdur” prinsipi ilə işləyir;

  • “Rəhbər”- emosional davamlı, özünə arxayın, sakit adamdır. Yaradıcı təfəkkür əvəzinə onda güclü xarakter var.

  • “Motivator”- enerjili, hiperaktiv insandır. Onun üçün həyat –çağırışdır. Əgər rəhbər sosial liderdirsə, motovator məqsədli, ayrıca layihəyə görə cavab verən liderdir.

  • “İdeya generatoru”- Kreativ, zəngin təxəyyülə malik, ən çətin məsələləri həll etməyə qadir, yaradıcı adamdır.

  • “Təchizatçı”- ekstravert, entuziast, resurs tədqiqatçısıdır. Qrupu zəruri ideya, informasiya, materiallarla təchiz edir.

  • “Tənqidçi”- baş verənlərin monitorinqini həyata keçirən, situasiyanı yaxşı proqnozlaşdıra bilən ağıllı adamdır. Onun üçün əməyin düzgün təşkili əsas məsələdir.

  • “Analitik”- bütün amilləri nəzərə alır və komandanı düzgün qərarların qəbuluna aparır.

  • “Ruhlandırıcı”-bu adam “komandanın canı”dır. Hamını dinləyir, konfliktləri tənzimləyir.

  • “Nəzarətçi”-istənilən işi başa çatdırır. İntizamlı, mütəşəkkil, vicdanlıdır.

  • “Mütəxəssis”-nadir bilik və vərdişlərə malik komanda üzvüdür. Xüsusi məsələlərin həllində komandaya lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bu rolları icra edən ayrı-ayrı şəxslərin olması vacib deyil. Eyni şəxs fərdi keyfiyyətlərinə görə bir neçə rolu icra edə bilər.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə