Mövzu Komanda işi anlayışı


Qrupların beş inkişaf mərhələsi modeli



Yüklə 255,89 Kb.
səhifə2/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   2   3   4   5   6   7   8   9   ...   20
UNEC 1697617103

Qrupların beş inkişaf mərhələsi modeli:
Formalaşma modeli (bu mərhələdə qrupun məqsədi, strukturu və liderliyi müəyyənləşir).
Fırtına mərhələsi (bu mərhələdə qrup çərçivəsində üzvlər arasında idarəetmə barəsində mübahisə yaranır və lider müəyyənləşir).
Normallaşma mərhələsi (lider müəyyənləşdikdən sonra üzvlər arasında münasibətlər güclənir).
Fəaliyyət mərhələsi (bu mərhələdə hər bir üzv öz funksiyasını və vəzifəsini bilməklə fəaliyyətlərini həyata keçirirlər. Qruplar daimi olduğu təqdirdə 5-ci mərhələ olmur. Lakin müvəqqəti qruplarda beşinci mərhələ olur).
Dağılma mərhələsi (Qruplar öz fəaliyyətlərini başa çatdırdıqdan sonra dağılırlar).

Şəkil 1. Qrupun inkişaf mərhələləri


Qrupun xarakteristikaları

  1. Rollar

Qrup fəaliyyətə başladıqda üzvlərin hər birinin qrup daxilində rolları müəyyənləşir. Bir üzv bir neçə rola malik ola bilər.

  1. Normalar

Hər bir qrup fəaliyyət göstərmək məqsədilə müəyyən normaları və qaydaları olmalıdır. bu normalar üzvlər arasında münasibətləri tənzimləyir. Hər bir qrupun özünəməsxux qaydaları ola bilər.

  1. Status

Status dedikdə hər bir qrupa və onun üzvlərinə cəmiyyət tərəfindən verilən status nəzərdə tutulur. Qrupların fəaliyyətinin gücləndirilməsində onların statuslarının müəyyənləşdirilməsi əsas rol oynayır.

  1. Ölçü

Qrupun ölçüləri onunu fəaliyyətinə təsir göstərən əsas məsələdir. Aparılmış tədqiqatlara görə kiçik qruplar daha sürətli olmaqla vəzifələrin öhdəsindən daha yaxşı gəlmiş olur.

  1. Mütəşəkkillik

Mütəşəkkillik dedikdə qrup üzvlərinin bir-birinə bağlılıq dərəcəsi nəzərdə tutulur. Bir çox qrupların üzvləri daha çox birgə vaxt keçirdiklərindən daha mütəşəkkildirlər. Mütəşəkkillik qrupun məhsuldarlığına müsbət təsir göstərir.

  1. Fərqlilik

Qrupların son xüsusiyyəti olan fərqlilik dedikdə qrup üzvlərinin bir-birindən oxşarlığı və fərqliliyi başa düşülür. Üzvlərin fərqliliyi barəsində aparılmış tədqiqatlardan aydın olur ki, buna mədəni, dini, irqi və başqa fərqliliklər aid edilir.
Işdə məqsəd, vəzifə və yanaşmalar rəhbər tərəfindən müəyyən olunur. Qrupun fəaliyyəti o halda yüksək effektiv olur ki, qrup komandaya çevrilsin.
Komanda işçi qrupun bir növüdür, amma hər işçi qrup komanda deyil. Komanda nədir?
Komanda, müntəzəm olaraq, qarşılıqlı əlaqədə olan və ümümi məqsədlərə çatmaq üçün biri-birindən asılı olan insan toplusudur
Komanda - bir-birini qarşılıqlı tamamlayan vərdişlərə malik, ümumi məqsədlərə, praktiki məsələlərə və onların həllinə istiqamətlənmiş və bu məsələlərə görə bir-birinin qarşısında məsuliyyət daşıyan az miqdarda insanlar qrupudur.
Komanda ümumi məqsədə nail olmaq yolunda birgə çalışmaq üçün təşkil olunmuş və alınmış nəticələrə görə məsuliyyəti bölüşən insanlar qrupudur.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə