Mövzu Komanda işi anlayışı


Təşkilatlarda əsasən aşağıdakı komanda növləri mövcud olur



Yüklə 255,89 Kb.
səhifə9/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
UNEC 1697617103

Təşkilatlarda əsasən aşağıdakı komanda növləri mövcud olur:
- Problem həll edən komandalar,
- Özüidarə edən komandalar,
- Çoxfunksiyalı komandalar və
- Virtual komandalar.



Şəkil 2. Komandaların növləri


Problem həll edən komandalar. Belə növ komandalara eyni şöbədən 5-12 sayda əməkdaş cəlb olunur və onlar fəaliyyətin keyfiyyətini, səmərəliliyini və iş mühitinin gücləndirilməsi məqsədilə hər həftə müzakirələr aparırlar. Bu komandalar yalnız aparılmış müzakirələrin nəticəsi olaraq tövsiyələr təqdim edirlər.
Özüidarə edən komandalar. Yuxarıda qeyd edildiyi kimi problem həll edən komandalar yalnız tövsiyə verirlər, lakin bir sıra təşkilatlar irəli gedərək təkcə problem həlli məqsədilə tövsiyə verən komandalar deyil, həm də onların icrasını həyata keçirən komandalar yaratmağa başlamışlar. Belə növ komandalar təşkilatda problemlə əlaqədar şöbədə fəaliyyət göstərən orta vəzifəli 10-15 nəfər əməkdaşdan təşkil olunur. Özüidarə edən komandalar öz üzvlərini seçir və hər birinin fəaliyyətini müəyyənləşdirir və bunlar müzakirələr nəticəsində problemin həll edilməsi məqsədilə əldə edilən nəticələri birbaşa şəkildə icra edirlər.
Çoxfunksiyalı komandalar. Belə növ komandalar təşkilatda müxtəlif sahələri əhatə edən şöbələrdən cəlb edilmiş əməkdaşlar tərəfindən yaradılır və kompleks layihələrin həyata keçirilməsi məqsədinı daşıyır.
Virtual komandalar. Virtual komandalar adından göründüyü kimi informasiya və kommunikasiya texnologiyalarının köməyi ilə (geniş şəbəkələr, videokonfranslar, və ya e-mail) onlayn şəkildə müzakirələrini həyata keçirirlər.
Komandaların effektivlik modeli
Hər bir komandanın fəaliyyətinin daha da səmərəli və effektivli olması bir sıra məsələlərdən asılıdır. Aşağıdakı cədvəldən göründüyü kimi komandaların effektivliyinə üç bölmədən ibarət olan bir sıra fəaliyyətlərin icrasından və həmin məsələlərə lazımi diqqətin göstərilməsinə bağlıdır. Bu üç bölmə - Əsas; Tərkib və Proses – dir.
Əsas amillər: Komandaların müvəffəqiyyətini şərtləndirən amillər
Komandaların fəaliyyətlərində müsbət təsirə malik əsas amillər müvafiq resurslar, effektiv rəhbərlik, inam mühiti, lazımi qiymətləndirmə və mükafat sisteminin olmasıdır.
Müvafiq resurslar – komandalar böyük təşkilatların bir hissəsidir. Hər bir işçi komanda qrupdan kənar resurslardan asılıdır. Ehtiyatların məhdudluğu işçi komandanın effektivliyinə və qoyulmuş məqsədlərin əldə olunmasına mənfi təsir göstərir.
Rəhbərlik və struktur – hər bir üzv öz işini müəyyənləşdirmədikdə işçi komandaların uğurlu fəaliyyətindən danışıla bilməz. Bu səbəbdən də işin xüsusiyyətləri haqqında razılığın əldə olunması və hər bir işçinin bacarıqlarına uyğun iş bölgüsünün aparılması lazımi rəhbərlik və strukturun olmasını şərtləndirir.
Inam mühiti – effektiv komandalarda hər bir üzvün bir-birinə və həm də menecerə inamı mövcuddur. Komanda üzvləri arasında inamın mövcudluğu əməkdaşlığın güclənməsinə və hər bir işçinin fəaliyyətinin monitorinqinin aparılmasının azalmasına səbəb olur.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə