Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə17/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   12   13   14   15   16   17   18   19   20
UNEC 1697617103

«Resurs tədqiqatçısı». Bu, yeni ideyalar təklif edən «ideya verən» kimi komanda üzvüdür. Lakin «resurs tədqiqatçıları»nın ideyalarının generasiyası üsulu və ideyaların xarakteri «ideya verən»lərin ideyalarından fərqlənir. Onlar orijinal ideyalar təklif etməkdənsə, ətrafdakıların ideyalarını seçib inkişaf etdirməyə meyillidirlər. Resurs tədqiqatçıları komandanın hüdudları kənarında resursların öyrənilməsində mahirdirlər. Əlaqələr yaratmaq və münasibətlər qurmaq onlara komandaya yeni təkliflərlə qayıtmağa imkan verir ki, çox vaxt bu təkliflər gələcək iş üçün çox dəyərli olur. Onların yanaşması – şəxsi əlaqələr və tanışlıqlar şəbəkəsi vasitəsilə ideyaların axtarışı və inkişafıdır. «Resurs tədqiqatçıları» adətən özlərinin nəyi isə öyrənmək arzusuna mane olmurlar, onların insanlarla ünsiyyəti onları maraqlandıran sualların cavablandırılmasına yönəldilir. Onlar gəzir, muşahidə edir, insanlarla görüşür, düşünülmüş suallar verirlər.
Bu elə rəhbər tipidir ki, onu öz kabinetində tapmaq çətindir. Onların təklifləri bir qayda olaraq, o qədər də orijinal olmayıb, xüsusi intellektuallığı ilə fərqlənmir. Onların məziyyətlərinə çevikliyi və çoxtərəfliliyi aid etmək olar. «Resurs tədqiqatçıları»na intellektuallıq səviyyəsinin orta göstəriciləri və kreativlik, həmçinin ekstravertlik, ünsiyyət bacarığı, hər şeylə maraqlanmaq həvəsi və sosial oriyentasiya xasdır. Bu keyfiyyətlər və resurslardan bacarıqla istifadə sayəsində onlar «ideya verən»lərdən daha tez komandaya daxil olurlar. Onların innovasiyalara yanaşması sabitləşmiş və üstünlük təşkil edən idarəetmə aksiomlarına daha uyğundur. «Resurs tədqiqatçıları», bir qayda olaraq, müxtəlif danışıqları uğurla aparır və həm yeni işə başladıqda, həm də mövcud biznesin idarə edilməsində yüksək nəticələr əldə edirlər. komandanın liderinin bacarıqla rəhbərlik etdiyi şəraitdə «ideya verən» və «resurs tədqiqatçısı» birgə əməkdaşlıq edə bilir, hər biri yeni ideyalar təklifinə öz payını verir.
«İdeya verən». Komandada «ideya verən»in əsas təyinatı yeni və orijinal ideyaların gətirilməsidir. Bir qayda olaraq, «ideya verən»lər təkbaşına hərəkət edir, bir küncdə oturub müxtəlif variantlar düşünürlər. Onlara problemlərin həllinə dərin, analitik yanaşma xasdır. Testləşdirmənin nəticələri «ideya verənlər»in yüksək intellektual səviyyəsindən, kreativliyin yüksək göstəricisindən və aydın görünən introvertliyindən xəbər verir. Onların düşüncəsi yüksək tinqidlə xarakterizə olunur və onlar daha çox neqativ konstruksiya yaradır, yəni müxtəlif təkliflərin rədd edilməsi üçün bəndlər düşünürlər. Onların təklifləri orijinallığı və «intellektuallığı» ilə fərqlənir. «İdeya verənlər» tək-intellektuallardır və onlar çox vaxt komandanın digər üzvləri tərəfindən çox da ünsiyyətdə olan kimi qəbul edilmirlər. Onlara ünsiyyətdə düzgünlük və vicdanlılıq xasdır.
«İdeya verənlər» komandada öz rollarını uğurla yerinə yetirdikcə, onların komandada hərəkəti daha az menecerlərin adi hərəkət modelinə oxşayır. Onların menecerlik karyerası nadir hallarda uğurla qurulur. Bir qayda olaraq, onlar çox qabiliyyətli olur və iş üçün lazım olan vərdişlərə malik olduqlarından çox vaxt rəhbər vəzifələr tutmur, texniki mütəxəssis olurlar. Çoxdan mövcud olan, sabit təşkilatlarda ali rəhbərlik arasında «ideya verən»lərə çətin rast gəlmək olar. Şirkətin inkişafında çıxılmaz vəziyyət yarandıqda və təhlükəli hallarda «ideya verənlər» yüksək eşelonlara qalxa bilir, lakin adi şəraitdə bu, ağlasığmazdır. «İdeya verənlər»ə tez-tez yeni, təzə formalaşan şirkətlərdə rast gəlmək olur, belə ki, onlar menecerdənsə, daha çox sahibkardırlar.
«Formalaşdıran». Qrupda «formalaşdıranlar» hərəkətə sövq edən kimi çıxış edirlər və əgər komanda bekarçılığa meyillidirsə, «formalaşdıran» onu bu vəziyyətdən çıxaracaq. O, komandada «müvazinət nöqtəsi»ni dəyişir, rahatlığı pozur və komandanı adi vəziyyətindən çıxara bilir. Bu, «sədr»dən daha fərdi lider tipidir ki, komandaya hərəkətlər etməyə təkan verir, bütün komanda üzvlərini dalınca aparır və bəzən həm uğura, həm də uğursuzluqlara düçar edir. Digər tərəfdən, «formalaşdıranlar» – adətən yaxşı balanslaşdırılmış komandada dağıdanlardır, xüsusilə də «sədr» tipinə xas olan xarakterik keyfiyyətləri olan insanın rəhbərliyi ilə komandanın işini poza bilir. Bir qayda olaraq, «formalaşdıran» və «sədr» bir komandada kompromisə getmədən və ya başqa rola keçmədən özlərini rahat apara bilmir. Komandalar hər iki tip liderə ehtiyac duyurlar, lakin müxtəlif vaxtlarda və müxğəlif şəraitdə.
Bu rolun nümayəndələri bir çox parametrlərinə görə «kollektivçilər»in antipodlarıdır: onlar komandaya meydan oxuyur, mübahisələr edir, razılaşmırlar. Onlar dözümsüz və səbrsizdirlər, frustrasiyaya düşürlər. Onların təcavüzkar hərəkətlərə meyilliyi komandanın digər üzvlərinin cavab reaksiyasına səbəb ola bilər ki, buna onlar, bir qayda olaraq, yumorla və ilhamla cavab verirlər, belə ki, hər cür döyüşləri sevirlər. Onlar işgüzar oyunlarda iştirak edərkən, onların səylərinin predmeti – oyundur, bu zaman tədris prosesinin özü onlar üçün ikinci dərəcəlidir. Onların hərəkətləri çox vaxt «məqsəd vasitəni doğruldur» prinsipinə əsaslanır. onlar dinamikdir, fəaldır və nəyin bahasına olur-olsun, qələbəyə istiqamətlənirlər. Testləşdirmənin nəticələrinə görə, «formalaşdıran»lar yüksək özünəqiymətlə, frustrasiyaya meyillilik, ünsiyyətli olmaları və insanlara şübhə ilə yanaşma ilə xarakterizə olunurlar. Onlar ətraf mühitin tələbləri ilə hərəkətlərə sövq olunan ekstravertdirlər.
«Formalaşdıranlar» – emosional, tərs insanlardır ki, onlarla iş aparmaq çətindir, belə ki, məğlubiyyətə və durğunluğa həddən artıq reaksiya verir, eyni zamanda qorxu bilməyən və məqsədlərindən dönməyən insanlardır. Menecer kimi «siyasi cəhətdən mürəkkəb», irəliləməyə imkan verməyən situasiyalarda uğurla hərəkət edirlər. bu, elə situasiyalardır ki, problemlər müxtəlif səviyyələrdə razılığa gəlmiş hərəkətlər tələb edir, lakin qaydalar, prosedurlar və ayrı-ayrı insanların maraqları bir-birinə zidd olur ki, bu da son anda labüd olaraq ətalətə və durğunluğa gətirib çıxarır. Və məhz «formalaşdıranlar» bu cür düyünləri açan insanlardır. Onlar sistemi durğunluqdan çıxara, onun fəaliyyətini sürətləndirə, inkişaf etdirə və hətta dəyişdirə bilər. Əgər onların apardıqları təhlil ciddi və düzgün olarsa, bu, sözsüz ki, müsbət nəticələrə gətirəcək. Onların güclü cəhətlərinə həmçinin danışıqlar zamanı inadkarlığı və möhkəmliyi aid etmək olar. Onlar lider kimi işində xarici və ya daxili maneçiliklərlə qarşılaşmış komanda üçün çox lazımlıdırlar.
«Sədr». «Sədr»in uğurlarının əsas zəmini onun şəxsi keyfiyyətləridir. Hər şeydən əvvəl, o, insanlara inanır və qısqanclıq və ya şübhə etmədən hamını olduğu kimi qəbul edir. Bu keyfiyyətə zidd olaraq, o, qrupda hökmran olmalı, qrupun məqsəd və vəzifələrinə sədaqətli olmalıdır ki, bu da onun hakim mövqeyini gücləndirir və əsaslandırır. Uğurlu «sədr» qrupdakı mübahisələrə və fikir ayrılıqlarına qarşı sakit, təmkinli və soyuqqanlı olmalıdır. Onun kredosu – praktiki realizmdir.
Təbiətinə görə «sədr» – ekstravertlərə xas olan ətrafdakılara ilham vermək və əsaslandırmaq qabiliyyəti olan entuziastdır. Lakin bu ekstravertliyin bir qayda olaraq, mülayim xarakter daşıdığından, o, sosial münasibətlərdə müəyyən təklənməyə və məsafə saxlamağa meyillidir. Uğurlu «sədr» – daha çox pozitiv kateqoriyalar barədə düşünən insandır. O, qrup üzvləri arasında təsdiqini tapan söz konstruksiyalarından istifadə edir, qrupun üzvləri bu məqsədləri bəyənir və dəstəkləyir. O, qrupun potensialından səmərəli istifadə etməyə yönümlüdür və ona görə də, qrupun məqsədlərinə nail olmağa kömək edən insanların istedadlarını və imkanlarını dəstəkləyir. O, komandanın güclərini inteqrasiya edir və əlaqələndirir, onun hər bir iştirakçısına ümumi məqsədə çatmaq üçün müvafiq rol verir.
Prinsip etibarilə ideal «sədr» – yaxşı menecerdir, resurslardan necə istifadə etməyi bilən, müstəsna dərəcədə insanlarla ünsiyyətdə uyğunlaşmaq bacarığına malik, eyni zamanda heç vaxt vəziyyəti nəzarətdən buraxmayan və müstəqil qərarlar qəbul etmək qabiliyyətinə malik insandır. Bu, həmişə başqalarına qulaq asmağı bacaran səbrli, eyni zamanda onların məsləhətlərini rədd etmək üçün güclü insandır. «Sədr» komanda üzvlərinin daimi hamiliyinə meyilli deyil və onun komandanın işinə hər hansı müdaxiləsi yalnız kritik anlarda baş verir. O, heç vaxt komanda müşavirələrini öz axarına buraxmır və bütün narazılıqlar zamanı müşavirənin əsas məqsədinə cavab verən istiqaməti tutur.
Psixometrik testlərin məlumatlarına görə, uğurlu «sədr»in intellektual səviyyəsi, bir qayda olaraq, komandanın orta səviyyəsindən yüksək deyil. O, komanda ilə bir «intellektual dalğa»da olmalıdır, yoxsa o, komanda üzvlərini başa düşməyəcək və əksinə. Əgər «sədr»in intellektual səviyyəsi komanda üzvlərinin intellektual səviyyəsindən aşağı olarsa, sədr onlarla lazımi əlaqələr qura bilməyəcək. Onun hərəkətləri qətiyyətsiz görünəcək, şəraitə nəzarət etmək imkanından məhrum olacaq, nəticədə komanda istiqamətini itirəcək və həll olunmayan mübahisələrlə məşğul olacaq. Əgər «sədr»in intellektual səviyyəsi komandanın orta səviyyəsindən yüksək olarsa, o, şəxsi ideyalarını irəli sürərək komandanı özünün şəxsi strategiyasının reallaşması vasitəsinə çevirəcək. Hər iki halda bu, ikitərəfli ünsiyyətin pozulmasına gətirib çıxarır ki, bu da «sədr»in uğurlu liderliyinin zəmininə çevrilir. Bir qayda olaraq, «sədr» – qarşısına mürəkkəb və çoxtərəfli problemlər qoyan, kollektivdə rolların səmərəli bölüşdürülməsini tələb edən yaxşı balanslaşdırılmış komandanın lideridir.
«Başa çatdıran». Komandanın uğurları haqqında bir qayda olaraq, onun işinin son nəticələrinə əsasən mühakimə yürüdürlər. Bu zaman bir çox adamlar demək olar ki, patoloji olaraq başlanmış işi başa çatdıra bilmir və başlanmış işi sona çatdırmaq olduqca nadir keyfiyyət hesab olunur. «Başa çatdıranlar» – bu keyfiyyətə tam malik olan insanlardır. Onlar başladıqları hər bir işi başa çatdırır və bu işi başa çatdırmaq üçün hər hansı şübhələr varsa, həvəssiz nəyi isə həyata keçirirlər.
Onlar başlanmış işin sona çatdırılmasının qayğısına qalır və komandanın başqa üzvlərinin bu işə inamı tükənərkən inadkarlıq edirlər. Onların iştirakı komandaya lazımsız layihələr üçün boş yerə vaxt itirməyə imkan vermir. Bu insanları başqalarından fərqləndirən cəhət xırda detallara diqqət etmələridir, belə ki, hər bir kiçik səhv böyük bədbəxt hadisələrə səbəb ola bilər. Onlar həmçinin planlaşdırılmış işin xırda detallarına qədər düşünür və plandan heç nəyin yaddan çıxmasına imkan vermirlər. Onlar «kavalerist hücumlar»dansa, daim qüvvə sərf etməyi, razılığa gəlməyi və hərəkətlərdə ardıcıllığa üstünlük verirlər.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə