Mövzu Komanda işi anlayışı


İnzibatçı (administrator) lider



Yüklə 255,89 Kb.
səhifə13/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
UNEC 1697617103

İnzibatçı (administrator) lider. Ən bariz nümunəsi kimi qrupunun ali koordinatoru rolunu yerinə yetirən lideri göstərmək olar. İş siyasətinin əsas istiqamətlərini özünün hazırlamasından və ya yuxarıdan müəyyən olunmasından asılı olmayaraq liderin məsuliyyət dairəsinə icraya nəzarət funksiyası daxildir. İnzibati funksiyanın əsas mahiyyəti işlərin icrasını özü deyil, qrupun digər üzvləri tərəfindən yerinə yetirilməsidir.
Bir çox hallarda belə lider hər şeyə özü nəzarət etdiyinə görə məsuliyyətinin bir hissəsini digər qrup üzvlərinin üzərinə qoya bilmir və bununla da onları məsuliyyət hissindən məhrum edir, qrup işinə cəlb edə bilmir.
Lider-planlaşdırıcı. Lider çox zaman vasitə və üsulların işlənib hazırlayıcısına çevrilir və məhz onların köməyi ilə qrup zəruri məqsədlərə nail olur. Bu funksiya ardıcıl addımların müəyyən edilməsindən fəaliyyətin uzunmüddətli planlarının hazırlanmasına kimi mərhələləri əhatə edir. Ancaq əksər hallarda yalnız lider tam fəaliyyət planının yeganə daşıyıcısı olur.Tək o gələcək addımları və inkişaf yolunu bilir, qrupun bütün digər üzvlərini isə planın bir-biri ilə əlaqəsi olmayan hissələri ilə tanış edir.
Fərdi məsuliyyəti ləğv edən rolunda lider komanda üzvlərini şəxsi qərar qəbulu məsuliyyətindən azad etmək üçün çox mühüm rol oynayır. "Bütün iradlar - mənə", "mənim adımdan hərəkər edin", "deyin, mənim əmrimdir" kimi ifadələr bu funksiyaya aiddir. Bundan belə nəticə çıxarmaq olar ki, lider davamçısının sədaqətinə cavab olaraq onun əvəzinə qərar qəbul etmək problemini həll edir.
Bir dirijor kimi dünyagörüşünü formalaşdıran lider. Əksər hallarda qrupun dəyər və normalarının mənbəyi kimi təzahür edir. Ümumiyyətlə, cəmiyyətin ideologiyasını əks etdirir. İdeyalar yuxarıdan aşağıya doğru yayılır və xarici mühitdən qrupa daxil olan məlumat axınına nəzarət edilməsi mümkün olan hallarda xüsusilə daha effektiv olur.
Lider “günahkar” rolunda ("günah mənbəyi"). Liderə qrup tərəfindən fəaliyyətin müsbət nəticələri zamanı rəğbət hisslər bəsləndiyi kimi, mənfi nəticələr zamanı o, qrup üzvləri tərəfindən qınaq və təcavüz obyektinə də çevrilə bilər.
Xüsusi halda qrup üzvlərinin liderin əsl məqsədləri və ya şəxsiyyəti haqqında illusiyalarını itirməsidir. Buna görə də ideoloji rəqiblər çox vaxt lideri kompromat edəcək faktlar axtarırlar.
Qeyd edilməlidir ki, qrupun bütün üzvləri liderin hərəkət və xasiyyətini eyni cür qəbul etmir. Lideri az tanıdıqca və onunla az ünsiyyətdə olduqca hər qrup üzvü təxəyyülündə onun obrazı ilə bağlı özünəməxsus təyinatlar formalaşdırır, müəyyənləşmələr edir. Bu isə qrup üzvünün şəxsi keyfiyyətləri ilə də əlaqəlidir. Yəni lderin bir insan kimi qəbul edilib - edilməməsi qrup üzvünün şəxsi keyfiyyətlərinə, yanaşmasına və digər xüsusiyyətlərinə zidd olub, olmamsı ilə də bağlıdır.
Sadalanan liderlir funksiyaları qrupların müxtəlif növləri üçün müxtəlif dəyərlərəmalikdir. Buna görə də, onların arasından hansınınəsas hansının isə ikinci dərəcəli olmasını ayırmaq çətindir; onların əhəmiyyəti kollektiv həyatı dediyimiz daxili və xarici amillərdən asılı olaraq dəyişir.






Rolun adı

Mahiyyəti




Yaradıcı rollar


İdeya generatoru

Əsas problemləri müəyyən edir, prinsipial ideyanı verir. alternativ həlli təqdim edir,həll yollarını və vasitələrini təyin edir


İdeya kompilyatoru

Fundamental ideyaları tətbiqi həlli yoluna gətirir, müxtəlif ideyalarə birləşdirir, təcrübədə həyata keçirmə texnologiyasını işləyib hazırlayır


Erudit

Geniş çeşidli ensiklopedik məlumata malikdir


Ekspert

Bu və ya digər ideyanın məqsədəuyğunluğunu təyin edir , rəy və düzgün məsləhət verir


Entuziast

İşçiləri öz nümunəsi və davranıçı ilə ümumi işin müvəffəqiyyətinə inanmağa, vicdanla işləməyə çağırır


Tənqidçi

İşin nəticəsini və prosesin gedişatının tənqid edir, boşluqları göstərir


Təşkilatçı

“Beyin hücumu” prosesində müxtəlif qrupların işini ümumi məqsədlə əlaqələndirir, qrupun işini təşkil edir




Kommunikasiya (rabitə yaradan) rolları


Lider

Öz peşəkarlığı (şəxsi və iş) hamiya təsir gücünə malikdir


Kargüzar(ümumi işlər)

Rəy toplayır, ideyaları qeydə alır, arayış və hesabatları hazırlayır


Əlaqə yaradan

Daxili və xarici əlaqəni qurur, bəzən münaqişə edən tərəfləri əlaqələndirir


Mühafizəkar

İnformasiyanı bölüşdürür və axınına nəzarət edir, onun vacibliyini (I və ya II dərəcəıi olmasını) qiymətləndirir, liderə çatdırır


koordinator

Liderlə əlbir olub son nəticə istiqamətlənərək qruplararası əlaqəni tənzimləyir


Ötürücü

Təşkilatın quruluşunu, yerləşdiyi yerin coğrafi məkan və tarixini yaxşı bilərək xarici əlaqələrdən istifadə edərək xarici rabitəni təmin edir




Davranış rolları


Optimist

Böhrandan çıxış yollarını bilir. daim işin müsbət nəticəsinə köklənir, öz pozitivi ilə insanları ruhlandırır


Nigilist

Haminin əksinə olan fikri yürüdür, həmişə pessimist düşünür və işin müsbət nəticəsinə inanmır, daim mənfi fikir söyləyərək tənqid edir


Konformist

Daim sakit durur, hamı ilə razılaşır, ümumi davranış normalarına riayət edir, lakin passiv mövqe ifadə edir


Doqmatik

Öz fikrinin üzərində dayanır. məlum normalara əsaslanır, rasional qərarlarla razılaşmaya bilir


Şərhçi (Kommentator)

Bütün sahələrda (işdə, ölkədə, işçilərin həyatında və s.) baş verən və vermiş hadisələri qeyd edir və şərh edir


Şərçi

Çox zaman düzgün olmayan məlumatları yığır və yayır, bütün instansiyalara şikayət etməyə və yazmağa hazırdır, hər şeydə özünə qarşı diskriminasiya görür


Düzlük mübarizi

Həm proqressiv, həm də konservativ rol oynayaraq insan hüquqlarının müdafiəçisi, düzlük və düzgünlük,ədalət tərəfdarıdır


İctimaiyətçi

İctimai işlərə, iş vaxtı tədbir və digər bəhanələrə meyllidir, öz işinə laqeyd yanaşır


Vacib adam

Özünü vacib, iş görə bilən, əlaqəsi olan adam kimi aparmağa çalışır


Yetim

Özünə yazıqlıq verməklə dəstək, himayə axtarır


Vuruşqan (cığal)

Adətən hirsli gəzir və hamini özündən qaçırdır, kollektivdə dostu olmur, münaqişələrə çox meyllidir


Ağlında tutduğunu edən

Vəzifəsindən istifadə edərək iş vaxtı öz şəxsi işləri ilə məşğul olur, öz bildiyini edir, heç kimə qulaq asmaq istəmir


Tənbəl

Boş söhbətlər aparır, heçnə etmir, məsuliyyət və işdən qaçır


Napoleon

Öz müvəffəqiyyətləri haqqında danışaraq özü haqqında yüksək fikirdə olan və yüksək vəzifə tutmaq istəyi olandır

Rollarən hər birinə komanda daxilində baxaq. Qeyd edək ki, kollektivdə çalışdığı müddətdə insanlar rollarını dəyişə bilir.



Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə