Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə16/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   12   13   14   15   16   17   18   19   20
UNEC 1697617103

«İcraçı». «İcraçı»ların xarakterini əks etdirən əsas keyfiyyət onların nizam-intizamlı olmalarıdır, digər təbii bacarıq və qabiliyyətləri və ya intellektləri isə həmişə ikinci dərəcəlidir. Mahiyyət etibarilə intizamlı olan «icraçı»lar onlara tapşırılan hər bir işə intizamla yanaşırlar. Onları fərqləndirən keyfiyyətlərdən aşağıdakıları göstərmək olar: təşkilatçılıq, şüurluluq, öhdəliklərə sədaqət, hər bir işə ciddi münasibət, etibarlılıq, işgüzarlıq, ətrafdakılara dözümlülük və mühafizəkarlıq (köhnə qayda və baxışlara hörmət mənasında). Testləşdirmənin nəticələri bunlarla yanaşı, onların daxili sabitliyi və narahatlığın aşağı səviyyəsindən xəbər verir. Onların zəif tərəflərinə kifayət dərəcədə olmayan çevikliklərini aid etmək olar.
«İcrası»lar, bir qayda olaraq, mövcud məhdudiyyətləri qəbul edir və suallar vermədən tələb olunanlara əməl edirlər. Bu rolun daha bir adı – «şirkət adamı». Bu, sadəcə nə isə edən və ya təşkil edən deyil, həqiqətən şirkət üçün işləyən və ən az dərəcədə öz şəxsi maraqlarını güdən adamdır. Bu cür adamlar qarşılarına məqsəd qoyur və bu məqsəd onların əxlaqi kodeksinə çevrilir, işləri yerinə yetirərkən məhz bu normalara riayət edirlər. Onlarda heç vaxt işin ürəklərincə olmaması səbəbindən yerinə yetirilə bilməyəcəkləri barədə suallar meydana çıxmır. Həmkarları tərəfindən heç kimin öhdəsinə götürmədiyi işi üzərinə götürən bir icraçı direktora verilən xarakteristika «icraçılar»ın xüsusiyyətlərini və onların komandadakı təyinatlarını əks etdirir. Onlara işin yerinə yetirilməsinə təcrübi və real yanaşma xasdır. «İcraçılar» səmərəli təşkilatçı və inzibatçıdırlar.
İri, yaxşı qurulmuş təşkilatlarda bu insanların karyerası uğurla formalaşır. Bu zaman baxmayaraq ki, «icraçı»nın keyfiyyətlərinin menecer obrazına məhdud münasibəti olduğu hesab edilir, bununla belə, bu kateqoriyanın nümayəndələri yüksək idarəetmə eşelonlarında digər təşkilatlarda olduğundan heç də az deyil. «İcraçı»lara uğur vaxt keçdikcə, onların zəruri işi hətta daxili maraqlarına cavab verməyən işləri belə müntəzəm yerinə yetirmələri nəticəsində gəlir.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə